Nəğmə 62
Kimə məxsussan sən?
1. Kimə məxsussan sən?
Tabesən kimə, söylə?
Səcdə etdiyin olar ağan,
Sənə odur sahib olan.
Qulluq edə bilməz
İki ağaya heç kəs.
Birin çox sevər, vəfa göstərər,
O, digərin heç saymaz.
2. Məxsussan sən kimə?
Kimə baş əyirsən sən?
Saxta tanrılar olsa belə,
Gerçək Rəbbə səcdə eylə.
Kimin sən əmrinə
Önəm verəcəksən, de,
Fani insanın, ya tək Allahın?
Qərar sənindir indi.
3. Kimə məxsusam mən?
Məxsusam Yehovaya.
Rəbbə eyləyərəm ibadət,
Ona bəslərəm sədaqət.
Günah pəncəsindən
Baha qiymətə aldı —
Oğlu canımın oldu fidyəsi,
Rəbbə həmdlər ucaldım.
(Həmçinin baxın: Yuş. 24:15; Zəb. 116:14, 18; 2 Tim. 2:19.)