Haşiyə
a Çıxış 3:10—15 (YD): «“Buna görə də səni fironun yanına göndərirəm, sən xalqım İsraili Misirdən çıxaracaqsan”. Musa isə Allaha dedi: “Mən kiməm ki, fironun yanına gedim, israilliləri Misirdən çıxarım?” Allah dedi: “Mən səninlə olacağam. Səni məhz Mənim göndərdiyimə əlamət bu olacaq: xalqı Misirdən çıxardıqdan sonra gəlib bu dağda birlikdə Mənə, bir olan Allaha ibadət edəcəksiniz”. Ancaq Musa Allahdan soruşdu: “Tutalım, israillilərin yanına getdim və onlara: “Məni sizin yanınıza ata-babalarınızın Allahı göndərib”, — dedim. Bəs onlar: “Onun adı nədir” — soruşsalar, onda nə cavab verim?” Allah Musaya dedi: “MƏN OLMAQ İSTƏDİYİM KƏS OLACAĞAM” və əlavə etdi: “İsraillilərə belə deyərsən: “Məni sizin yanınıza “MƏN OLMAQ İSTƏDİYİM KƏS OLACAĞAM” göndərib”. Allah Musaya təkrarən dedi: “İsraillilərə belə söylə: “Məni sizin yanınıza ata-babalarınızın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Yehova göndərib”. Adım əbədilik budur, nəsildən-nəslə Məni bu adla yadda saxlayacaqlar».