Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwfq məqalə 54
  • Yehovanın Şahidləri boşanmaya necə baxırlar?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın Şahidləri boşanmaya necə baxırlar?
  • Tez-tez verilən suallar
  • Başlıqlar
  • Oxşar material
  • Yehovanın Şahidləri ailəsində ciddi problemlər yaşayan cütlüklərə kömək edirlər?
  • Yığıncaq nəzarətçiləri Yehovanın Şahidinin boşanmasına razılıq verməlidirmi?
  • Yehovanın Şahidləri ayrı yaşamağa necə baxırlar?
  • Ailə dağılmaq üzrə olduqda
    Ailə xoşbəxtliyinin sirri
  • Allah boşanmaya və ayrı yaşamağa necə baxır?
    Allahın məhəbbətindən ayrılmayın
  • Allahın bir boyunduruqda birləşdirdiyinə hörmət edin
    Gözətçi qülləsi 2018
  • Nikahını qorumaq üçün əlindən gələni əsirgəmə
    Gözətçi qülləsi 2012
Əlavə
Tez-tez verilən suallar
ijwfq məqalə 54
Toy şəkli iki yerə cırılıb

Yehovanın Şahidləri boşanmaya necə baxırlar?

Biz nikaha və boşanmaya Müqəddəs Kitabın nöqteyi-nəzəri ilə yanaşırıq. Allah nikahı yaradıb ki, kişi və qadın arasında əbədi ittifaq olsun. Müqəddəs Kitaba əsasən, yalnız zina edilərsə, boşanmaq olar (Mətta 19:5, 6, 9).

Yehovanın Şahidləri ailəsində ciddi problemlər yaşayan cütlüklərə kömək edirlər?

Bəli, bu üsullarla:

  • Nəşrlər. Mütəmadi olaraq nəşrlərimizdə ailə münasibətlərini möhkəmləndirməyə kömək edən məqalələr dərc olunur. Bu məqalələrin hətta münasibətləri düzəltməyin mümkün olmadığı kimi görünən ailələrə belə, böyük köməyi dəyir. Misal olaraq, «Nikahda sadiqliyi qoruyun», «Necə bağışlaya bilərsən?» və «Nikahda yenidən etibar yarat» məqalələrini gətirmək olar.

  • İbadət görüşləri. Biz ibadət görüşlərində və böyük toplantılarda nikahı möhkəmləndirən Müqəddəs Kitab prinsiplərini müzakirə edirik.

  • Yığıncaq nəzarətçiləri. Yığıncaq nəzarətçiləri problemi olan ailələrə Efeslilərə 5:22—25 və bu kimi digər ayələr vasitəsilə kömək edir.

Yığıncaq nəzarətçiləri Yehovanın Şahidinin boşanmasına razılıq verməlidirmi?

Xeyr. Nəzarətçilər ər-arvadlara aralarında yaranmış problemləri aradan qaldırmağa kömək etməyə çalışırlar. Bununla belə, onların cütlüyün əvəzinə qərar verməyə ixtiyarları yoxdur (Qalatiyalılara 6:5). Müqəddəs Kitabın əsas vermədiyi səbəbə görə boşananlara yığıncaqda məsuliyyətlər verilmir və onlar Müqəddəs Kitaba əsasən, başqası ilə ailə qura bilməzlər (1 Timutiyə 3:1, 5, 12).

Yehovanın Şahidləri ayrı yaşamağa necə baxırlar?

Hətta ailədə vəziyyət xoş olmasa belə, Müqəddəs Kitab ər-arvadları bir yerdə yaşamağa təşviq edir (1 Korinflilərə 7:10—16). Ürəkdən dua etməklə, Müqəddəs Kitab prinsiplərinə əməl etməklə və məhəbbət göstərməklə bir çox problem həll oluna bilər (1 Korinflilərə 13:4—8; Qalatiyalılara 5:22).

Ancaq elə vəziyyət yarana bilər ki, Yehovanın Şahidi ayrı yaşamağa qərar versin. Məsələn, həyat yoldaşı...

  • ailəsinin qeydinə qalmırsa (1 Timutiyə 5:8).

  • zorakılıq edirsə (Zəbur 11:5).

  • Yehovaya ibadət etməyə yol vermirsə. Misal üçün, ər və ya arvad həyat yoldaşını Allahın qanunu pozmağa məcbur edir. Zərər çəkən tərəf belə vəziyyətdə düşünə bilər ki, Allaha sadiq qalmaq istəyirsə, yeganə çıxış yolu ayrı yaşamaqdır (Həvarilərin işləri 5:29).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş