Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwwd məqalə 39
  • Şeytani zirehli böcəyin qabığı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Şeytani zirehli böcəyin qabığı
  • Təkamül, yoxsa yaradılış möcüzəsi?
Təkamül, yoxsa yaradılış möcüzəsi?
ijwwd məqalə 39
Şeytani zirehli böcək

Heather Broccard-Bell/iStock via Getty Images

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Şeytani zirehli böcəyin qabığı

Şeytani zirehli böcəyə (Phloeodes diabolicus) Şimali Amerikanın qərbində rast gəlinir. Araşdırmalara görə bu böcək öz çəkisindən təxminən 39 000 dəfə ağır yükə tab gətirə və hətta üstündən maşın keçsə belə, sağ qala bilir. Bu böcək bu qədər təzyiqə necə tab gətirir?

Bu böcəyin qabığının üst və alt hissəsi hər iki tərəfdən bir-birinə birləşib. Bu birləşmələrin biri onu təzyiq altında olanda deformasiyaya müqavimət göstərməyə, əsas orqanlarını qorumağa kömək edir. Digər birləşmə isə daha yumşaqdır, deformasiyaya tez uğrayır. Üçüncü birləşmə isə böcəyin qabığının səthini dəyişməyinə imkan verir. Bu birləşmə elastik olduğuna görə böcək ağac qabıqlarının və ya daşların arasında boş yerlərdə gizlənə bilir.

Bundan əlavə, böcəyin kürəyinin ortasında tiyə adlanan çoxsaylı çıxıntılar var. Onlar pazl hissəcikləri kimi bir-birinə bağlanıblar. Bu hissəciklər təzyiqi böcəyin bütün bədəninə bərabər paylayır. Çıxıntılar bir-birinə zülallar vasitəsilə yapışan laylardan ibarətdir. Təzyiq göstəriləndə zülallarda xırda çatlar əmələ gəlir, amma böcəyin bədəninə ciddi zərər dəymir. Kiçik çatlar isə müəyyən vaxtdan sonra sağalır.

Şeytani zirehli böcəyin görünüşü. Şəklin solunda böcəyin üst və alt qabığını birləşdirən, eləcə də kürəyinin ortasındakı birləşmələr təsvir olunub

Tiyələr bir-biri ilə pazl hissəcikləri kimi birləşir

Qırmızı oxlar böcəyin qabığının üst və alt hissələrindəki birləşməni göstərir. Boz ox böcəyin kürəyinin ortasındakı birləşməni göstərir

Araşdırmalara əsasən bu böcəyin qabığından ilhamlanaraq mühəndislər təzyiqə davamlı nəqliyyat vasitələri istehsal edir, körpü və bina kimi tikililər inşa edirlər.

Necə fikirləşirsiniz? Şeytani zirehli böcəyin qabığı təkamül nəticəsidir, yoxsa yaradılış möcüzəsi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş