Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 41
  • Qəzəbimi necə cilovlaya bilərəm?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qəzəbimi necə cilovlaya bilərəm?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Test
  • Niyə vacibdir?
  • Nə edə bilərsən?
  • Hirsinizi cilovlayın
    Oyanın! 2015
  • Müqəddəs Kitabda qəzəb haqda nə deyilir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Emosional sağlamlıq
    Oyanın! 2019
Gənclərin sualları
ijwyp məqalə 41
Yeniyetmə oğlanın mimikaları: 1. Sakit; 2. Acıqlı; 3. Qəzəbli

GƏNCLƏRİN SUALLARI

Qəzəbimi necə cilovlaya bilərəm?

  • Test

  • Niyə vacibdir?

  • Nə edə bilərsən?

  • Həmyaşıdların nə deyir?

Test

  • Tez-tez qəzəblənirsən?

    • demək olar ki, heç vaxt

    • bəzən

    • hər gün

  • Nə dərəcədə qəzəblənirsən?

    • az

    • çox

    • həddən artıq

  • Ən çox kimə qəzəblənirsən?

    • valideynlərinə

    • bacı və ya qardaşına

    • dostuna

Əgər qəzəbini cilovlamağa ehtiyacın varsa, onda bu məqalə sənə kömək edəcək. Əvvəla, əsəbləşərkən sakitliyi qorumağın nə üçün vacib olduğunu göstərən bir neçə səbəbi araşdıraq.

Niyə vacibdir?

Sağlamlığın üçün. Məsəllər 14:30 ayəsində deyilir: «Sakit ürək canı sağlam edər». Bir tibb jurnalında deyilir: «Qəzəb birbaşa ürək-damar xəstəliyinə gətirib çıxarır» («Journal of Medicine and Life»).

Dostların üçün. Müqəddəs Kitabda deyilir: «Özündən tez çıxanla yoldaş olma, hirsli adamla oturub-durma» (Məsəllər 22:24). Əgər tez-tez özündən çıxırsansa, insanların səndən qaçmasına təəccüblənmə. Jasmin adlı qız deyir: «Əgər sən qəzəbini idarə edə bilmirsənsə, dostluq münasibətlərindən həzz almayacaqsan».

Adın üçün. 17 yaşlı Etan deyir: «Qəzəbini cilovlaya bilməsən, insanlar bunu görəcək və səni bu cür adam kimi tanıyacaqlar». Özündən soruş: «İnsanların məni necə tanımasını istəyirəm: sakit, sülhə can atan, yoxsa vulkan kimi püskürən adam kimi?» Müqəddəs Kitabda yazılır: «Özündən tez çıxmayan bəsirət sahibidir, hövsələsiz isə səfehliyini nümayiş etdirər» (Məsəllər 14:29).

Yeniyetmə oğlanın özündən çıxdığını görən dostları ondan uzaqlaşırlar

Heç kəs vulkan kimi püskürən insana yaxın getməz

Nə edə bilərsən?

Aşağıdakı ayələri və şərhləri nəzərdən keçir və sualları özünə ver

  • Məsəllər 29:22: «Özündən tez çıxan dava yaradar, hirsli adamın xətası çox olar».

    «Yeniyetmə olanda qəzəbimi cilovlamaq çox çətin idi. Ata tərəfdən qohumlarımda da bu problem var. Nəsillikcə hamımız qəzəbliyik. Qəzəbimizi cilovlamaq çox çətindir!» (Kerri).

    Qəzəblənməyə meyilliyəm? «Yaxşı xüsusiyyətlərə özüm yiyələnmişəm, amma pis xüsusiyyətlər irsən keçib» demək nə qədər düzgün olardı?

  • Məsəllər 15:1: «Mülayim cavab hirsi yatırar, kobud söz qəzəb oyadar».

    «Əsas odur ki, hisslərini idarə etməyi öyrənəsən. Əgər mülayim olmağa çalışsan, müsbət şeylərə fikrini cəmləsən, onda fikirləşməyəcəksən ki, qəzəblənməyə dəyər ya yox» (Daril).

    Əsəbləşərkən deyəcəyin ilk sözlər nə üçün vacibdir?

  • Məsəllər 26:20: «Odun olmayanda ocaq sönər, böhtançı olmayanda da dava kəsilər».

    «Həlim cavab verəndə, adətən qarşımdakı insan sakitləşir və hər ikimiz özümüzdən çıxmadan, sakit şəkildə danışırıq» (Jasmin).

    Danışığım və hərəkətlərim odun üstünə necə benzin tökə bilər?

  • Məsəllər 22:3: «Uzaqgörən bəlanı duyub gizlənər, cahil isə qabağa gedib ziyan tapar».

    Bəzən təkliyə çəkilib baş verənlər haqda fikirləşməyə ehtiyac duyuram, çünki yalnız sakitləşəndən sonra məsələni həll edə bilərəm» (Qari).

    Vəziyyət gərginləşəndə çıxıb getmək o deməkdirmi ki, sən qarşı tərəfi saymırsan?

  • Yaqub 3:2: «Çünki hər birimiz dəfələrlə səhv edirik».

    «Səhvlərimizə görə peşman oluruq, amma gərək onlardan dərs də götürək. Yıxılanda gərək dərhal ayağa qalxasan və gələn dəfə o səhvi təkrarlamamaq üçün qətiyyətli olasan» (Kerri).

Məsləhət. Məqsəd qoy. Müəyyən bir vaxt ərzində, məsələn, bir ay ərzində sakitliyini qorumağa qətiyyətli ol. Bir gündəlik tut və irəliləyişini izlə.

HƏMYAŞIDLARIN NƏ DEYİR?

Alisa

«Əvvəllər fikirləşirdim ki, qəzəblənməyən insan zəif insandır, ancaq indi fikirləşirəm ki, yəqin təvazökar olduqları üçün qəzəblənmirdilər. Bu xüsusiyyət ən vacib xüsusiyyətlərdən biridir və hamımızda olmalıdır. Qəzəbimi cilovlamaq elə də asan deyil, amma buna dəyər!» (Alisa).

Erik

«Bir neçə dəfə dərindən nəfəs almaq kömək edir ki, sonradan peşmançılıq çəkməmək üçün əvvəlcədən fikirləşim. Qəzəb heç nəyi həll etmir, əksinə hər şeyi korlayır» (Erik).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş