Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ

Haşiyə

a Əgər sinifdə yeni pionerlərin sayı azdırsa, son beş il ərzində məktəbdə olmayan bəzi pionerlər də yenidən dəvət oluna bilərlər.

Yığıncaq Ağsaqqalları üçün Məktəb

Məqsəd: ağsaqqallara yığıncaqdakı məsuliyyətlərinin öhdəsindən gəlməyə və ruhaniliklərini artırmağa kömək etmək.

Keçirilmə müddəti: beş gün.

Keçirildiyi yer: filial qərar verir; adətən, Padşahlıq və ya Konqres zalı.

Tələb: qardaş təyin olunmuş ağsaqqal olmalıdır.

Yazılma qaydası: ağsaqqalları filial dəvət edir.

Amerika Birləşmiş Ştatlarında keçirilən məktəbin 92-ci sinfində iştirak edənlərin ürək sözlərinə diqqət yetirək:

«Məktəbin mənə xeyli faydası oldu: özümə kənardan baxdım və Yehovanın sürüsünün qayğısına necə qala biləcəyimi gördüm».

«İndi mən Müqəddəs Kitabın köməyilə hamını ruhlandırmağa daha çox hazırlıqlıyam».

«Bu məktəbdən öyrəndiklərim ömrümün sonuna qədər mənə yetər».

Səyyar Nəzarətçilər və Həyat Yoldaşları üçün Məktəb

Məqsəd: «canla-başla danışan və öyrədən» rayon və vilayət nəzarətçilərinə yığıncaqlara daha səmərəli xidmət etmələrinə kömək etmək (1 Tim. 5:17; 1 Pet. 5:2, 3).

Keçirilmə müddəti: iki ay.

Keçirildiyi yer: filial qərar verir.

Tələb: qardaş rayon və ya vilayət nəzarətçisi olmalıdır.

Yazılma qaydası: səyyar nəzarətçilər və onların həyat yoldaşları filial tərəfindən dəvət olunurlar.

«Bu məktəbdən sonra İsanın təşkilata başçılıq etməsini daha çox qiymətləndirdik. Biz başa düşdük ki, xidmət etdiyimiz qardaşları ruhlandırmaq və yığıncağın birliyini möhkəmləndirmək lazımdır. Üstəlik, biz dərk etdik ki, səyyar nəzarətçi məsləhət verəndə və ya bəzən düzəlişlər edəndə onun əsas məqsədi qardaşlara Yehovanın onları sevdiyini görmələrinə kömək etməkdir» (Coel, 1-ci sinif, 1999-cu il).

Subay Qardaşlar üçün Müqəddəs Kitab Məktəbi

Məqsəd: subay ağsaqqalları və xidməti köməkçiləri Yehovanın təşkilatında əlavə məsuliyyətlərə hazırlamaq. Məzunların çoxu öz ölkələrində tələbat olan yerlərə təyin olunurlar. Əgər hazırlıq ruhu göstərərlərsə, digərləri başqa ölkələrə təyin oluna bilərlər. Bəzi məzunlar isə müvəqqəti olaraq xüsusi pioner kimi təyin olunaraq təbliğçilərin ayağı dəymədiyi ucqar və təcrid olunmuş ərazilərə göndərilə bilərlər.

Keçirilmə müddəti: iki ay.

Keçirildiyi yer: filial qərar verir; adətən, Konqres və ya Padşahlıq zalı.

Tələb: yaxşı sağlamlığı olan və tələbat olan yerlərdə Padşahlığın maraqlarına xidmət etmək istəyən 23—62 yaş arasında subay qardaşlar (Mark 10:29, 30). Onlar ən azı iki il fasiləsiz xidməti köməkçi və ya ağsaqqal, həmçinin daimi pioner olmalıdırlar.

Yazılma qaydası: əlavə məlumatı rayon konqresində keçirilən görüşdə almaq olar.

Birləşmiş Ştatlarda bu məktəbin 23-cü sinfində oxuyan Rik deyir: «Bütün diqqətimi bu təlimə yönəltməyim sayəsində Yehovanın ruhu daxilimdə dəyişikliklər etdi. Yehova xidmətçisinə təyinat verəndə hər zaman ona dəstək olur. Mən öyrəndim ki, diqqətimi özümün yox, Allahın iradəsinə cəmləsəm, O, məni möhkəmləndirəcək».

Almaniyada xidmət edən Andreas qeyd edir: «Allahın təşkilatı müasir dövrdə, sanki, bir möcüzədir. Mən bu möcüzəni qiymətləndirməyi öyrəndim. Orada aldığım təlim məni qarşıdakı iş üçün hazırladı. Üstəlik, bir çox Müqəddəs Kitab nümunələri mənə vacib bir həqiqəti dərk etməyə kömək etdi: qardaşlarıma və Yehovaya xidmət etmək əsil xoşbəxtliyin açarıdır».

Məsihçi Ər-arvadlar üçün Müqəddəs Kitab Məktəbi

Məqsəd: evli cütlüklərə Yehovanın və təşkilatının onlardan tam şəkildə istifadə edə bilməsi üçün xüsusi hazırlıq keçmək. Bir çox məzunlar ölkələrində daha çox tələbat olan ərazilərə təyin olunacaqlar. Hazırlıq ruhu göstərənlərin bəziləri xarici ölkələrə təyin oluna bilərlər. Məzunların müvəqqəti olaraq xüsusi pioner kimi təbliğçilərin ayağı dəymədiyi ucqar və təcrid olunmuş ərazilərə göndərilmə ehtimalı var.

Keçirilmə müddəti: iki ay.

Keçirildiyi yer: bu məktəb ABŞ-da keçirilir, lakin 2012-ci ilin sentyabr ayından başlayaraq məktəb bütün dünyada seçilmiş filialların ərazilərində, Konqres və ya Padşahlıq zalında keçiriləcək.

Tələb: tələbat olan ərazidə xidmət etmək üçün sağlamlığı və şəraiti yol verən, eləcə də «Mən buradayam. Məni göndər» əhval-ruhiyyəsini əks etdirən 25—50 yaş arasında evli cütlüklər (Yeşaya 6:8). Bundan əlavə, onlar ən azı iki il evli olmalı və fasiləsiz iki il tammüddətli xidmətdə olmalıdırlar. Ər fasiləsiz olaraq iki il ağsaqqal və ya xidməti köməkçi olmalıdır.

Yazılma qaydası: vilayət konqresində bu məktəblə maraqlananlar üçün görüş keçirilir. Əgər siz bu məktəbə düşmək istəyirsinizsə və sizin yaşadığınız ölkədə vilayət konqresində belə görüş keçirilmirsə, əlavə məlumat üçün filiala məktub yaza bilərsiniz.

«Həyatları tamamilə dəyişən bu səkkiz həftə Yehovaya daha çox xidmət etmək istəyən ər-arvadlar üçün çox gözəl fürsətdir! Biz vaxtımızdan müdrikliklə istifadə etməyimizə kömək edəcək sadə həyat tərzini qoruyub saxlamağa qərarlıyıq» (Erik və Karina, 1-ci sinif, 2011-ci il, aşağıda).

Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gilead

Məqsəd: tələbələri əhalisi sıx olan ərazilərdə xüsusi təyinatlı müjdəçi işinə, eləcə də səyyar xidmət və ya Bet-El işi üçün hazırlamaq. Əsas məqsəd sahə xidmətini və filialların fəaliyyətini möhkəmləndirməkdir.

Keçirilmə müddəti: beş ay.

Keçirildiyi yer: Gözətçi Qülləsinin Patersondakı (Nyu–York, ABŞ) Təlim Mərkəzi.

Tələb: xüsusi tammüddətli xidmətin müəyyən növlərində olan evli cütlüklər: Gilead Məktəbində olmayan xüsusi təyinatlı müjdəçilər, xüsusi pionerlər, səyyar nəzarətçilər və ya bet-ellilər. Onlar ən azı 3 il fasiləsiz olaraq birgə yuxarıda sadalanan xidmət növlərinin birində iştirak etməlidirlər. Onlar ingilis dilində səlis danışmalı, oxumalı və yazmalıdırlar.

Yazılma qaydası: cütlüklər filial komitəsi tərəfindən dəvət oluna bilərlər.

ABŞ-dan olan Lada və Monik hal-hazırda Afrikada xidmət edirlər. Lada deyir: «Gilead Məktəbi bizi dünyanın istənilən yerinə getməyə və qollarımızı çirmələyib əziz qardaşlarımızla bərabər çalışmağa hazırladı».

Monik əlavə edir: «Allahın Kəlamından öyrəndiklərimi tətbiq edəndə təyinatım mənə böyük sevinc gətirir. Bu sevinc Yehovanın məhəbbətinin bir sübutudur».

Filial Komitələrinin Üzvləri və Həyat Yoldaşları üçün Məktəb

Məqsəd: filialların komitə üzvlərinə Bet-Eldə görülən işlərin qayğısına daha yaxşı qalmağa, yığıncaqlarla bağlı məsələlərlə məşğul olmağa və ərazilərinə daxil olan rayon və vilayətlərə, eləcə də ədəbiyyatların tərcüməsinə, çap edilməsinə və çatdırılmasına nəzarət etməyə kömək etmək.

Keçirilmə müddəti: iki ay.

Keçirildiyi yer: Gözətçi Qülləsinin Patersondakı (Nyu–York, ABŞ) Təlim Mərkəzi.

Tələb: filial və ya ölkə komitələrinin üzvləri, yaxud da bu təyinatı alacaq qardaşlar.

Yazılma qaydası: qardaşlar və həyat yoldaşları Rəhbərlik Şurası tərəfindən dəvət olunurlar.

25-ci sinfi bitirən Louel və Kara Nigeriyada xidmət edirlər. Louel deyir: «Aldığım təlim mənə xatırlatdı ki, nə qədər məşğul olmağımdan və gördüyüm işdən asılı olmayaraq, Yehovanı razı salmaqda ən vacib amil ruhanilikdir. Təlim zamanı vurğulanırdı ki, başqaları ilə münasibətdə Yehovanın xidmətçilərinə göstərdiyi məhəbbəti təqlid etmək vacibdir».

Kara əlavə edir: «Təlim zamanı söylənilən növbəti sözlər məni düşünməyə vadar etdi: əgər mən hansısa mövzunu aydın izah edə bilmirəmsə, onu başqalarına öyrətməzdən öncə özüm araşdırmalıyam».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş