Haşiyə
a Yəqin, Yehovaya uzun müddət xidmət edən insanın belə dediyini eşitmisiniz: «Mən bilməzdim ki, bu yaşıma çatana qədər bu dünyanın sonu gəlməyəcək». Hər birimiz Yehovanın bu dünyadakı pisliklərə son qoyacağı günü həsrətlə gözləyirik. Amma gərək səbirli olmağı öyrənək. Bu məqalədə səbirli olmağımıza kömək edəcək bəzi Müqəddəs Kitab prinsiplərini araşdıracağıq. Həmçinin Yehovanı səbirlə gözləməli olduğumuz iki sahədən danışacağıq. Sonda isə səbirlə gözləyənlərin alacağı mükafatlar haqda danışacağıq.