Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 114
  • «Yeddi ölümcül günah» var?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Yeddi ölümcül günah» var?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Yazıların cavabı
  • Günah nədir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Görəsən Allah günahlarımı bağışlayacaq?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Yehovanın əfvinin bizə aidiyyəti
    Gözətçi qülləsi 2025
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 114
Məyus insan

«Yeddi ölümcül günah» var?

Müqəddəs Yazıların cavabı

Müqəddəs Kitabda ayrıca olaraq «yeddi ölümcül günah» vurğulanmır. Amma orada deyilir ki, insan ciddi günahlara yol verərsə, xilasdan məhrum ola bilər. Misal üçün, Müqəddəs Kitabda günahlı bədənin əməlləri olan cinsi əxlaqsızlıq, bütpərəstlik, spiritizm, qəzəb, sərxoşluq kimi ciddi günahlar sadalanır. Və deyilir ki, «belə işlərlə məşğul olanlar Allahın Padşahlığına girməyəcəklər» (Qalatiyalılara 5:19—21)a.

Məgər Müqəddəs Kitabda Yehovanın ikrah etdiyi yeddi şeyin adı çəkilmir?

Çəkilir. Məsəllər 6:16 ayəsində deyilir ki, «altı şey var ki, Yehovanın zəhləsi gedir, yeddi şeydən ikrah edir». Amma Məsəllər 6:16—19 ayələrində sadalananlar bütün günahları özünə ehtiva etmir. Bu ayələrdə insanın düşüncəsində, sözlərində və əməllərində edə biləcəyi hər növ günahın əsas kateqoriyaları gətirilirb.

Bəs «ölümcül günah» ifadəsini necə başa düşməli?

Müqəddəs Kitabda açıq şəkildə göstərilir ki, bütün günahlar ölümə aparıb çıxara bilər. Amma biz İsa Məsihin fidyə qurbanlığı sayəsində günahdan və ölümdən xilas ola bilərik (Romalılara 5:12; 6:23). Lakin Məsihin fidyə qurbanlığı bir halda «ölümə aparan [günahı]» yumur. Belə günah edən kəs tutduğu pis əməldən əsla əl çəkmir və heç vaxt peşman olmur. Həmçinin Müqəddəs Kitab bu kimi günahları «bağışlanmayacaq» günahlar adlanır (Mətta 12:31; Luka 12:10).

«Yeddi ölümcül günah»ın siyahısı haradan meydana çıxıb?

«Yeddi ölümcül günah» səkkiz əsas günahı özünə daxil edən siyahıya istinadən hazırlanıb. Bu siyahı monarx və asket olan İonn Kassianın yazılarından ilhamlanan İvaqrius Pontikus tərəfindən dördüncü əsrdə hazırlanmışdı. On altıncı əsrdə Papa I Qriqori Kassianın səkkiz əsas günah siyahısını Roma-Katolik kilsəsinin yanaşmaları əsasında yeddi ölümcül, kardinal günah siyahısı ilə əvəz etdi: qürur, acgözlük, şəhvət düşkünlüyü, qısqanclıq, köklük, qəzəb, tənbəllik. Qriqori hesab edirdi ki, bunlar əsas, təməl günahlardır və bir çox günahlar onlardan qaynaqlanır.

a Qalatiyalılara 5:19—21 ayələrində ciddi günahlardan 15-nin adı çəkilir və ayənin sonunda «və sairə» ifadəsi işlənir. Bu ayəni oxuyan kəs əqlini işə salıb, həmin siyahıda adı çəkilməyən, lakin «və sairəyə» daxil olan digər günahları özü müəyyən etməlidir.

b Məsəllər 6:16 ayəsində ibrani idiomu işlənir. İkinci yerdə vurğulanan şey birinci yerdə sadalananlarla qarşılaşdırılır. Bu cür ifadə forması Müqəddəs Kitabda tez-tez rast gəlinir (Əyyub 5:19; Məsəllər 30:15, 18, 21).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş