Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 72
  • «Vəhy» kitabının mənası nədir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Vəhy» kitabının mənası nədir?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Yazıların cavabı
  • «Yeni bir göy və yeni bir yer» (Vəhy 21:1)
    Müqəddəs Kitab ayələrinin izahı
  • Cənnət bərpa edilir!
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • «Vəhy» kitabı və siz
    Gözətçi qülləsi 2022
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 72
«Vəhy» kitabını oxuyan kişi gözünün qabağına vəhşi heyvanı və Apokalipsis atlılarını gətirir

«Vəhy» kitabının mənası nədir?

Müqəddəs Yazıların cavabı

«Vəhy» kitabının yunan dilindəki Apokalipsis adı «açılış» və ya «üstünü açma» deməkdir. Bu ad kitabın mənasını göstərir — orada gizli qalan məsələlər açıqlanır və yazılmasından xeyli sonra baş verməli olan hadisələrin üstü açılır. Bu kitabda yazılan bir çox peyğəmbərliklər gələcəkdə yerinə yetəcəkdir.

«Vəhy» kitabının icmalı

  • Giriş (Vəhy 1:1—9).

  • İsanın yeddi yığıncağa ünvanladığı məktublar (Vəhy 1:10—3:22).

  • Səmavi taxtında oturan Yehova Allahın görüntüsü (Vəhy 4:1—11).

  • Görüntülər silsiləsi:

    • yeddi möhür (Vəhy 5:1—8:6);

    • yeddi şeypur, son üç şeypur üç bəladan xəbər verir (Vəhy 8:7—14:20);

    • hər biri yer üzərinə tökülən ilahi hökmləri təmsil edən bəlalarla dolu olan yeddi cam (Vəhy 15:1—16:21);

    • Allahın düşmənlərinin məhvi haqda görüntülər (Vəhy 17:1—20:10).

    • Allahın yerə və göyə xeyir-dua verməsi haqda görüntülər (Vəhy 20:11—22:5).

  • Yekun (Vəhy 22:6—21).

«Vəhy» kitabını necə başa düşmək olar?

  1. Allaha xidmət edənlər üçün onun mənası qorxulu, vahiməli deyil, əksinə, ümidvericidir. Çoxları apokalipsis sözünü eşidəndə ağıllarına ilk gələn hansısa fəlakət olsa da, bu kitabın əvvəlində və sonunda deyilir ki, onu oxuyan, başa düşən və yazılanlara əməl edən xoşbəxtdir (Vəhy 1:3; 22:7).

  2. Kitab məcaz və ya rəmzlərlə doludur. Onları hərfi mənada başa düşmək lazım deyil (Vəhy 1:1).

  3. Kitabdakı bir çox mühüm rəmz və adlar Müqəddəs Kitabın digər yerlərində də işlədilib:

    • Yehova — taxtı səmada qurulan və hər şeyi yaradan Allah (Qanunun təkrarı 4:39; Məzmur 103:19; Vəhy 4:11; 15:3);

    • İsa Məsih — «Allahın Quzusu» (Yəhya 1:29; Vəhy 5:6; 14:1);

    • Şeytan İblis — Allahın baş düşməni (Yaradılış 3:14, 15; Yəhya 8:44; Vəhy 12:9).

    • Böyük Babil — qədim Babil şəhəri kimi, Yehova Allahın və Onun xalqının düşməni, o cümlədən bütün dini yalanların mənbəyi (Yaradılış 11:2—9; Yeşaya 13:1, 11; Vəhy 17:4—6; 18:4, 20);

    • dəniz — Allaha qarşı düşmən mövqeyi tutan bəşəriyyət (Yeşaya 57:20; Vəhy 13:1; 21:1);

    • Allaha ibadətdə istifadə olunan müqəddəs məkandakı əşyalara müvafiq olan əşyalar — əhd sandığı, şüşədən dəniz (yuyunmaq üçün ləyən), çıraqlar, ətirli buxur və qurbangah (Çıxış 25:10, 17, 18; 40:24—32; Vəhy 4:5, 6; 5:8; 8:3; 11:19);

    • vəhşi heyvanlar — insan hökumətlərinin rəmzi (Daniel 7:1—8, 17—26; Vəhy 13:2, 11; 17:3);

    • məcazi mənada işlədilən rəqəmlər (Vəhy 1:20; 8:13; 13:18; 21:16).

  4. Görüntülər «Ağanın gününə» aiddir. Ağanın günü 1914-cü ildə, İsa Məsih taxta çıxanda başlayıb (Vəhy 1:10). Buna görə də «Vəhy» kitabındakı mühüm peyğəmbərliklərin bizim günlərdə yerinə yetəcəyini gözləyə bilərik.

  5. «Vəhy» kitabını başa düşmək üçün bizə Allahın müdrikliyi və onu başa düşən insanların köməyi gərəkdir (Həvarilərin işləri 8:26—39; Yaqub 1:5).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş