Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 84
  • Nəyə görə həmişə yanlış şeylər söyləyirəm?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nəyə görə həmişə yanlış şeylər söyləyirəm?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Nəyə görə yanlış şeylər söyləyirəm?
  • Dili ram etmək
  • Dilinizi idarə edərək ailədə məhəbbət və hörməti qoruyun
    Gözətçi qülləsi 2006
  • Qoy diliniz insanlara şəfa versin!
    Gözətçi qülləsi 2015
  • «İmanı möhkəmləndirmək üçün yaxşı söz» söylə
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • İmanı möhkəmləndirmək üçün yaxşı söz söylə
    Allahın məhəbbətindən ayrılmayın
Gənclərin sualları
ijwyp məqalə 84
Gənc oğlan ağzından çıxan sözləri tutmağa çalışır

GƏNCLƏRİN SUALLARI

Nəyə görə həmişə yanlış şeylər söyləyirəm?

«Hərdən dilimi yüyənləyə bilirəm, hərdən isə sanki ağlıma gələni yox, ağzıma gələni danışıram» (Ceyms).

«Əsəbi olanda düşünmədən danışıram, sakit olanda isə lazımından artıq danışıram. Ona görə də həmişə hər şeyi əlimə-üzümə bulaşdırıram» (Meri).

Müqəddəs Kitabda deyilir: «Dil... bir alovdur» və «böyük bir meşəni yandırmaq üçün bircə qığılcım kifayət edir» (Yaqub 3:5, 6). Sözlərin tez-tez başını bəlaya salır? Əgər elədirsə, onda bu məqalə sənə kömək edə bilər.

  • Nəyə görə yanlış şeylər söyləyirəm?

  • Dili ram etmək

  • Həmyaşıdların nə deyir?

Nəyə görə yanlış şeylər söyləyirəm?

Qeyri-kamillik. Müqəddəs Kitabda deyilir: «Hər birimiz dəfələrlə səhv edirik. Sözündə səhvə yol verməyən kamil insandır» (Yaqub 3:2). İnsan zəifliyi nəinki yeriyəndə büdrəməyimizə, həmçinin danışanda yanlış şeylər deməyimizə də səbəb ola bilər.

«Qeyri-kamil dərrakəyə və qeyri-kamil dilə sahibəm. Ona görə də onları kamil şəkildə idarə edə bildiyimi demək özümü aldatmaqdır» (Anna).

Həddən artıq danışmaq. Müqəddəs Kitabda deyilir: «Söz çox olan yerdə xəta əskik olmaz» (Məsəllər 10:19). Lap çox danışıb, lap az dinləyən insanların yanlış sözlər deyərək başqalarını incitmək ehtimalı yüksəkdir.

«Bir məkandakı ən ağıllı insanlar həmişə danışan insanlar deyil. İsa yer üzündə gəlib-getmiş ən ağıllı insan olsa da, bəzən o susurdu» (Culya).

Kinayə. Müqəddəs Kitabda deyilir: «Düşünmədən deyilən söz qılınc zərbəsinə bənzər» (Məsəllər 12:18). Düşünmədən deyilən sözlərə kinayəni misal gətirmək olar. Bu, başqalarını alçaltmaq üçün deyilən acı sözlərdir. Kinayə ilə danışan insanlar deyə bilər ki, «mən sadəcə zarafat edirdim!» Amma başqalarını təhqir etmək heç də gülməli deyil. Müqəddəs Kitabda «təhqiri, habelə zərər gətirən hər şeyi» kənara qoymağımız məsləhət görülür (Efeslilərə 4:31).

«Mən hazırcavab insanam və zarafat etməyi sevirəm. Bu keyfiyyətlər sarkazma gətirib çıxarır. Sarkazm isə çox vaxt başımı bəlaya salır» (Oksana).

Gənc oğlan sıxılan diş məcununu qabına geri qaytarmağa çalışır

Sıxdığın diş məcununu qabına geri qaytara bilmədiyin kimi, ağzından çıxan sözləri də geri qaytarmaq mümkün deyil

Dili ram etmək

Dili nəzarətdə saxlamağı öyrənmək asan deyil, amma Müqəddəs Kitab prinsipləri bu sahədə kömək edə bilər. Məsələn, aşağıdakıları nəzərdən keçir.

«Ürəyinizdə danışın, səsiniz çıxmasın» (Zəbur 4:4).

Bəzən ən yaxşı cavab cavab verməməkdir. Laura adlı gənc qız deyir: «Hirsli ikən keçirdiyim hisslər sonradan yox olub gedir. Sakitləşəndən sonra sevinirəm ki, həmin an demək istədiklərimi dilimə gətirməmişəm». Hətta sadəcə bir neçə saniyəlik pauza etmək yanlış şeyləri söyləməyinin qarşısını ala bilər.

«Dil yeməyin dadını bildiyi kimi, sözün də xiridarı qulaq deyilmi?» (Əyyub 12:11).

Söyləməyi düşündüyün sözləri növbəti suallarla yoxlasan, onda özünü məyusluq hissindən qoruya bilərsən.

  • Bunu demək doğrudur? Bu, xeyirxahlıqdır? Bunu demək vacibdir? (Romalılara 14:19).

  • Kimsə mənə bu sözü desəydi, özümü necə hiss edərdim? (Mətta 7:12).

  • Bu, qarşımdakı insana hörmət etdiyimi göstərəcək? (Romalılara 12:10).

  • Bunu deməyin düzgün zamanıdır? (Vaiz 3:7).

«Təvazökar olub başqalarını özünüzdən üstün sayın» (Filippililərə 2:3).

Bu məsləhət sənə kömək edəcək ki, başqalarına qarşı müsbət fikirlər yetişdirəsən. Bu fikirlərin sayəsində isə dilini saxlayacaq və danışmazdan öncə düşünəcəksən. Hətta artıq çox gecdirsə və sən kimisə sözlərinlə incitmisənsə, təvazökarlıq üzr istəməyə və bunu mümkün qədər tez bir zamanda etməyə sənə kömək edəcək (Mətta 5:23, 24). Sonra çalış, dilini ram etmək üçün daha çox qətiyyət göstərəsən.

Həmyaşıdların nə deyir?

Teylor

«Söhbət zamanı həyəcandan demək istəmədiyim sözləri deməyə meyilli oluram. Amma sadəcə on saniyə dayanıb sözlərimin başqalarına necə təsir edəcəyini və ya onlara həqiqətən fayda gətirib-gətirməyəcəyini düşünürəmsə, onda dilimi yüyənləmək məndə daha yaxşı alınır» (Teylor).

Brandon

«Kimsə sənə kefini pozan bir şey deyirsə, yaxşı olar ki, vəziyyəti nəzərə alasan. Adətən, bu, düşünmədən deyilən söz olur və onu unutmaq mümkündür. Bəzən söylənilənlər sən tərəfdən ədalətsiz görünsə də, o sözlərdə həqiqət ola bilər. Bu kimi vəziyyətlərin öhdəsindən gəlməyin açarı yaxşı və sakit ünsiyyətdir» (Brandon).

Cesika

«Ağlımıza ilk gələn sözlər incidici sözlər olmasa, onda başqalarını incitməkdən çəkinmək daha asan olacaq. Bəzən vəziyyətə baxışımız və insanlara olan münasibətimiz üzərində işləməli oluruq. Belə etsək, onda çox nadir hallarda başqalarını incidəcək sözlər deyəcəyik» (Cesika).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş