Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwfq məqalə 37
  • Nəyə görə Yehovanın Şahidləri siyasətə qarışmırlar?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nəyə görə Yehovanın Şahidləri siyasətə qarışmırlar?
  • Tez-tez verilən suallar
  • Oxşar material
  • Parçalanmış dünyada bitərəf qalın
    Gözətçi qülləsi 2016
  • Din siyasətə qarışmalıdır?
    Əlavə mövzular
  • «Onlar dünyadan deyillər»
    Vahid həqiqi Allaha ibadət edin
  • Bitərəflik nə deməkdir?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Tez-tez verilən suallar
ijwfq məqalə 37
Yehovanın Şahidi etiraz aksiyası keçirən bir qrup qəzəbli insandan uzaqlaşır

Nəyə görə Yehovanın Şahidləri siyasətə qarışmırlar?

Yehovanın Şahidlərinin siyasətə qarışmamaları Müqəddəs Kitaba əsaslanır. Biz siyasətçilərə təsir göstərməyə çalışmırıq, seçkilərdə namizədliyimizi irəli sürmürük, parlament və ya prezident seçkilərində, dövlət çevrilişlərində iştirak etmirik. Biz əminik ki, mövqeyimiz Allahın Kəlamına əsaslanıb:

  • Biz İsa peyğəmbərdən nümunə götürürük: ona dövlət vəzifəsi təklif ediləndə o imtina etdi (Yəhya 6:15). O, davamçılarına açıq-aydın izah etdi ki, onlar siyasətə qarışmalı deyillər (Yəhya 17:14, 16; 18:36; Mark 12:13—17).

  • Biz Allahın Padşahlığına, yəni səmavi hökumətinə sadiqik. İsa peyğəmbər bu hökumət barədə demişdi: «Padşahlıq haqqındakı bu xoş xəbər millətlərin hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək» (Matta 24:14). Allahın Padşahlığının təmsilçiləri kimi, bizə onun gəlişini bəyan etmək tapşırılıb, buna görə də biz nə öz, nə də başqa ölkələrin siyasi işlərinə qarışmırıq (2 Korinflilərə 5:20; Efeslilərə 6:20).

  • Bitərəf olduğumuz üçün Allahın Padşahlığı haqda xoş xəbəri müxtəlif siyasi baxışları olan insanlara sərbəst danışa bilirik. Biz söz və əməllərimizlə göstərmək istəyirik ki, dünyanın problemlərini Allahın Padşahlığının həll edəcəyinə inanırıq (Məzmur 56:11).

  • Təşkilatımızın üzvləri müxtəlif siyasi baxışlı insanlar olmadığı üçün aramızda beynəlxalq qardaşlıq birliyi hökm sürür (Koloslulara 3:14; 1 Peter 2:17). Ancaq siyasətə qarışan dinlər üzvləri arasında parçalanma yaradırlar (1 Korinflilərə 1:10).

Biz hökumətə hörmət edirik. Siyasətə qarışmasaq da, yaşadığımız ölkənin hökumətinə hörmət edirik, çünki bizdən bunu tələb edən Allahdır: «Qoy hər kəs hökumətə tabe olsun» (Romalılara 13:1). Biz qanunlara tabe oluruq, vergiləri ödəyirik və dövlətin vətəndaşlarının rifahı üçün gördüyü işləri dəstəkləyirik. Hökumət əleyhinə görülən işlərdə iştirak etmək əvəzinə, biz, Müqəddəs Kitabda tövsiyə edilən kimi, «padşahlar və məmurlar üçün də dua [edirik]», xüsusilə də onlar din azadlığı ilə bağlı qərarlar verməli olanda (1 Timoteyə 2:1, 2).

Biz başqalarının siyasi məsələlərdə qərar vermək hüquqlarına hörmətlə yanaşırıq. Məsələn, biz nə seçkilərin keçirilməsinə, nə də səs verənlərə mane olmuruq.

Siyasətdə bitərəflik təzə bir şeydir? Yox. Həvarilər və İsa peyğəmbərin birinci əsrdə yaşamış digər davamçıları hökumətə qarşı eyni mövqe tuturdular. Bir kitabda deyilir: «İsa Məsihin erkən davamçıları hökumətə hörmətlə yanaşmalı olduqlarını bilirdilər. Lakin onlar bir şey də bilirdilər ki, siyasi məsələlərə qarışmamalıdırlar» («Beyond Good Intentions»). Digər kitabda isə qeyd olunur ki, erkən məsihçilər «siyasi vəzifə tutmurdular» («On the Road to Civilization»).

Bitərəf mövqeyimiz dövlət üçün təhlükə yaradır? Xeyr. Biz sülhsevər vətəndaşlarıq və dövlətin bizdən qorxması üçün heç bir səbəb yoxdur. Ukraynanın Milli Elmlər Akademiyasının 2001-ci il üçün hesabatında siyasi məsələlərdə bitərəf mövqeyimiz barədə deyilirdi: «Yehovanın Şahidlərinin mövqeyi bəzilərinin xoşuna gəlmir; onların məhz bu mövqeləri keçmişdə nasizm və kommunizm kimi totalitar rejimlər zamanı onlara qarşı ittihamların irəli sürülməsinin əsas səbəbi idi». Buna baxmayaraq, Sovet hökumətinin hətta repressiyaları zamanı onlar «qanunlara tabe olurdular. Onlar kolxozlarda və sənaye obyektlərində dürüstcəsinə və fədakarcasına işləyirdilər, kommunizm rejiminə heç bir təhlükə yaratmırdılar». Bu gün də Yehovanın Şahidlərinin etiqadları və fəaliyyəti, hesabatda qeyd edildiyi kimi, «heç bir ölkənin bütövlüyü və asayişi üçün təhlükə yaratmır».

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş