Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 86
  • Allah-Taala fikrini dəyişə bilər?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah-Taala fikrini dəyişə bilər?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Yazıların cavabı
  • Məgər Müqəddəs Kitabda deyilmir ki, Allah heç vaxt dəyişmir?
  • Allah insanları yaratdığına təəssüf edir?
  • Gör fikrini dəyişməlisən?
    Gözətçi qülləsi 2014
  • Keçmişdən ibrət dərsi
    Sən Allahın dostu ola bilərsən!
  • Allah haqqındakı biliyə qarşı çıxan hər cür fikri aradan qaldırın!
    Gözətçi qülləsi 2019
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 86
Geriyə dönmə yeri

Allah-Taala fikrini dəyişə bilər?

Müqəddəs Yazıların cavabı

Bəli. Hansı mənada? İnsanın davranışı dəyişəndə, Yehovanın da ona olan münasibəti dəyişir. Misal üçün, Allah qədim İsrail xalqına hökm xəbərini göndərəndə O belə demişdi: «Bəlkə, qulaq asıb bəd əməllərindən əl çəkərlər. Mən də bəd əməllərinə görə başlarına gətirmək istədiyim bəladan vaz keçərəm» (Ərəmya 26:3).

Bir çox Müqəddəs Kitab tərcüməsində bu ayə elə tərcümə olunub ki, sanki Allah xalqın başına bəla gətirmək istədiyinə görə peşman olub. Bu da elə təəssürat oyada bilər ki, Allah səhv edir. Ancaq orijinal ibrani sözü «fikrini, niyyətini dəyişmək» mənasını verə bilər. Bir alim yazmışdı: «İnsanın əməllərinin dəyişməsi ilə Allahın hökmü dəyişə bilər»

Allah-Taalanın fikrini dəyişə bilməsi, o demək deyil ki, O bunu mütləq etməlidir. Müqəddəs Kitabda Allahın fikrini dəyişmədiyi göstərən bəzi məqamlar qeyd olunub. Gəlin onları nəzərdən keçirək.

  • Allah yol vermədi ki, Balaq Onun fikrini dəyişdirsin və O da İsrail xalqını lənətləsin (Saylar 23:18—20).

  • Bir dəfə İsrail padşahı Talut günah işləmişdi. Allah onu hökmdarlıqdan rədd etmək fikrinə gəldi və bu fikrini dəyişmədi (1 İşmuil 15:28, 29).

  • Allah Oğlunu əbədi kahin etmək vədini həyata keçirəcək. O, fikrini dəyişməyəcək (Zəbur 110:4).

Məgər Müqəddəs Kitabda deyilmir ki, Allah heç vaxt dəyişmir?

Bəli, Müqəddəs Kitabda Allahın belə bir Kəlamı var: «Mən Yehovayam. Mən dəyişmirəm» (Məlaki 3:6). Eynilə, Müqəddəs Kitabda deyilir ki, Allah «kölgə kimi dəyişkən deyil» (Yaqub 1:17). Bu fakt Allahın fikrinin dəyişməsi ilə bağlı Müqəddəs Kitabda yazılanlara zidd deyil. Allah dəyişilməzdir — Onun şəxsiyyəti, məhəbbət və ədalət prinsipləri dəyişilməzdir (Qanunun təkrarı 32:4; 1 Yəhya 4:8). Ancaq, O, insanlara müxtəlif zamanlarda, müxtəlif göstərişlər verə bilər. Misal üçün, Allah Davud padşaha iki döyüşlə bağlı müxtəlif göstəriş vermişdi ki, bu da uğurla nəticələnmişdi (2 İşmuil 5:18—25).

Allah insanları yaratdığına təəssüf edir?

Xeyr, Allah insanların Ona qarı qarşı çıxmasına və ya Onu saymamasına kədərlənir. Nuhun Daşqınından əvvəlki vəziyyəti təsvir edərək Müqəddəs Kitabda deyilir: «Yehova yer üzündə insanları yaratdığına təəssüf etdi və kədərləndi» (Yaradılış 6:6). Bu ayədə «təəssüf etmək» ifadəsi ibranicə «fikrini dəyişmək» mənasını verə bilən sözdən yaranıb. Daşqından əvvəl yaşayan insanlarla bağlı Allah fikrini dəyişdi, çünki onlar yollarını azmışdılar (Yaradılış 6:5, 11). Onların pis yolu seçməsi Allahı məyus etdi, ancaq Onun bəşəriyyətə dair niyyəti dəyişmədi. O, Daşqından Nuhun ailəsini xilas edərək insan nəslini qorudu (Yaradılış 8:21; 2 Butrus 2:5, 9).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş