Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/7 s. 5—7
  • Dünyanın axırı barədə həqiqət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dünyanın axırı barədə həqiqət
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • «Har-Magedon adlanan yerə topladılar»
  • Armageddon İsraildən başlayacaq? Müqəddəs Kitabda bu barədə nə deyilir?
    Əlavə mövzular
  • Armageddon müharibəsi nədir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Armageddon, möhtəşəm gün!
    Gözətçi qülləsi 2019
Gözətçi qülləsi 2012
w12 1/7 s. 5—7

Dünyanın axırı barədə həqiqət

Cinlər yer üzünün padşahlarının yanına gedib onları ibranicə Har-Magedon adlanan yerə topladılar (VƏHY 16:14, 16).

ALLAHIN KƏLAMINDA dünyanın axırı ifadəsi əvəzinə Har-Magedon sözü işlənir. Bu söz rəmzi məna daşıyır, çünki Müqəddəs Kitabda Har-Magedon yer adı kimi təqdim olunsa da, əslində belə bir yer mövcud deyil.

Bəs onda Har-Magedon nədir və nəyə görə onu hansısa bir hadisə ilə, məsələn, müharibə ilə əlaqələndirirlər? Bu məqalədə bu suallar işıqlandırılacaq.

«Har-Magedon adlanan yerə topladılar»

İbrani ifadəsi olan Har-Magedon hərfən «Megiddo dağı» deməkdir. Əslində belə bir dağ yoxdur, amma «Megiddo» adlanan yer mövcuddur. Bu yer qədim İsrail xalqının məskun olduğu ərazinin şimal-qərbində, iki əsas yolun kəsişdiyi yerdə yerləşir. Qədimdə mühüm strateji əhəmiyyətə malik olan bu yerin yaxınlığında bir çox həlledici döyüşlər baş tutmuşdu. Bu səbəbdən, «Megiddo» adı müharibə ilə bağlı işlənməyə başladıa.

Lakin Megiddonun əsas mahiyyəti orada hansı döyüşlərin baş verməsindən yox, onların nə üçün baş verməsindən ibarətdir. Qeyd edək ki, Megiddo Yehova Allahın İsrail xalqına verdiyi torpağa daxil idi (Çıxış 33:1; Yeşua 12:7, 21). Allah israillilərə vəd etmişdi ki, onları yağılardan qoruyacaq və O, vədinə xilaf çıxmadı (Qanunun təkrarı 6:18, 19). Misal kimi bu hadisəni gətirmək olar: bir dəfə Kənan padşahı Yavin sərkərdə Sisranın başçılığı altında israillilərin üstünə qoşun göndərmişdi. Yehova Allah Megiddoda israilliləri möcüzəvi şəkildə bu qoşunların cəngindən qurtarmışdı (Hakimlər 4:14—16).

Buna görə Har-Magedon ifadəsi mühüm rəmzi məna daşıyır. Bu ifadə iki güclü tərəfin üz-üzə gəldiyi döyüşü təmsil edir.

Vəhy kitabında bəhs olunur ki, yaxın gələcəkdə Şeytan və cinlər Allahın xalqını təhdid edib onların fəaliyyətini dayandırmaq üçün dövlətləri ordularını səfərbər etməyə təhrik edəcək. Amma bu yağı düşmənlər Allahın qarşısında duruş gətirə bilməyəcək, məğlub olacaqlar. Bu müharibə milyonlarla insanın ölümü ilə nəticələnəcək (Vəhy 19:11—18).

Bəs Allah nə üçün bu qədər insanı məhv edəcək? Axı Müqəddəs Kitabda O, rəhmli, səbirli, məhəbbəti bol olan Allah adlanır (Nehemya 9:17). Allahın işini dərk etmək üçün üç məqamı araşdırmaq zəruridir: 1) Müharibəni kim başlayacaq? 2) Nəyə görə Allah müdaxilə edəcək? 3) Müharibənin nəticəsi nə olacaq?

1. MÜHARİBƏNİ KİM BAŞLAYACAQ?

Har-Magedon müharibəsini Allah tərəfindən təcavüzkarlıq kimi qiymətləndirmək olmaz. Çünki Allah yaxşı insanları zalımların əlindən qurtaracaq. Bu döyüşdə təcavüzkar tərəf «yer üzünün padşahları», dünya liderləri olacaq. Hücuma başlayan onlar olacaq. Belə ki, Şeytan öz məharətini işə salıb siyasi və hərbi qüvvələri Yehova Allahın sadiq bəndələrinə qarşı səfərbər edəcək (Vəhy 16:13, 14; 19:17, 18).

Bəzi ölkələrdə söz və din azadlığına necə böyük önəm verildiyini nəzərə alsaq, dövlətlərin hər hansı dini cərəyanın fəaliyyətinin dayandırması, yaxud buna cəhd etməsi ağlabatan görünməyə bilər. Lakin bu cür hallar XX əsrdə baş vermişdir, bu gün də baş verməkdədirb. Bununla belə, bu hücumlarla Har-Magedonda baş verəcək hücum arasında ən azı iki əsas fərq var. Birincisi, gələcəkdəki hücum bütün dünya miqyasında olacaq. İkincisi, Yehova Allahın bu səfərki cavabı əvvəlkilərdən qat-qat kəskin olacaq (Yeremya 25:32, 33). Vəhy kitabında bu döyüş «Qadir Allahın böyük günündə baş verəcək müharibə» kimi təqdim olunur.

2. NƏYƏ GÖRƏ ALLAH MÜDAXİLƏ EDƏCƏK?

Yehova Allah sadiq bəndələrinə buyurur ki, sülhsevər olsunlar, düşmənlərini sevsinlər (Mikeya 4:1—3; Matta 5:43, 44; 26:52). Buna görə amansız hücuma məruz qalanda onlar əllərinə silah alıb öz müdafiələrinə qalxmayacaqlar. Odur ki, Yehova Allah müdaxilə edib Öz xalqını qurtarmalıdır, yoxsa bu əliyalın xalqın kökü yer üzündən kəsilər və Allahın adı bədnam olar. Habelə, düşmənlər Allahın xalqını məhv etməyə müyəssər olsa, onda elə çıxar ki, Yehova mərhəmətsiz, haqsız və aciz Allahdır. Bu isə dünyasında ola bilməz! (Məzmur 37:28, 29).

Allah heç kimin ölümünü istəmir, ona görə də hamını edəcəyi işdən xəbərdar edir (2 Peter 3:9). Müqəddəs Kitabda yazılmış hadisələri oxuyanda görürük ki, Allah qədim vaxtlarda xalqının üstünə hücum çəkənlərdən intiqam alırdı (2 Padşahlar 19:35). Yehova Allah Müqəddəs Kitab vasitəsilə xəbərdarlıq edir ki, Şeytanın başçılığı altında siyasi və hərbi qüvvələr Allahın xalqına qarşı qalxanda O, yenə də müdaxilə edib hücuma hücumla cavab verəcək. Allahın Kəlamında lap əvvəldən deyilmişdi ki, O, bədxah insanları məhv edəcək (Süleymanın məsəlləri 2:21, 22; 2 Salonikililərə 1:6—9). Düşmənlərə gəldikdə isə, onlar hücuma qalxanda Qadir Allahla döyüşdüklərini yaxşı başa düşəcəklər (Yezekel 38:21—23).

3. MÜHARİBƏNİN NƏTİCƏSİ NƏ OLACAQ?

Har-Magedon müharibəsi sayəsində milyonlarla insanın həyatı qurtulacaq. Bu hadisə sülhə aparan yolun başlanğıcı olacaq (Vəhy 21:3, 4).

Vəhy kitabında bu müharibədən sağ çıxan «böyük bir izdiham» haqqında danışılır (Vəhy 7:9, 14). Bu insanlar Yehova Allahın rəhbərliyi altında Onun əzəli niyyətini yerinə yetirəcəklər — bütün Yer kürəsini cənnətə çevirəcəklər.

Bəs Har-Magedon müharibəsi nə vaxt baş verəcək?

[Haşiyələr]

a Hansısa yer adının müharibə simvoluna çevrilməsi qeyri-adi deyil. Məsələn, atom bombasının alt-üst etdiyi Yaponiyanın Xirosima şəhəri nüvə təhlükəsi rəmzi sayılır.

b Dövlətin dini və etnik qrupları boğmaq cəhdinə «Holokost» adlanan yəhudi qırğınını nümunə çəkmək olar. Həmçinin sovet dövründə SSRİ ölkələrində dini qurumlar sərt repressiyaya məruz qalmışdılar.

[6–cı səhifədəki şəkil]

Qədimdə Yehova Allah Öz xalqının müdafiəsinə qalxmışdı

[7–ci səhifədəki şəkil]

Har-Magedon müharibəsində də Yehova Allah xalqını müdafiə edəcək

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş