Gənclərin Sualları
Biz sadəcə dostuq, yoxsa... I hissə
BAŞLIĞI OXUYANDA GÖZÜNÜN QABAĞINA KİMSƏ GƏLDİ?
HƏ YOX
↓ ↓
MÜTLƏQ BU MƏQALƏNİ OXU. HƏR HALDA,
ƏMİN OL, BU, BU MƏQALƏNİ OXUMAQ
SƏNƏ LAZIMDIR! YAXŞI OLARDI.
BURADAKI MƏSLƏHƏTLƏR
KÖMƏK EDƏCƏK Kİ,
ƏKS CİNSLƏ MÜNASİBƏTİN
TƏMİZ OLSUN VƏ
BAŞIN BƏLA ÇƏKMƏSİN.
Səncə, bu fikir düzdür, yoxsa səhv?
Ailə qurmağa hazır olmayınca əks cinslə dostluq etmək olmaz.
․․․․․ DÜZDÜR ․․․․․ SƏHVDİR
Nəzərə al: Baxmayaraq ki, İsa Məsihin evlənmək fikri yox idi, onun dostları arasında qadınlar da var idi (Matta 12:46—50; Luka 8:1—3). Subay Timoteyin də əks cinsdən dostları var idi. Bu, həvari Pavelin ona verdiyi məsləhətdən görünür: «Gənc qadınlarla bacın kimi təmiz niyyətlə davran» (1 Timoteyə 5:1, 2).
Həvari Pavel yaxşı bilirdi ki, Timotey müxtəlif yığıncaqlarda xidmət etdiyi üçün gənc qadınlarla təmasda olacaq (Mark 10:29, 30). Bəs Timotey nə etməli idi, onlardan qaçmalı idi? Yox. Ancaq evlənmək niyyətində olmadığına görə arada sərhəd saxlamalı idi ki, heç kimə bağlanmasın, heç kimin hissləri ilə oynamasın (Luka 6:31).
Bəs sən necə? Ailə qurmağa hazırsan?
Əgər cavabın «BƏLİ»dirsə ⇨ Əks cinsdən olanlarla dostluq etmək sənə həyat yoldaşı tapmağa kömək edə bilər (Süleymanın məsəlləri 18:22; 31:10).
Əgər cavabın «XEYR»dirsə ⇨ Arada sərhəd qoy (Yeremya 17:9). Bəlkə fikirləşirsən: «Deməyə nə var ki!» Haqlısan. 18 yaşlı Nailəa də bunu deyir: «Adam bilmir harada sərhəd qoysun. Sadəcə dost olaraq qalmaq çətindir».
Ümumiyyətlə, arada sərhəd saxlamaq nəyə görə lazımdır? Belə etməsən, ya sən, ya da qarşı tərəf əzab çəkəcək. Baxaq nəyə görə.
TƏCRÜBƏ GÖSTƏRİR: ciddi münasibətə hazır olmadığın halda kiməsə bağlansan, ikinizdən biri əzab çəkəcək. 19 yaşlı Kəmalə deyir: «Düz iki dəfə başım bəlaya düşüb. Bir dəfə mən oğlana vuruldum, növbəti dəfə isə oğlan mənə vuruldu. Hər dəfə kimsə əzab çəkməli oldu. Hələ də qəlbimin yarası sızlayır».
Düşün:
● Hansı hallarda əks cinslə təmasda olmaq münasibdir? Bəs hansı hallardan qaçmaq düzgün olardı?
● Nəyə görə həmişə yalnız bir adama maraq göstərmək və ya onunla vaxt keçirmək ağıllı hərəkət deyil? Belə etsən, onda hansı fikirlər yaranacaq? Bəs səndə?
«Bəzən özümü aldadıb deyirdim ki, biz sadəcə dostuq, o, mənim qardaşımdır. Amma görəndə ki, o başqa qıza diqqət yetirir, pis olurdum, sanki, həmişə mənim yanımda olmalı idi» (Aytən).
Müqəddəs Kitabda yazılıb: «Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar, cahil isə irəli çıxar, ziyan tapar» (Süleymanın məsəlləri 22:3).
TƏCRÜBƏ GÖSTƏRİR: ciddi münasibətə hazır olmadığın halda kiməsə bağlansan, dostunu itirə bilərsən. 16 yaşlı Əsmər deyir: «Mən bir oğlanla smsləşirdim. Çox keçmədi ki, o, mənimlə flirt etməyə başladı. Biz demək olar, hər gün yazışırdıq. Bir gün dedi ki, məndən çox xoşu gəlir və sadəcə dost olmaq istəmir. Mənimsə ürəyimdə ona qarşı heç bir hiss yox idi. Ona sözümü deyəndən sonra ara soyudu və sonda dostluğumuz bitdi».
Düşün:
● Səncə, bu halda kim əzab çəkdi: Əsmər, yoxsa oğlan? Nəyə görə? İkisindən biri bunun qarşısını almaq üçün nə isə edə bilərdi? Edə bilərdisə, nə?
● Bəzən kimsə özü də bilmədən smsləri ilə başqasında elə fikir oyada bilər ki, ona başqa hisslər bəsləyir. Bu, necə ola bilər?
«Hərdən özümü məcbur edirəm ki, oğlanlarla az oturum-durum. Oğlanlardan yaxşı dost olur, amma istəmirəm ki, başqa hisslər yaranıb dostluğumuzu pozsun» (Nərmin).
Müqəddəs Kitabda deyilir: «Uzaqgörən hər addımına nəzər salar» (Süleymanın məsəlləri 14:15).
Nəticə: Əks cinslə dostluq etmək qəbahət deyil. Amma evlənməyə hazır deyilsənsə, arada sərhəd saxla.
«GƏNCLƏRİN SUALLARI» RUBRİKASININ NÖVBƏTİ SAYINDA...
Ciddi münasibətə hazır olmadıqda kiməsə bağlanmaq insanın adına ləkə gətirə bilər. Necə? Növbəti sayda söhbət bundan gedəcək.
«Gənclərin sualları» rubrikasından digər məqalələri www.jw.org saytından rus dilində tapa bilərsən.
[Haşiyə]
a Bəzi adlar dəyişdirilib.
[20–ci səhifədəki çərçivə/şəkil]
SƏN NƏ EDƏRDİN?
GERÇƏK HADİSƏ: «Mən bir oğlan dostumla yazışırdım. O, bizdən 1500 km uzaqlıqda yaşayırdı. Biz həftədə haradasa bir dəfə yazışırdıq. Məndə ona qarşı heç bir hiss yox idi, ağlıma gətirmirdim ki, onda ola bilər. Amma bir gün mənə belə yazdı: “Salam, gözəl! Darıxmışam səninçün. Neynirsən?” Gözlərimə inanmadım! Ona dedim ki, biz sadəcə dostuq, dost olaraq da qalaq. O isə ardınca yazdı: “Özün bilərsən!” O gündən daha mənə bir kəlmə də yazmadı» (Canet).
● Əgər sən ciddi münasibətə hazır deyilsənsə və belə bir fikrin yoxdursa, bu cür mesaj sənə də gəlsə, nə edərdin?
● Əgər sən oğlansansa, necə fikirləşirsən: oğlanın Canetə yazdığı sözlər yerində idi? Yerində idisə, nəyə görə, yerində deyildisə, nəyə görə?
● Hansı halda qarşı tərəfə bağlanmaq daha asandır: üzbəüz danışarkən, yoxsa yazışarkən? Nə üçün belə fikirləşirsən?
[21–ci səhifədəki çərçivə]
VALİDEYNLƏRİNDƏN SORUŞ
[21–ci səhifədəki çərçivə]
HƏMYAŞIDLARININ FİKİRLƏRİ
Coşua: «Bir adamla çox vaxt keçirirsənsə, istər-istəməz ona bağlanacaqsan».
Nataşa: «Əgər kiminləsə sadəcə dost qalmaq istəyirsənsə, amma boş vaxtlarını yalnız onunla keçirirsənsə, ya hər ikinizdə, ya da ikinizdən birində mütləq hisslər baş qaldıracaq».
Kelsi: «Əgər bir adamla çox vaxt keçirsən, dostluqla başlayan münasibət sevgiyə çevrilə bilər. Əslində, qarşı cinslə sadəcə dost olaraq qalmaq mümkündür, amma gərək yetkin olasan və hər addımını ölçüb-biçəsən».
[21–ci səhifədəki şəkil]
Ata-anandan işarələnmiş suallarla bağlı nə fikirləşdiyini soruş. Sənin fikirlərin onlarınkından fərqlidir? Fərqlidirsə, nədə? Səncə, ata-anan nədə haqlıdır? (Süleymanın məsəlləri 11:14).
[20–ci səhifədəki şəkil]
Ciddi münasibətə hazır olmadıqda kiməsə bağlanmağın axırı pis qurtarır