Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbv məqalə 41
  • «Allah hər şeyi öz vaxtında gözəl yaratdı» (Vaiz 3:11)

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Allah hər şeyi öz vaxtında gözəl yaratdı» (Vaiz 3:11)
  • Müqəddəs Kitab ayələrinin izahı
  • Başlıqlar
  • Oxşar material
  • Vaiz 3:11 ayəsinin mənası
  • Vaiz 3:11 ayəsinin konteksti
  • «Vaiz» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2006
  • Hər şeyin öz vaxtı var
    Gözətçi qülləsi 2009
  • Nə vaxt öləcəyimiz əvvəlcədən müəyyənləşdirilib?
    Müqəddəs Kitaba aid suallara cavab
  • «Günahın əvəzi ölümdür, Allahın ənamı isə... əbədi həyatdır» (Romalılara 6:23)
    Müqəddəs Kitab ayələrinin izahı
Əlavə
Müqəddəs Kitab ayələrinin izahı
ijwbv məqalə 41

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Allah hər şeyi öz vaxtında gözəl yaratdı» (Vaiz 3:11)

«O, hər şeyi vaxtında və gözəl etdi. İnsanların ürəyinə əbədiyyət qoydu. Hərçənd onlar heç vaxt Allahın işini əvvəldən axıra kimi dərk etməyəcəklər» (Vaiz 3:11, «Yeni Dünya Tərcüməsi»).

«Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz» (Vaiz 3:11, Müqəddəs Kitab şirkəti, 2009).

Vaiz 3:11 ayəsinin mənası

«Allah hər şeyi öz vaxtında gözəl yaratdı». Bu ayədə «gözəl» kimi tərcümə olunmuş ibrani sözü sadəcə fiziki və estetik gözəllik mənasını vermir. Bu söz həmçinin «yaxşı təşkil olunmuş», «düzgün», «uyğun» kimi də tərcümə oluna bilər (Vaiz 3:11). Allahın gözəl işlərinə yalnız yaratdığı şeylər yox, niyyətini həyata keçirmək üçün gördüyü işlər də daxildir (Dənyal 2:21; 2 Butrus 3:8; Vəhy 4:11).

«İnsanların ürəyinə əbədiyyət qoydu». Allah insanları əbədi yaşamaq üçün yaratdı və ürəklərinə bu istəyi qoydu (Zəbur 37:29). Lakin Adəm və Həvva itaətsizlik göstərdilər və bununla da həm özlərini, həm də gələcək nəsillərini ölümə düçar etdilər (Yaradılış 3:17—19; Romalılara 5:12). Amma Allah «hər bir məxluqu istəyinə» çatdıracağına söz verib. Buna insanların əbədi yaşamaq istəyi də daxildir (Zəbur 145:16). Müqəddəs Kitabda insanların əbədi yaşaması üçün Yehovanın hansı tədbiri gördüyü izah olunur (Romalılara 6:23).

«Hərçənd onlar heç vaxt Allahın işini əvvəldən axıra kimi dərk etməyəcəklər». Allahın hikməti o qədər dərin, o qədər əngindir ki, Müqəddəs Kitabda Onun hikmətinin «tədqiqolunmaz» olduğu deyilir (Romalılara 11:33). Bununla belə, Allah Onu razı salmaq istəyənlərə Öz niyyətini açıqlayır (Amus 3:7).

Vaiz 3:11 ayəsinin konteksti

«Vaiz» kitabını Süleyman padşah yazıb. O, Allahın ona verdiyi hikməti ilə tanınırdı. Bu kitabda həyatda nəyin həqiqətən dəyərli, nəyin dəyərsiz olduğu barədə praktiki məsləhətlər yer alır (Vaiz 1:2, 3; 2:1, 17; 7:1; 12:1, 13). 3-cü fəsildə Süleyman insanın həyatı boyu təkrar-təkrar gördüyü işlərdən, məşğuliyyətlərdən danışır (Vaiz 3:1—8, 10). Allah insanlara hansı işlə və nə vaxt məşğul olacağına dair iradə azadlığı verib (Qanunun təkrarı 30:19, 20; Yuşə 24:15). Süleyman izah edir ki, insanlar yalnız Allahın niyyətinə və «hər şeyin öz vaxtı var» prinsipinə uyğun davrandıqları halda zəhmətlərindən həzz ala bilərlər. Süleyman bunu «Allahın bəxşişi» adlandırır (Vaiz 3:1, 12, 13).

Vaiz 3-cü fəsli oxuyun, haşiyə və çarpaz istinadlara baxın.

Bu qısa videoya baxın və «Vaiz» kitabı ilə tanış olun.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş