Haşiyə
a Lorens-Mun-Barde-Bidl sindromu bu xəstəliyi müəyyən edən dörd həkimin adını daşıyır. Həmin həkimlər aşkar etmişlər ki, bu resessiv genetik xəstəliyin yaranmasının səbəbi valideynlərdən hər ikisinin də resessiv genin daşıyıcısı olmalarıdır. Hal-hazırda isə bu xəstəlik çox vaxt Barde-Bidl sindromu kimi tanınır. Bu xəstəliyin müalicəsi yoxdur.