Haşiyə
a «Dünyanın əsasının qoyulması» ifadəsi toxumun axıdılması fikri ilə bağlıdır və nəsil artırmağı nəzərdə tutur. Deməli, burada dünyaya gələn ən erkən insan övladı nəzərdə tutulur. Bəs nəyə görə İsa dünyaya gələn ilk insan Qabili yox, Habili «dünyanın əsası»nın qoyulması ilə əlaqələndirdi? Qabilin qərar və hərəkətlərindən onun qəsdən Yehova Allaha qarşı çıxdığı açıq-aydın görünürdü. Valideynləri kimi, Qabil də dirilməyə və günahdan satın alınmağa layiq deyil.