Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 124
  • «Padşahlığın açarları» nədir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Padşahlığın açarları» nədir?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Yazıların cavabı
  • İnsan oğlu kimdir?
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsa kimdir?
    İsa Məsihin həyatı və xidməti
  • O, sınaqlar zamanı sadiq qaldı
    İman örnəkləri
  • Butrusa bənzəyin, təslim olmayın
    Gözətçi qülləsi 2023
Əlavə
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 124
Üç açar

«Padşahlığın açarları» nədir?

Müqəddəs Yazıların cavabı

«Padşahlığın açarları» insanların «Allahın Padşahlığına» daxil olmasına yol açmaq səlahiyyətini təmsil edir (Mətta 16:19; Həvarilərin işləri 14:22)a. İsa Məsih «Səmavi Padşahlığın açarlarını» həvarisi Butrusa vermişdi. Bu o deməkdir ki, Butrus sadiq insanların Allahın müqəddəs ruhunu qəbul edərək Səmavi Padşahlığa girmək şərəfinə necə layiq görülə biləcəkləri barədə məlumatı açmaq səlahiyyətinə malik oldu.

Açar kimlər üçün istifadə olunurdu?

Butrus Allah tərəfindən verilən bu səlahiyyətdən üç qrup insanın Padşahlığa girə bilməsi üçün istifadə etdi:

  1. Yəhudilər və prozelitlər. İsa Məsihin ölümündən qısa müddət sonra Butrus yəhudilərdən ibarət izdihamı İsanı Allahın Padşahlığının padşahı kimi qəbul etməyə təşviq etdi. Butrus onlara xilas olmaq üçün nə etməli olduqlarını bildirdi. Beləcə o, camaata Padşahlığa girmək üçün yol açdı və minlərlə adam onun sözlərini qəbul etdi (Həvarilərin işləri 2:38—41).

  2. Səməriyyəlilər. Sonralar Butrus səməriyyəlilərin yanına göndərildib. O, həvari Yəhya ilə birlikdə səməriyyəlilərin «müqəddəs ruh alması üçün dua» edəndə bir daha Padşahlığın açarından istifadə etdi (Həvarilərin işləri 8:14—17). Bu, səməriyyəlilərin Padşahlığa girməsinə yol açdı.

  3. Qeyri-yəhudilər. İsa Məsihin ölümündən üç il yarım sonra Allah Butrusa əyan etmişdi ki, qeyri-yəhudilərin də Padşahlığa girmək imkanı var. Buna müvafiq olaraq, Butrus açarlardan birini istifadə edərək qeyri-yəhudilərə təbliğ etdi. Bununla da qeyri-yəhudilərin müqəddəs ruh almaları, məsihi və Padşahlığın gələcək üzvləri olmaları üçün qapı açıldı (Həvarilərin işləri 10:30—35, 44, 45).

«Padşahlığa girmək» nə deməkdir?

«Padşahlığa girənlər» İsa Məsihlə birgə göydə hakimiyyət sürəcəklər. Müqəddəs Kitabda peyğəmbərlik edilib ki, onlar taxta oturacaqlar və yer üzərində padşahlıq edəcəklər (Luka 22:29, 30; Vəhy 5:9, 10).

Padşahlığın açarları haqda yanlış fikirlər

Səhv. Göylərə kimin gedəcəyinə Butrus qərar verir.

Doğru. Müqəddəs Kitabda deyilir ki, Butrus yox, İsa Məsih «ölülərlə diriləri mühakimə edəcək» (2 Timutiyə 4:1, 8; Yəhya 5:22). Butrus özü də demişdi ki, Allah İsa Məsihi «dirilərin və ölülərin hakimi təyin» edib (Həvarilərin işləri 10:34, 42).

Səhv. Padşahlığın açarlarını nə vaxt istifadə edəcəyinə Butrus özü qərar verir. Göylər onun qərarını gözləyir.

Doğru. İsa Məsih Padşahlığın açarları haqda danışanda Butrusa demişdi: «Yer üzündə bağlayacağın hər şey göylərdə bağlanmış olur və yer üzündə açacağın hər şey göylərdə açılmış olur» (Mətta 16:19, İncil, 1996). Bəziləri bu sözləri elə başa düşür ki, nə etməli olduğunu göylərə Butrus göstəriş verir, ancaq orijinal mətndə yazılmış yunan feli Butrusun qərarlarının göydəki qərarlardan üstün olduğunu yox, Butrusun göydə verilmiş qərara uyğun davranmalı olduğunu göstərir.

Müqəddəs Kitabda digər bir ayədə göstərilir ki, Butrus Padşahlığın açarlarını istifadə edən zaman göydən gələn göstərişə tabe olmuşdu. Məsələn, o, üçüncü açarı qəbul edəndə Allahdan göstəriş almışdı (Həvarilərin işləri 10:19, 20).

a Müqəddəs Kitabdakı «açar» ifadəsi bəzən səlahiyyəti və məsuliyyəti təmsil edir (Əşiya 22:20—22; Vəhy 3:7, 8).

b Səməriyyəlilər də iudaizm dininə mənsub idilər, ancaq Musanın qanununa əsaslanan bəzi təlimləri və ayinləri qəbul etmirdilər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş