Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 60
  • Spirtli içki ilə bağlı nələri bilməliyəm?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Spirtli içki ilə bağlı nələri bilməliyəm?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • İçkili halda başına nə gələcəyini düşün
  • Müdrik davran
  • Məsihilərin spirtli içkiyə münasibəti
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Yehovanın spirtli içkiyə baxışını mənimsəyin
    Gözətçi qülləsi 2023
  • Spirtli içkiyə düzgün münasibət
    Gözətçi qülləsi 2010
  • Spirtli içkilər. Həddi necə gözləməli?
    Əlavə mövzular
Əlavə
Gənclərin sualları
ijwyp məqalə 60
Gənc oğlan piknikdə spirtli içki təklif edir

GƏNCLƏRİN SUALLARI

Spirtli içki ilə bağlı nələri bilməliyəm?

Müqəddəs Kitabda qanun yol verdiyi halda tarazlı şəkildə spirtli içki içmək qadağan olunmur. Lakin sərxoşluq qadağan olunur (Zəbur 104:15; 1 Korinflilərə 6:10).

Yaşadığın ölkənin qanunu və ya valideynlərin spirtli içki içməyə icazə vermədiyi halda kimsə sənə spirtli içki təklif edirsə, nə etməlisən?

  • İçkili halda başına nə gələcəyini düşün

  • Müdrik davran

  • Həmyaşıdların nə deyir?

İçkili halda başına nə gələcəyini düşün

Həmyaşıdlarından bəziləri düşünə bilərlər ki, xoş vaxt keçirmək üçün içki içmək lazımdır. Bəs içəndən sonra nə olacaq?

  • Həbsdə olan insan

    Hüquqi problem. Yaşadığın ölkədə qanun spirtli içki içməyə icazə vermir, ancaq sən içirsənsə, onda səni cərimələyə, cinayətkar hesab edə bilərlər. Həmçinin sürücülük vəsiqən əlindən alına və sənə icbari iş kəsilə bilər, hətta həbs də edilə bilərsən (Romalılara 13:3).

  • Mobil cihaz

    Adına ləkələyərsən. İçkili adam özündə olmur. O, sonradan peşman olacağı sözlər deyə və ya hərəkətlər edə bilər (Məsəllər 23:31—33). Sonra sənin bu hərəkətlərin və sözlərin sosial media vasitəsilə yayılar və adın ləkələnə bilər.

  • Narahat qadın

    Özünə hakim ola bilməzsən. İçkinin təsiri altında sən asanlıqla fiziki və cinsi hücuma məruz qala bilərsən. Belə vəziyyətdə başqalarının təsirinə qarşı həssas olar, daha çox risk edər və qanunsuz davrana bilərsən.

  • Boş spirtli içki şüşəsi

    Aludə olarsan. Bəzi tədqiqatlar göstərir ki, yeniyetməlik çağından içməyə başlayan insanlar böyüdükcə onun aludəçisi olur. Darıxanda, yaxud stressdən, təklikdən azad olmaq üçün içəndə insan buna vərdiş edir və bu vərdişdən azad olmaq onun üçün çox çətin olur.

  • Skilet kəllə və ölüm təhlükəsi işarəsi

    Həyatını itirərsən. Son illər Birləşmiş Ştatlarda hər 52 dəqiqədə bir nəfər sərxoş vəziyyətdə maşın sürdüyü üçün qəzaya düşür. Hər beş ildən bir 21 yaşlı 1500 nəfər sərxoş halda maşın və ya motosiklet sürdüyü üçün qəzaya düşür. Hətta sən sərxoş olmasan belə, yanında sərxoş biri varsa, bu da böyük riskdir.

Müdrik davran

Əgər qabaqcadan qədərində içməyə qərar versən, spirtli içki içməyin təhlükəsindən və nəticələrindən qaçmış olacaqsan.

Müqəddəs Kitab prinsipi: «Uzaqgörən bəlanı duyub gizlənər» (Məsəllər 22:3). Spirtli içki içib sükan arxasına oturmaq və ya diqqət tələb edən nə iləsə məşğul olmaq heç də yaxşı fikir deyil.

Qərar ver. Qanunla müəyyən edilmiş yaş həddinə çatmazdan qabaq və münasib olmayan yerdə içki içmək istəsəm də bunu etməyəcəm.

Müqəddəs Kitab prinsipi: «Kimə qul kimi tabe olursunuzsa, onun qulu olursunuz» (Romalılara 6:16). Yaşıdların içir deyə sən də içirsənsə, onların səni idarə etməsinə yol verirsən. Əgər darıxanda və ya stressdən azad olmaq istəyəndə içirsənsə, problemlərini bu yolla həll edə bilməzsən.

Qərar ver. Heç vaxt yol verməyəcəyəm ki, yaşıdlarım spirtli içki içmək üçün mənə təzyiq göstərsin.

Müqəddəs Kitab prinsipi: «Şərab düşkünlərinə... qoşulma» (Məsəllər 23:20). Pis dostlar sənin qətiyyətini sındıra bilər. Sərxoşluq edənlərlə dostluq etməklə özünü riskə atmış olursan.

Qərar ver. Sərxoşluq edənlərlə dostluq etməyəcəyəm.

Həmyaşıdların nə deyir?

Cordan

«Məktəbdə oxuyanda uşaqlar həmişə məni içki içməyə təhrik edirdilər. Mən tez-tez özümə 1 Korinflilərə 15:33 ayəsindəki “pis dostlar yaxşı əxlaqı pozur” sözlərini xatırladırdım» (Cordan).

Cenna

«Mənə təzyiq göstərən insanlardan və vəziyyətlərdən qaçıram. Şükür ki, dostlarım spirtli içkiyə tarazlı yanaşan insanlardır» (Cenna).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş