Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 136
  • Məryəm Allahın anasıdır?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məryəm Allahın anasıdır?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Kitabın cavabı
  • «Mən Yehovanın quluyam!»
    İman örnəkləri
  • O, eşitdiklərinin mənası üzərində düşünürdü
    İman örnəkləri
  • Bakirə Məryəm barədə Allahın Kəlamında nə deyilir?
    Müqəddəs Kitaba aid suallara cavab
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 136
Məryəm körpə İsa ilə

Məryəm Allahın anasıdır?

Müqəddəs Kitabın cavabı

Xeyr, Müqəddəs Kitab Məryəmin Allahın anası olduğunu öyrətmir. Həmçinin orada deyilmir ki, məsihilər Məryəmə ibadət və ya sitayiş etməlidira. Aşağıdakılara nəzər salın:

  • Məryəm heç vaxt özünü Allahın anası kimi qələmə verməmişdi. Müqəddəs Kitab açıqlayır ki, o, Allahı yox, «Allahın oğlu»nu dünyaya gətirib (Mark 1:1; Luka 1:32).

  • İsa Məsih heç vaxt deməmişdi ki, Məryəm Allahın anasıdır və ya o, xüsusi izzətə layiqdir. Məsələn, İsanı dünyaya gətirdiyi üçün Məryəmin xoşbəxt ana olduğuna xüsusi diqqət yetirən bir qadına İsa belə düzəliş etmişdi: «Əksinə, Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!» (Luka 11:27, 28).

  • Müqəddəs Kitabda «Allah anası» və «Theotokos» (Tanrını dünyaya gətirən) ifadələrinə rast gəlinmir.

  • Müqəddəs Kitabdakı «Səma məlikəsi» ifadəsi Məryəmə yox, dönük israillilərin ibadət etdikləri saxta ilahəyə aid edilir (Ərəmya 44:15—19). Ola bilsin, «Səma məlikəsi» deyərkən Babil ilahəsi İştar (Astarta) nəzərdə tutulur.

  • Birinci əsrdəki məsihilər Məryəmə nə ibadət edir, nə də xüsusi ehtiram bəsləyirdilər. Bir tarixçi qeyd edir ki, bu məsihilər «heç nəyə sitayiş etməzdilər və ehtimal ki, ilahəyə ibadət şübhəsi yaratmasınlar deyə Məryəmə həddən artıq ehtiram bəsləməkdən ehtiyat edirdilər» («In Quest of the Jewish Mary»).

  • Müqəddəs Kitabda deyilir ki, Allah həmişə mövcud olub (Zəbur 90:1, 2; Əşiya 40:28). Allahın başlanğıcı olmadığı üçün anasının olması da mümkün deyil. Bundan əlavə, Məryəm Allahı bətnində daşıya bilməzdi, çünki Müqəddəs Kitabda aydın şəkildə qeyd olunur ki, Allah göylərə belə sığmır (1 Padşahlar 8:27).

Məryəm — Allahın anası yox, İsanın anasıdır

Məryəm yəhudi əsilli idi və o, Davud padşahın birbaşa nəslindən gəlmişdi (Luka 3:23—31). O, imanına və sədaqətinə görə Allahın mübarək bəndəsi idi (Luka 1:28). Allah İsanın anası olmağa onu layiq görmüşdü (Luka 1:31, 35). Sonradan Məryəmin əri Yusifdən başqa uşaqları da oldu (Mark 6:3).

Müqəddəs Kitabda Məryəmin İsanın şagirdi olduğu deyilsə də, orada onun haqda o qədər də çox məlumat yoxdur (Həvarilərin işləri 1:14).

Nəyə görə bəziləri Məryəmin Allahın anası olduğunu düşünür?

Məryəmə sitayiş eramızın dördüncü əsrinin sonlarından başlayır. Həmin dövrdə Katolik kilsəsi dini Roma imperiyasının dövlət dini oldu. Nəticədə, bütpərəst mənşəli bir çox insan formal xristian oldu. Kilsə həmçinin Müqəddəs Kitaba zidd olan Üç üqnum təlimini qəbul etdi.

Üç üqnum ehkamına görə kilsədəki insanların çoxu belə bir nəticəyə gəldi ki, əgər İsa Allahdırsa, deməli, Məryəm də Allahın anası olmalıdır. Eramızın 431-ci ilində Efesdə bir kilsə şurası Məryəmi rəsmi olaraq «Allah anası» elan etdi. Məryəmi ilahiləşdirmək, yəni Məryəmə həddən artıq ehtiram bəsləmək Efesdəki bu şuradan sonra geniş vüsət aldı. Bütpərəst mənşəli insanların kilsəyə qoşulması ilə Bakirə Məryəmin təsvir və ikonaları tədricən Artemida (Diana) və İsida kimi məhsuldarlıq ilahələrinin təsvir və ikonalarını əvəz etdi.

Eramızın 432-ci ilində Papa III Sikst «Allah anası» şərəfinə Romada bir kilsə tikilməsinə əmr verdi. Bu kilsə Romada doğuş ilahəsi olan Lyusinanın şərəfinə tikilmiş məbədin yaxınlığında tikildi. Bir müəllif bu kilsəni belə təsvir etmişdi: «Bu kilsə Romanın xristianlaşdırılmasından sonra Məryəmə sitayişi bütpərəstlik ayinlərindən biri olan Böyük Anaya sitayişlə eyniləşdirən əsaslı bir simvoldur» («Mary—The Complete Resource»).

a Bəzi məzhəblər öyrədir ki, Məryəm Allahın anasıdır. Onlar ona «Səma məlikəsi» və ya «Theotokos» deyə müraciət edirlər. Yunan sözü olan «Theotokos» — «Tanrını dünyaya gətirən» mənasını daşıyır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş