Haşiyə
a Postnatal depressiyadan (doğuşdan sonrakı depressiya) əziyyət çəkən bəzi analar öz körpələrinə bağlana bilmir. Amma buna görə onlar özlərini qınamamalıdır. ABŞ Milli Psixi Sağlamlıq İnstitutunun məlumatına əsasən, postnatal depressiya «çox ehtimal ki, fiziki və mənəvi faktorların birgə təsirindən yaranır,.. bu, ananın etdiyi və ya etmədiyi şeylərin nəticəsində baş vermir». Bu mövzu ilə bağlı ətraflı məlumat üçün «Oyanın!» jurnalının 2003-cü il 8 iyun sayının «Diaqnoz: doğuşdan sonrakı depressiya» adlı məqaləsinə (rus.) baxın.