Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 140
  • İsa Məsih Xilaskardır. Bu nə deməkdir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa Məsih Xilaskardır. Bu nə deməkdir?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Kitabın cavabı
  • Müqəddəs Kitab öyrədirmi ki, «bir dəfə xilas olan həmişəlik xilas olur»?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Xilas nədir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • «İsaya iman». İsa Məsihə iman etmək xilas olmaq üçün kifayətdir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Deyirlər ki, siz İsa Məsihi qəbul etmirsiniz, bu doğrudur?
    Tez-tez verilən suallar
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 140
İsa Məsih müxtəlif irqdən olan insanların əhatəsində

İsa Məsih Xilaskardır. Bu nə deməkdir?

Müqəddəs Kitabın cavabı

İsa Məsih canını fidyə qurbanı kimi verməklə imanlı insanları xilas etdi (Mətta 20:28). Buna görə də Müqəddəs Kitabda İsa «dünyanın Xilaskarı» adlanır (1 Yəhya 4:14). Orada həmçinin deyilir: «Ondan başqa xilaskar yoxdur, çünki göy altında Allahın insanlara verdiyi başqa bir ad yoxdur ki, onun sayəsində xilas ola bilək» (Həvarilərin işləri 4:12).

İsa Məsih ona iman edən «hər kəsin əvəzinə ölümü» daddı (İbranilərə 2:9; Yəhya 3:16). Sonra «Allah onu diriltdi» və o, ruhani varlıq kimi göyə qayıtdı (Həvarilərin işləri 3:15). Göydə «İsa onun vasitəsilə Allaha yaxınlaşanları tamamilə xilas edə bilər, çünki o, həmişə sağdır və onlardan ötrü həmişə Allaha yalvarır» (İbranilərə 7:25).

Niyə İsa Məsihin bizim üçün yalvarmasına ehtiyac duyuruq?

Hamımız günahlıyıq (Romalılara 3:23). Günah Allahla aramıza sədd çəkir və ölümə aparır (Romalılara 6:23). Lakin İsa Məsih onun fidyə qurbanlığına iman edənlər üçün vəkil kimi xidmət edir (1 Yəhya 2:1, haşiyə). İsa onlardan ötrü Allaha yalvarır, onların dualarını eşitməsini və öz qurbanlığı sayəsində onların günahlarını bağışlamasını xahiş edir. (Mətta 1:21; Romalılara 8:34). Allah İsanın bu xahişlərini Öz iradəsinə müvafiq olduğu üçün cavabsız qoymur. O, İsa Məsihi «bəşəriyyəti onun vasitəsilə xilas etmək üçün dünyaya göndərmişdir» (Yəhya 3:17).

İsa Məsihə iman etmək xilas olmağımız üçün kifayətdirmi?

Xeyr. Xilas olmaq üçün İsa Məsihə iman etmək mütləq olsa da, bizdən daha çox şey tələb olunur (Həvarilərin işləri 16:30, 31). Müqəddəs Kitabda deyilir: «Bəli, ruhsuz bədən ölü olduğu kimi, əməlsiz iman da ölüdür» (Yaqub 2:26). Xilas olmaq üçün növbəti addımları atmalıyıq:

  • İsa Məsih və onun Atası Yehova haqda öyrənməliyik (Yəhya 17:3).

  • Onlara iman etməliyik (Yəhya 12:44; 14:1).

  • İmanımızı Onların əmrlərinə riayət etməklə göstərməliyik (Luka 6:46; 1 Yəhya 2:17). İsa demişdi ki, ona «Ağa» deyən hər kəs xilas olmayacaq, «yalnız göydəki [Atasının] iradəsini yerinə yetirən» xilas olacaq (Mətta 7:21).

  • Çətinliklərə baxmayaraq, daima iman təzahür etdirməliyik. İsa Məsih aydın şəkildə demişdi ki, «axıra kimi dözən xilas olacaq» (Mətta 24:13).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş