Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 63
  • Flirt zərərsiz əyləncədir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Flirt zərərsiz əyləncədir?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Flirt nədir?
  • Nəyə görə bəziləri flirt edir?
  • Hansı təhlükələri var?
  • 1 Bizi qoruyur
    Gözətçi qülləsi (kütləvi) 2018
  • Dostluq, yoxsa romantik münasibət? II hissə: Hərəkətlərim nəyə işarə edir?
    Gənclərin sualları
  • Dostluq, yoxsa romantik münasibət? I hissə: Mən bunu necə qəbul edirəm?
    Gənclərin sualları
  • Ürəyini qoruyaraq əxlaqi cəhətdən təmiz qal
    Gözətçi qülləsi 2004
Əlavə
Gənclərin sualları
ijwyp məqalə 63
Yeniyetmə qız sinifdə oğlanla flirt edir

GƏNCLƏRİN SUALLARI

Flirt zərərsiz əyləncədir?

  • Flirt nədir?

  • Nəyə görə bəziləri flirt edir?

  • Hansı təhlükələri var?

  • Həmyaşıdların nə deyir?

Flirt nədir?

Bəziləri düşünür ki, flirt əks cinsə olan romantik hisslərini sözlərlə və ya hərəkətlərlə göstərmək deməkdir. Xoşuna gələn insana romantik hisslərini göstərmək səhvdir? Əslində, yox. Ann adlı qız deyir: «Əgər görüşməyə hazırsansa və kimdənsə xoşun gəlirsə, hisslərinin qarşılıqlı olduğunu başqa cür necə bilmək olar ki?»

Lakin bu məqalədə flirt dedikdə ciddi niyyəti olmadığı halda kiminləsə romantik hissləri varmış kimi davranmaq nəzərdə tutulur.

«Romantik münasibətə başlamaq üçün birinə xüsusi maraq göstərməklə ciddi niyyətin olmadan qarşındakı insanla guya ondan xoşun gəlirmiş kimi davranmaq, sonra da birdən-birə münasibəti kəsmək arasında fərq var» (Dianna).

Nəyə görə bəziləri flirt edir?

Bəziləri eqolarını təmin etmək üçün flirt edirlər. Heyli adlı qız deyir: «Biləndə ki, oğlanın səndən xoşu gəlir, bunun davam etməsini istəyirsən».

Amma kiməsə yalandan romantik hissin varmış kimi davranmaq o insanın hisslərini vecinə almamaq deməkdir. Əgər insan qəsdlə, sadəcə ona xoş olsun deyə belə davranırsa, o insana ağlı başında insan kimi baxmazlar. Müqəddəs Kitabda deyilir: «Ağılsız axmaqlıqdan zövq alar» (Məsəllər 15:21).

Buna görə də Heyli sözünə belə davam edir: «Flirt etmək əvvəl-əvvəl əyləncəli ola bilər, amma çox vaxt axırı heç də əyləncəli qurtarmır».

Hansı təhlükələri var?

  • Flirt etmək adına ləkə yaxır.

    «Flirt etmək insanın özünə inamı olmadığını və yetkinləşmədiyini göstərir. Belə adamın sənə qarşı dürüst olmadığını və səndən sui-istifadə etməyə çalışdığını hiss edərsən» (Ceremi).

    Müqəddəs Kitabda deyilir: «Məhəbbət... öz xeyrini güdmür» (1 Korinflilərə 13:4, 5).

    Düşün. Hansı sözlər və hərəkətlər qarşındakı insanla flirt etdiyin təəssüratını oyada bilər?

  • Flirt etməklə o insanın qəlbini yaralayırsan.

    «Mən görsəm ki, oğlan mənimlə flirt etmək istəyir, heç onun olduğu yerdə belə olmaq istəmərəm. Mən də elə təəssürat yaranar ki, o mənimlə yalnız qız olduğum üçün maraqlanır. Başqalarının hissləri bu cür insanların vecinə olmur, onlar ancaq özlərini düşünürlər» (Jaklin).

    Müqəddəs Kitabda deyilir: «Qoy heç kəs öz xeyrini düşünməsin, başqasının xeyrini düşünsün» (1 Korinflilərə 10:24).

    Düşün. Heç olubmu ki, kiminsə sənə qarşı romantik hissləri olduğunu düşünmüsən, amma sonra aydın olub ki, sən səhv başa düşmüsən? Əgər olubsa, özünü necə hiss etmisən? Eynilə də başqalarının hisslərinə toxunmaqdan necə qaça bilərsən?

  • Flirt əsl məhəbbəti tapmağına mane olur.

    «Heç kim flirt edən insanla nə görüşmək istəyər, nə də evlənmək. Əsl üzünü gizlədən insanı necə tanıya bilərəm ki?! Heç beləsinə güvənmək olar?!» (Oliviya).

    Müqəddəs Kitabda məzmurçu Davud deyir: «İç üzünü gizlədənlərə qaynayıb-qarışmıram» (Zəbur 26:4).

    Düşün. Belə münasibət kimin xoşuna gələr? Sənin belə adamdan xoşun gələrdi?

Həmyaşıdların nə deyir?

Skott

«Flirt etsən, insanların qəlbini yaralayırsan və o insanlar sənin etdiklərin haqda başqalarına danışar. Nə qədər belə davranmağa davam etsən, bir o qədər adını ləkələyərsən və bu ləkəni təmizləmək çox çətin olar» (Skott).

Ceslin

«Flirt etmək, həqiqətən də, adına ləkə yaxa bilər. Belə hərəkətlər etsən, insanlar sənin səmimi və etibarlı olduğunu düşünməz. Açığı, belə adamla yaxın dost olmaq istəmərəm» (Ceslin).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş