Haşiyə
a Qeyri-kamil olduğumuz üçün bəzən söz və ya hərəkətimizlə bacı-qardaşlarımızın xətrinə dəyirik. Bu zaman necə davranırıq? Münasibətlərimizi düzəltməyə can atırıq? Dərhal üzr istəyirik? Yoxsa düşünürük ki, bu, inciyən insanın öz problemidir? Ya da biz özümüz tez inciyən insanıq. Bu zaman «mən beləyəm, xasiyyətim budur» deyib özümüzə haqq qazandırırıq? Yoxsa başa düşürük ki, incimək bizim zəif cəhətimizdir və dəyişməliyik?