Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 33
  • Təkamül, yoxsa yaradılış? II hissə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təkamül, yoxsa yaradılış? II hissə
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Təkamülü təkzib etməyə əsas verən 2 səbəb
  • Düşünmək üçün suallar
  • Təkamülə inanmaq nə dərəcədə məntiqlidir?
    Gənclərin 10 sualına cavab
  • Təkamül nəzəriyyəsi Müqəddəs Kitaba uyğundurmu?
    Gözətçi qülləsi 2008
  • Təkamül, yoxsa yaradılış? I hissə: Allaha inanmaq üçün hansı əsaslar var?
    Gənclərin sualları
  • Allah müxtəlif canlıları yaratmaq üçün təkamüldən istifadə edib?
    Müqəddəs Kitaba aid suallara cavab
Gənclərin sualları
ijwyp məqalə 33
Yuxarı sinif şagirdinə təkamülün fakt olduğu öyrədilir

GƏNCLƏRİN SUALLARI

Təkamül, yoxsa yaradılış? II hissə: Təkamülü təkzib etməyə əsas varmı?

Aleks çaş-baş qalıb. O, Allaha və yaradılışa inanırdı. Lakin bu gün onun biologiya müəllimi iddia etdi ki, təkamül faktdır və mötəbər elmi tədqiqatlara əsaslanır. Aleks ağılsız kimi görünmək istəmirdi. O, öz-özünə fikirləşdi: «Əgər alimlər təkamülü sübuta yetiriblərsə, onu təkzib etməyimin yeri var?»

Bu vəziyyət sənə tanışdır? Ola bilsin ki, sən gözünü açandan Müqəddəs Kitabın bu sözlərinə inanmısan: «Allah göyləri və yeri yaratdı» (Yaradılış 1:1). Ancaq insanlar inandırmağa çalışırlar ki, yaradılış əfsanədir, təkamül isə faktdır. Sən onlara inanmalısan? Təkamülü təkzib etməyə əsas var?

  • Təkamülü təkzib etməyə əsas verən 2 səbəb

  • Düşünmək üçün suallar

  • Həmyaşıdların nə deyir?

Təkamülü təkzib etməyə əsas verən 2 səbəb

  1. Alimlər təkamül məsələsində həmfikir deyillər. Onilliklərdir aparılan tədqiqatlara baxmayaraq alimlərin təkamüllə bağlı verdikləri izahatlarda yekdillik yoxdur.

    Fikirləş: Əgər alimlər təkamül məsələsində razılığa gələ bilmirlərsə, halbuki onlar bu işin mütəxəssisləri sayılır, sənin bu təlimi təkzib etməyində səhv nəsə var? (Məzmur 10:4)

  2. Nəyə inandığın vacibdir. Zakari adlı bir oğlan deyir: «Əgər həyatımız, kainatımızdakı hər şey təsadüf nəticəsində yaranıbsa, onda heç nəyin mənası yoxdur». Onun dedikləri məntiqlidir. Əgər təkamül düzdürsə, onda həyatın məqsədi yoxdur (1 Korinflilərə 15:32). Ancaq, yaradılış həqiqətdirsə, onda həyatın məqsədi var və gələcəklə bağlı suallara qaneedici cavablar tapa bilərik (Yeremya 29:11).

    Fikirləş: Təkamül və yaradılış haqda həqiqəti bilmək həyatını necə dəyişə bilər?

Düşünmək üçün suallar

İDDİA. «Kainatdakı hər şey təsadüfən baş verən böyük partlayış nəticəsində yaranıb».

  • Böyük partlayışa kim və ya nə səbəb olub?

  • Hansı daha məntiqlidir? Hər şeyin yoxdan var olması, yoxsa nədənsə və ya kimsə tərəfindən yaranması?

İDDİA. «İnsanlar heyvanlardan əmələ gəlib».

  • Əgər insanlar heyvanlardan əmələ gəlibsə, məsələn, meymundan, onda niyə insanların zehni qabiliyyəti ilə meymunun zehni qabiliyyəti arasında dağlar qədər fərq var?a

  • Niyə hətta ən «sadə» həyat forması belə heyrətamiz şəkildə mürəkkəb quruluşa malikdir?b

İDDİA. «Təkamül sübut olunub».

  • Bunu iddia edən insan özü sübutları araşdırıb?

  • Sırf ziyalı insanlar təkamülə inandıqlarını dedikləri üçün təkamülə inanan nə qədər insan var?

HƏMYAŞIDLARIN NƏ DEYİR?

Qven

Qven

«Əgər kimsə bir mətbəədə partlayış olduğunu, mürəkkəbin divara və tavana sıçraması nəticəsində böyük lüğət əmələ gəldiyini desəydi, ona inanardınız? Sizcə, hər şeyi nizamlı şəkildə olan kainatın təsadüfən baş verən böyük partlayışdan yarandığına inanmaq nə qədər məntiqlidir?»

Cessika

Cessika

«İnsanlarda sağ qalmaq üçün lazımından da artıq keyfiyyətlər var. Adətən, biz xəstə və ya ehtiyac içində olan insanlara kömək edirik. Əgər təkamül, yəni “güclü olan sağ qalır” şüarı düzdürsə, onda biz niyə yaxşılıq edirik?»

Culia

Culia

«Meşədə gəzdiyin yerdə qabağına ağacdan daxma çıxsaydı, belə fikirləşərdin: “Necə də heyrətamizdir! Gör ağaclar bu evi düzəltmək üçün necə düzgün şəkildə düşüblər”. Əlbəttə belə fikirləşməzdin! Bu məntiqsizdir. Bəs nəyə görə kainatdakı hər şeyin təsadüfən yarandığına inanmalıyıq?»

a Bəziləri iddia edir ki, insanın beyni meymunun beynindən böyük olduğu üçün o daha ağıllıdır. Bu fikrin doğru olmadığını «Həyatın əmələ gəlməsi. Beş vacib suala cavab» broşürasının 28-ci səhifəsindən (türk.) oxuya bilərsiniz.

b «Həyatın əmələ gəlməsi. Beş vacib suala cavab» broşürasının 8—12 səhifələrinə (türk.) bax.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş