Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 75
  • Əgər dostum qəlbimi qırıbsa...

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əgər dostum qəlbimi qırıbsa...
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Nələri bilməlisən?
  • Nə edə bilərsən?
  • Bağışlamaq nə deməkdir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • «Bu kiçiklərdən birini» büdrətməyin
    Gözətçi qülləsi 2021
  • 4. Bağışlamaq
    Oyanın! 2018
  • Qəzəbi nə zaman əsaslı hesab etmək olar?
    Gözətçi qülləsi 2005
Əlavə
Gənclərin sualları
ijwyp məqalə 75
Bir qız sözləri ilə digərinin qəlbini qırır

GƏNCLƏRİN SUALLARI

Əgər dostum qəlbimi qırıbsa...

  • Nələri bilməlisən?

  • Nə edə bilərsən?

  • Həmyaşıdların nə deyir?

Nələri bilməlisən?

  • İnsan münasibətləri problemsiz ötüşmür. Qeyri-kamil olduğu üçün yaxşı dost, hətta ən yaxın hesab etdiyin dost belə söz və ya hərəkəti ilə səni yaralaya bilər. Təbii ki, sən də qeyri-kamilsən. Dürüst ol, məgər sən heç vaxt heç kimin qəlbini qırmamısan? (Yaqub 3:2).

  • İnternet daha asanlıqla inciməyə gətirib çıxara bilər. Məsələn, Deyvid adlı bir yeniyetmə deyir: «Sosial şəbəkədə dostunun hansısa məclisdəki şəklini görürsən. Düşünə bilərsən, mən niyə dəvət olunmamışam?! Sənə elə gələ bilər ki, xəyanətə uğramısan. Ona görə də məyusluğa qapıla bilərsən».

  • Problemi həll etməyi öyrənə bilərsən.

Nə edə bilərsən?

Özünü yoxla. Müqəddəs Kitabda deyilir: «Küsəyən olma, inciklik axmaqların köksündə yuva salır» (Vaiz 7:9, haşiyə).

«Bəzən bir müddətdən sonra anlayırsan ki, səni dilxor edən məsələ elə də ciddi məsələ deyilmiş» (Alisa).

Fikirləş: Tez inciyənsən? Bəs başqalarının qeyri-kamilliyinə qarşı daha tolerant olmağı öyrənə bilərsən? (Vaiz 7:21, 22).

Bağışlamağın faydaları üzərində düşün. Müqəddəs Kitabda deyilir: «Günahın üstündən keçmək insanın yaraşığıdır» (Məsəllər 19:11).

«Şikayətlənməyə səbəbin olsa belə, yaxşı olar ki, birdəfəlik bağışlayasan. Yəni həmin məsələni dönə-dönə insanın başına qaxınc etməyəsən və hər dəfə onun səndən üzr istəməsinə gətirib çıxarmayasan. Bağışladınsa, bir də o məsələyə qayıtma» (Malori).

Fikirləş: Vəziyyət, doğrudan da, ciddidir? Sülh naminə bağışlamaq olar? (Koloslulara 3:13).

Soyuq havanı isti otağa buraxmaq

Dostunla arandakı hər problemi böyütmək dəfələrlə qapını açaraq soyuq havanı isti otağa buraxmağa bənzəyir

Başqalarını nəzərə al. Müqəddəs Kitabda deyilir: «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4).

«Dostlar arasında sevgi və hörmət olanda, problemləri dərhal həll etməyə əsaslı səbəb olur, çünki bu dostluq münasibəti üçün çox zəhmət çəkmisən və onu itirmək istəmirsən» (Nikol).

Fikirləş: Qarşı tərəfi haqlı çıxaracaq hər hansı bir səbəb tapa bilərsən? (Filippililərə 2:3).

Yadda saxla. İnciklik hissini dəf etmək yetkin yaşlarında sənə böyük xeyri dəyəcək bir bacarıqdır. Niyə də bu bacarığa indidən yiyələnməyəsən?!

Həmyaşıdların nə deyir?

Kiana

«Hər məsələni rəsmiyyətə mindirmək lazım deyil. Əgər ağlımda bunu həll edib unuda bilirəmsə, belə də edirəm. Bu, hər kiçik incikliyi körükləməyəcək, əksinə, sülhü qorumağa kömək edəcək» (Kiana).

Trey

«Hər dəfə belə vəziyyət yarananda özümdən soruşuram: “Bu məsələdən ötrü dostumu itirməyə dəyər?” Demək olar ki, hər dəfə cavabım “xeyr” olur» (Trey).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş