Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 68
  • Maksimalist deyiləm ki?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Maksimalist deyiləm ki?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Maksimalist olmağın nəyi pisdir?
  • Bəs nə etmək olar?
  • Maksimalist olmağa dəyərmi?
    Gözətçi qülləsi 2000
  • Kamil həyat yalnız arzu deyil!
    Gözətçi qülləsi 2000
  • Tənqidə necə yanaşmalıyam?
    Gənclərin sualları
  • Niyyətlərimizdə nəyə görə müdrik olmalıyıq?
    Gözətçi qülləsi 2000
Əlavə
Gənclərin sualları
ijwyp məqalə 68
Yeniyetmə oğlan at şəkli çəkməyə çalışır

GƏNCLƏRİN SUALLARI

Maksimalist deyiləm ki?

Əgər sən

  • hər imtahanda yalnız yüksək qiymət gözləyirsənsə,

  • müvəffəqiyyətsizlikdən qorxub yeni işlərdən qaçırsansa,

  • bütün tənqidlərə səni gözdən salmaq cəhdləri kimi baxırsansa,

...deməli, sənə maksimalist demək olar. Bəs maksimalist olub-olmamağın bir fərqi var?

  • Maksimalist olmağın nəyi pisdir?

  • Bəs nə etmək olar?

  • Həmyaşıdların nə deyir?

Maksimalist olmağın nəyi pisdir?

Hər şeyi mümkün qədər yaxşı etməyə can atmaqda pis bir şey yoxdur. Lakin «Maksimalizm. Mükəmməlliyə can atmağın nəyi pisdir?» adlı kitabda qeyd olunduğu kimi, «mükəmməlliyə məntiqli şəkildə can atmaqla, olmazın hədəflər dalınca qaçmaq arasında böyük fərq var». Orada həmçinin əlavə olunur: «Maksimalist olmaq insan üçün ağır bir yükə çevrilə bilər, çünki heç kəs mükəmməl deyil» («Perfectionism—What’s Bad About Being Too Good?»).

Müqəddəs Kitabda deyilir: «Dünyada elə saleh adam yoxdur ki, heç vaxt günah etməsin, ancaq yaxşılıq etsin» (Vaiz 7:20). Qeyri-kamil olduğundan bəzən etdiklərin mükəmməl alınmaya bilər.

Əgər sənə bununla barışmaq çətindirsə, onda maksimalizmin həyatına mənfi təsir edəcəyi dörd sahəni nəzərdən keçir.

  1. Özünə qarşı münasibətin. Maksimalistlər özləri üçün sonu məyusluqla nəticələnən yüksək normalar qoyurlar. «Etiraf edək ki, hər sahədə mükəmməl olmağımız mümkün deyil. Odur ki, əla nəticə əldə etmədik deyə özümüzü didib-parçalamaqla özümüzə inamımızı itirəcəyik. Bu isə adamı lap dilxor edə bilər» (Alisa).

  2. Məsləhətə münasibətin. Maksimalistlər tənqidə onları gözdən salmaq cəhdləri kimi baxırlar. Ceremi adlı bir gənc deyir: «Kimsə mənə düzəliş verəndə özümü bərbad hiss edirəm». O əlavə edir: «Maksimalist olmaq insana öz bacarıqlarının məhdud olduğunu və köməyə ehtiyac duyduğunu qəbul etməyə mane olur».

  3. Başqalarına münasibətin. Adətən, maksimalistlər insanlardan çox şey gözləyir və bunun səbəbi aydındır. Anna adlı 18 yaşlı qız deyir: «Özünə qarşı həddən artıq tələbkar olanda başqalarından da bunu gözləyirsən. İnsanlar sənin standartlarına uyğun gəlməyəndə onlara inamın sarsılır».

  4. Başqalarının sənə münasibəti. Əgər insanlardan həddən artıq çox şey gözləyirsənsə, onların səndən yan gəzməsinə təəccüblənmə! Bet adlı bir yeniyetmə deyir: «Daim maksimalistləri razı salmağa çalışmaq adamı təngə gətirir. Heç kim belə insanla oturub-durmaq istəmir».

Bəs nə etmək olar?

Müqəddəs Kitabda deyilir: «Qoy hamı sizi dərrakəli adam kimi tanısın» (Filippililərə 4:5). Dərrakəli insanlar özlərinə və başqalarına qarşı tələbkarlıqda tarazılığı qoruyurlar.

«Onsuz da kənar təzyiqlər kifayət qədərdir, nəyə görə maksimalist olub həyatımızı daha da çətinləşdirək? Başını niyə ağrıdasan?! (Nelya).

Müqəddəs Kitab bizə «Allahın önündə təvazökarlıqla» yeriməyi buyurur (Mikə 6:8). Təvazökar insan dərk edir ki, onun imkanları məhduddur. Ona görə də edə bilməyəcəyi işi öhdəsinə götürmür və ya başqa vacib işləri qoyub bir işə hədsiz vaxt sərf etmir.

«Üzərimə götürdüyüm məsuliyyətlərin öhdəsindən yaxşı gəlmək istəyirəmsə, bacaracağım qədər işə boyun olmalıyam» (Heliy).

Müqəddəs Kitabda deyilir: «Əlindən nə gəlirsə, var gücünlə et» (Vaiz 9:10). Odur ki, maksimalizmin çarəsi tənbəllik yox, çalışqanlıqdır. Əlbəttə, yuxarıda qeyd olunduğu kimi, dərrakə və təvazökarlığı əldən verməmək şərtilə.

«Var gücümlə çalışıram ki, işlərimi ən yaxşı şəkildə yerinə yetirim. Başa düşürəm ki, ideal iş görmək mümkün deyil. Ancaq əlimdən gələni əsirgəmədiyimi bilmək mənə sevinc gətirir» (Coşua).

Həmyaşıdların nə deyir?

Syerra

«Maksimalizm gərginlik yarada və kimsə bizə düzəliş verəndə özümüzü pis hiss etməyimizə səbəb ola bilər. Səhvlərimizə uğursuzluq kimi baxmaq yerinə, onlardan nəticə çıxarmaq daha yaxşı olar» (Syerra).

Bo

«Maksimalizm sevincimizi itirməyimizə səbəb ola bilər. Həmçinin dostlarımız yanımızda sıxıla bilər, onlarda elə hiss yarana bilər ki, biz onları mühakimə edir, yaxud kifayət qədər bacarıqlı olmadıqlarını düşünürük» (Bo).

Sarina

«Gün ərzində planlaşdırdığımız işləri çatdırmaq üçün cəmi 24 saatımız var. Əgər hər xırda işə çox vaxt sərf etsək, onda vacib işlərə, eləcə də yeməyə və yatmağa vaxt qalmayacaq» (Sarina).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş