Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/12 s. 4—7
  • Makedoniyaya keçə bilərsənmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Makedoniyaya keçə bilərsənmi?
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Özünü təhlil et
  • Harada xidmət etməli?
  • Yeni çətinliklər
  • Yehovanın xeyir-duası «sərvət gətirər»
  • «Nə olar, Makedoniyaya gəl»
    Müqəddəs ibadətimiz 2011
  • Xidmətinizi necə genişləndirə bilərsiniz?
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Əcnəbidilli yığıncaqda xidmət edənlər, ruhani sağlamlığınızı qoruyun
    Gözətçi qülləsi 2016
  • Öz yığıncağınıza kömək edə bilərsiniz?
    Gözətçi qülləsi 2016
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/12 s. 4—7

Makedoniyaya keçə bilərsənmi?

KİÇİK Asiyanın liman şəhəri Troasda həvari Pavel görüntü alır. Bir makedoniyalı ona yalvarır: «Makedoniyaya keç və bizə kömək elə!» Pavel bu görüntünü alandan dərhal sonra yoldaşları ilə qənaətə gəlir ki, ‘Rəbb onları Müjdəni [Makedoniyada] yaymağa çağırır’. Onların bu çağırışa hay verməsi hansı bəhrələri gətirdi? Makedoniya əyalətinin baş şəhəri Filipidə Lidiya adlı bir qadın ailəsi ilə birgə məsihçiliyi qəbul etdi. Romanın bu əyalətində həqiqəti qəbul edən başqa insanlar da oldu (Həv. iş. 16:9-15).

Eyni əhval-ruhiyyə bu gün Yehovanın Şahidləri arasında da müşahidə olunur. Bir çoxları böyük həvəslə öz hesabına Padşahlığın təbliğçilərinə daha çox ehtiyac olan ərazilərə köçürlər. Götürək Lizanı. O, həyatının Allaha xidmət ətrafında dövr etməsini istəyirdi, buna görə də Kanadadan Keniyaya köçdü. Kanadadan olan Trevorla Emili də xidmətlərini genişləndirmək məqsədilə Malaviyə köçdülər. İngiltərədən olan Pol ilə Meqqi isə təqaüdə çıxmalarını Yehovaya daha çox xidmət etmək imkanı kimi qiymətləndirib, Şərqi Afrikaya köçmək qərarına gəldilər. Səndə də fədakarlıq ruhu varmı? Həyatında belə bir dəyişiklik edə bilərsənmi? Əgər edə bilərsənsə, buna müvəffəq olmaq üçün hansı Müqəddəs Kitab prinsipləri və praktiki məsləhətlər sənə kömək edə bilər?

Özünü təhlil et

İnsanın ilk növbədə götür-qoy etməli olduğu şey onun motivləridir. Çünki, İsanın sözlərinə görə, ən böyük əmr: «Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev» əmridir. Bəli, səni xarici ölkədə xidmət etməyə Yehovaya məhəbbət və şagird hazırlamaq tapşırığını yerinə yetirmək istəyi təşviq etməlidir. Sonra İsa demişdir: «Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”». İnsanlara məhəbbət onlara səmimi-qəlbdən kömək etmək arzusunda əks olunur (Mat. 22:36-39; 28:19, 20). Xarici ölkədə xidmət, adətən, çoxlu səy və fədakarlıq tələb edir — bu sadəcə sərgüzəşt və ya macəra deyil. Bu istək məhəbbətdən irəli gəlməlidir. Hal-hazırda Namibiyada xidmət edən niderlandlı Remko və Süzanna xidmətləri barədə deyirlər: «Bizi burada saxlayan məhəbbətdir».

Namibiyada rayon nəzarətçisi kimi xidmət edən Villi qeyd edir: «Xarici ölkədə xidmətlərinə son qoymayan bacı-qardaşlar həmin ölkəyə yerli həmimanlılarının onların bütün qayğılarını öz üzərlərinə götürəcəkləri fikri ilə gəlməmişdilər. Onlar bura yerli qardaşlarla çiyin-çiyinə xidmət etmək və onlara təbliğ işində kömək etmək niyyəti ilə gəlmişdilər».

Motivlərini araşdırdıqdan sonra özündən soruş: «Xaricdə xidmət etmək üçün hansı təcrübəm var? Xidmətim nə dərəcədə səmərəlidir? Hansı dilləri bilirəm? Təzə dil öyrənə bilərəmmi?» Bu sualları ailənlə birlikdə hərtərəfli müzakirə et. Yığıncağının ağsaqqalları ilə məsləhətləş. Və bu barədə mütləq Yehovaya dua et. Özünü bu cür dürüstlüklə təhlil etməyin sayəsində sən xaricdə xidmət edib-edə bilməyəcəyini və ümumiyyətlə, bunun üçün qətiyyətinin olub-olmadığını müəyyən edə biləcəksən. («Özünü təhlil et» adlı çərçivəyə bax.)

Harada xidmət etməli?

Pavel görüntüdə Makedoniyaya çağırılmışdı. Bu gün Yehova bizi istiqamətləndirmək üçün qeyri-adi üsullardan istifadə etmir. Amma Allahın xalqı bu jurnal və başqa nəşrlər vasitəsilə hansı ərazilərdə təbliğçilərə tələbat olduğu barədə öyrənir. Beləliklə, ilk növbədə həmin ərazilərin siyahısını tutmağa başla. Əgər sənin yeni dil öyrənmək və ya xarici ölkədə həmişəlik qalmaq fikrin yoxdursa, əsas əhalisinin sənin bildiyin dildə danışdığı bir ölkəyə getmək imkanını nəzərdən keçir. Sonra viza üçün olan tələblər, nəqliyyat, orada yaşamağın nə dərəcədə təhlükəsiz olduğu, yaşayış səviyyəsi və iqlim barədə öyrən. Başqa ölkədə xidmət edənlərlə məsləhətləşmək də faydalı olardı. Topladığın məlumatı düzgün istifadə etmək barədə Yehovadan dualarında kömək dilə. Unutma ki, ‘Müqəddəs Ruh [Paveli və əməkdaşlarını] Asiya əyalətində kəlamı təbliğ etməyə qoymamışdı’. Sonra onlar Bitiniyaya getməyə çalışsalar da, «İsanın Ruhu onlara izin vermədi». Eynilə, həqiqətən də kömək edə biləcəyin yeri müəyyən etməyin üçün bir qədər vaxt tələb oluna bilər (Həv. iş. 16:6-10).

Ola bilsin, artıq sənin bir neçə variantın var. Əgər xarici ölkədə xidmət etməyi planlaşdırırsansa, siyahındakı ölkələrin filiallarına məktub yaz. Qısaca olaraq teokratik tərcümeyi-halını yaz və kirayə mənzil, münasib xəstəxana, iş yeri kimi məsələlər də daxil olmaqla, yaşamaq üçün nə qədər vəsait lazım olduğu barədə konkret suallarını ver. Sonra isə yazdığın məktubu və ya məktubları yığıncağının xidməti komitəsinə ver. Ağsaqqallar tövsiyə məktubunu əlavə edib, onları sənin seçdiyin filiallara göndərəcəklər. Çox güman ki, aldığın cavab məktubları sənə xidmətinin harada daha effektiv olacağını müəyyən etməyə kömək edəcək.

Yuxarıda sözləri gətirilən Villi deyir: «Xidmətlərində müvəffəqiyyət qazananlar xidmət etmək istədikləri ölkələrə əvvəlcə baş çəkib harada həqiqətən də xoşbəxt ola biləcəklərini müəyyən etmişlər. Bir cütlük başa düşürdü ki, uzaq ərazidə xidmət etmək onlar üçün çətin olacaq. Buna görə də onlar tələbat olan, eyni zamanda özlərini xoşbəxt hiss edə biləcəkləri kiçik bir şəhərdə məskunlaşdılar».

Yeni çətinliklər

Evdən uzaqda yaşamaq və tamamilə yeni bir mühitə düşmək, sözsüz ki, özü ilə müəyyən çətinliklər gətirəcək. Yuxarıda adı çəkilən Liza deyir: «Bəzən tənhalıq hissi dözülməz olur». Bəs o, bunun öhdəsindən necə gəlir? Liza yeni köçdüyü ərazidəki yığıncaq üzvləri ilə yaxın olmağa çalışır. O, hər kəsin adını öyrənməyi qarşısına məqsəd qoyub. Bunun üçün yığıncağa bir az tez gəlir, görüş qurtarandan sonra isə bir az yubanır ki, bacı-qardaşlarla ünsiyyət etsin. Liza başqaları ilə xidmətə çıxıb, çoxlarını evinə dəvət edib və özünə yeni dostlar qazanıb. O deyir: «Verdiyim qurbanlara görə peşman deyiləm. Yehova məni həqiqətən də xeyir-dualandırıb».

Uşaqlarını böyüdüb ərsəyə çatdırdıqdan sonra Polla Meqqi 30 il yaşadıqları evlərindən köçdülər. Pol deyir: «Təsəvvür etmirdik ki, mal-mülkümüzü buraxıb getmək belə asan olacaq. Ancaq ailəmizdən ayrılmaq çox çətin, gözlədiyimizdən də çətin oldu. Təyyarədə göz yaşlarımızı saxlaya bilməyib o qədər ağlamışdıq ki. “Biz bunu heç vaxt edə bilmərik”,— deyərək təslim olmaq çox asandır. Lakin biz Yehovaya güvənirdik. Yeni dostlar qazanmaq təslim olmamaq üçün güc verir».

Kanadalı Qreq və Kristal Namibiyanın rəsmi dili olan ingilis dilində danışdıqları üçün həmin ölkəyə köçmək qərarına gəlmişdilər. Bununla belə, onlar başa düşmüşdülər ki, yerli dili də bilmək faydalı olardı. «Bəzən məyusluğa qapılırdıq. Amma biz oranın mədəniyyətini yalnız yerli dili öyrəndikdən sonra başa düşməyə başladıq. Qardaşlarla sıx ünsiyyət bizə yeni mühitə öyrəşməyə kömək etdi».

Bu cür təvazökarlıq və fədakarlıq yerli qardaşlara da müsbət təsir bağışlaya bilər. Cenni böyüyüb boya-başa çatdığı İrlandiyaya köçən ailələri məhəbbətlə xatırlayır. «Onlar çox qonaqpərvər idilər,— deyə o qeyd edir. — Bu bacı-qardaşlar ölkəmizə onlara xidmət edilməsi üçün yox, başqalarına xidmət etməyə gəlmişdilər. Onlar o qədər çalışqan və xoşbəxt idilər ki, məndə də, onlar kimi, böyük tələbat olan yerlərdə xidmət etmək istəyi yarandı». Hal-hazırda Cenni həyat yoldaşı ilə birgə Qambiyada missioner kimi xidmət edir.

Yehovanın xeyir-duası «sərvət gətirər»

Pavelin Makedoniyadakı xidməti necə də səmərəli idi! Təxminən on il sonra o, Filipidəki qardaşlarına yazırdı: «Sizi hər xatırlayanda Allahıma şükür edirəm» (Filip. 1:3).

Gilead Məktəbinə dəvət almamışdan əvvəl Malavidə xidmət edən Trevorla Emili onun hisslərinə şərikdirlər. «Bəzən biz qərarımızın düzgün olub-olmadığına şübhə edirdik, bununla belə, xoşbəxt idik. Bizim münasibətlərimiz daha da möhkəmləndi və Yehovanın xeyir-duasını öz üzərimizdə hiss etdik». Yuxarıda xatırlanan Qreqlə Kristal deyirlər: «Biz xidmətdən başqa, heç bir şeylə məşğul olmaq istəməzdik».

Amma etiraf etmək lazımdır ki, xarici ölkədə xidmət etməyə hamının şəraiti yol vermir. Kimlərsə öz ölkələrində daha çox tələbat olan ərazilərə köçə bilərlər. Digərləri isə qarşılarına evlərinə yaxın yığıncaqlardan birində daha fəal olmağı məqsəd qoya bilərlər. Ən vacibi Yehovaya xidmətdə əlindən gələni etməkdir (Kolos. 3:23). Onda sən də Süleymanın məsəlləri 10:22 ayəsində yazıldığı kimi deyə bilərsən: «Rəbbin xeyir-duası insana sərvət gətirər, daha ona qüssə verməz».

[5-ci səhifədəki çərçivə/şəkil]

Özünü təhlil et

Motivlərini təhlil etmək və xarici ölkədə xidmət edib-edə bilməyəcəyini müəyyənləşdirmək üçün növbəti suallar üzərində düşün və duada Allahdan xahiş et ki, başqa ölkəyə köçməyin sənin üçün real olub-olmadığını görməyə kömək etsin. Bunda sənə «Gözətçi Qülləsi»nin son sayları kömək edə bilər.

• Mən ruhani insanam? («Xoşbəxt olmaq üçün...», 15 oktyabr 1997-ci il, səhifə 6, rus.)

• Xidmətim nə dərəcədə səmərəlidir? («Mahir və şəraitə uyğunlaşan təbliğçi olun», br2, səhifə 27.)

• Ailəmdən və dostlarımdan uzaqda yaşaya bilərəmmi? («Təbliğçi öz ailəsi üçün darıxanda», 15 may 1994-cü il, səhifə 28, rus.)

• Yeni dil öyrənə bilərəmmi? («Əcnəbidilli yığıncaqda xidmət», 15 mart 2006-cı il, səhifə 17, rus.)

• Məsrəfləri ödəyə biləcəyəmmi? («Başqa ölkədə xidmət edə bilərsənmi?», 15 oktyabr 1999-cu il, səhifə 23, rus.)

[6-cı səhifədəki şəkil]

Təvazökarlıq və fədakarlıq yerli qardaşlara müsbət təsir bağışlaya bilər

[7-ci səhifədəki şəkil]

Xidmət etmək məqsədi ilə başqa ölkələrə köçənlər müvəffəqiyyət qazanmışlar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş