Haşiyə
a “[İsa ilə fəriseylər arasındakı] fərqin mahiyyəti, Allah haqqındakı yalnız iki zidd anlayışda aşkar olur. Fəriseylər üçün Allah - ilk növbədə tələblər irəli sürən Şəxsdir. İsa üçün isə, Allah hər şeydən öncə mərhəmətli və şəfqətli olan Kəsdir. Fərisey, şübhəsiz ki, Allahın məhəbbətini və xeyirxah işlərini inkar etmirdi. Lakin onun anlayışında bu məhəbbət və xeyirxahlıq, Allahın insanlara Tövrat [Qanun] bəxş etməsində və bu Qanunun tələblərini icra etməyə imkan verməsində ifadə olunurdu. [...] Fəriseyin fikrincə, özünə qanunu təfsir etmə qaydalarını daxil edən şifahi ən’ənələrə riayət etməklə, Tövratda yazılanları icra etmək mümkündür. [...] İsanın, Allahı və yaxınını sevmək əmrini (Matta 22:34-40), fəriseylərin tə’yin etdikləri nüfuzlu qanunun səviyyəsinə yüksəltməsi və şifahi ən’ənələrin vacibliyini inkar etməsi, onunla, qanunu özləri istədikləri kimi şərh edən fəriseylər arasındakı münaqişəyə səbəb olurdu” (“Əhdi Cədidin yeni beynəlxalq ilahiyyat lüğəti”).