Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 66
  • Ayrılıq acısına necə dözüm?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ayrılıq acısına necə dözüm?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Keçirdiyin hisslər
  • Nə edə bilərsən?
  • Ayrılıq yarası
    Oyanın! 2015
  • Ayrılığa necə tab gətirə bilərəm?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Həyatımdan bezəndə...
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Ailə narahatçılığı
    Gözətçi qülləsi 2015
Əlavə
Gənclərin sualları
ijwyp məqalə 66
Ayrılıq acısı çəkən gənc oğlan əlində ürək formalı boyunbağı tutub

GƏNCLƏRİN SUALLARI

Ayrılıq acısına necə dözüm?

Stiven adlı bir gənc deyir: «Sevdiyim qızdan ayrılanda, elə bil, dünyam qaraldı. Həyatımda hələ heç vaxt belə ağrı keçirməmişdim».

Bu hisslər sənə də tanışdır? Onda bu məqalə sənə kömək edə bilər.

  • Keçirdiyin hisslər

  • Nə edə bilərsən?

Keçirdiyin hisslər

Ayrılıq hər iki tərəfə ağrı gətirir.

  • Əgər ayrılmaq qərarına gələn sən olmusansa, onda, yəqin ki, Jasminin sözlərinə şərik olacaqsan. O deyir: «Yadıma düşəndə ki, ayrılmaqla mənə doğma olan insanın ürəyini parçalamışam, vicdanım mənə əzab verirdi. Ümid edirəm, bir də belə bir şey yaşamaram».

  • Əgər qarşı tərəf səndən ayrılıbsa, onda bəzilərinin ayrılığı nəyə görə kiçik ölümə bənzətdiyini çox yaxşı başa düşərsən. Canet adlı gənc qız deyir: «Mən qəmin bütün mərhələlərini (inkar, qəzəb, bazarlıq, depressiya, qəbul) keçdim. Düşdüyüm vəziyyəti qəbul etmək mənə bir ilə başa gəldi».

Xülasə. Ayrılıq insanın həyat eşqini öldürə bilər. Necə ki, Müqəddəs Kitabda yazılıb: «Sınıq qəlb canı üzər» (Məsəllər 17:22).

Nə edə bilərsən?

  • İnsan danışır

    Etibar etdiyin insana ürəyini boşalt. Müqəddəs Kitabda deyilir: «Əsil dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17). Valideynlərinə və ya etibar etdiyin insana ürəyini boşaltmaq səni xeyli rahatlaşdıracaq.

    «Aylarla heç kimlə danışmırdım, təkliyə qapılmışdım. Ancaq əsl dostlar belə vəziyyətdən çıxmağa kömək edə bilərlər. Məsələn, mən hisslərimi onlarla bölüşəndən sonra xeyli rahatlıq tapdım» (Canet).

  • İnsan beyni

    Yaşadıqlarından dərs götür. Müqəddəs Kitabın digər bir ayəsində deyilir: «Hikmət qazan, dərrakə qazan» (Məsəllər 4:5). Ayrılıq xoşagəlməz olsa da, bizə çox şey öyrədir, məsələn, özümüzü daha yaxşı tanıyırıq və məyusluğun öhdəsindən gəlməyi öyrənirik.

    «Sevdiyim qızdan ayrılandan bir müddət sonra dostum məndən soruşdu: “Bu münasibətdən nələr öyrəndin? Gələcəkdə kiminləsə görüşsən, öyrəndiklərin sənə necə kömək edə bilər?”» (Stiven).

  • İnsan dua edir

    Dua elə. Allahın Kəlamında deyilir: «Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar» (Zəbur 55:22). Allaha dua etmək sənə qəm dəryasından çıxmağa və ayrılığa başqa tərəfdən baxmağa kömək edə bilər.

    «Tez-tez dua edin. Yehova Allah keçirdiyiniz hissləri yaxşı başa düşür və vəziyyətinizi sizdən yaxşı bilir» (Marsiya).

  • İnsan kömək edir

    Başqalarına yaxşılıq elə. Müqəddəs Kitabda deyilir: «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4). Vaxtının çoxunu başqalarına kömək etməyə sərf etsən, ayrılıq acısının öhdəsindən tez gələ biləcəksən.

    «İnsan sevdiyindən ayrılanda onun üçün, sanki, hər şey məhv olur. Həmin vaxt daxilində keçirdiyin ağrılar fiziki ağrılardan daha betərdir. Amma sonra gördüm ki, ayrılıq heç də həyatın sonu deyil. Bu vəziyyətdən çıxmaq üçün mənə sadəcə vaxt lazım idi (Evelin).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş