Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w16 sentyabr s. 22
  • Yehovaya qulaq asan xeyir tapar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovaya qulaq asan xeyir tapar
  • Gözətçi qülləsi 2016
  • Başlıqlar
  • Oxşar material
  • POLYAK BACININ AĞILLI QƏRARI
  • FİCİDƏN GÖZƏL SONLUĞU OLAN BİR HADİSƏ
  • Onları sevdiyini söylə
    Yehovanın Şahidlərinin sərgüzəştləri
Gözətçi qülləsi 2016
w16 sentyabr s. 22

Yehovaya qulaq asan xeyir tapar

POLYAK BACININ AĞILLI QƏRARI

«VƏFTİZ OLUNANDA 15 yaşım var idi. Üstündən altı ay keçəndən sonra köməkçi öncül xidmətinə başladım. Bir il köməkçi öncül kimi xidmət edəndən sonra öncül oldum. Orta məktəbi bitirəndə qardaşlara təbliğçilərə ehtiyac olan ərazidə xidmət etmək istədiyimi söylədim. O vaxt mən nənəmlə yaşayırdım. O, Yehovanın Şahidi deyildi. Yaşadığım şəhərdən və nənəmdən uzaq bir yerə köçmək istəyirdim. Rayon nəzarətçisi deyəndə ki, məni öz şəhərimizə təyin edəcəklər çox pis oldum. Amma çalışdım, pis olduğumu ona bildirməyim. Kor-peşman halda çıxıb getdim. Rayon nəzarətçisinin sözlərini götür-qoy etməli idim. Tez-tez xidmətdə əməkdaşlıq etdiyim öncül bacıya dedim: “Mən özümü lap Yunus peyğəmbər kimi aparıram. Amma Yunus əvvəl istəməsə də, axırda Neynəvaya getdi. Mən də hara təyin ediblər, orada xidmət edəcəyəm”.

Artıq dörd ildir ki, doğma şəhərimdə öncül kimi xidmət edirəm. İndi başa düşürəm ki, Yehovanın göstərişinə boyun əymək ən ağıllı hərəkətdir. Mənim əsas problemim bədbin münasibətim idi. İndi çox xoşbəxtəm. Bir ayda 24 nəfərlə Müqəddəs Kitab dərsi keçirəm. Hətta, Yehovanın köməyilə, bir vaxtlar dinimə qarşı çıxan nənəmlə Müqəddəs Kitabı araşdırıram».

FİCİDƏN GÖZƏL SONLUĞU OLAN BİR HADİSƏ

Ficidə bir öyrənən seçim arasında qalmışdı: toplantıya getsin, yoxsa əri ilə birlikdə qohumlarının ad gününə. Əri onun toplantıya getməyinə etiraz etmirdi. Qadın ərinə dedi ki, o, getsin ad gününə, özü isə toplantıdan çıxıb ora gələcək. Amma toplantıdan qayıdandan sonra o götür-qoy edib başa düşdü ki, ruhani cəhətdən onun üçün təhlükəli olan vəziyyətlərdən qaçsa, daha yaxşı olar, buna görə də ad gününə getmədi.

Əri qohumlarına deyəndə ki, arvadı Yehovanın Şahidlərinin toplantısına gedib ordan ad gününə gələcək, onlar demişdilər: «O gəlməyəcək, Yehovanın Şahidləri ad günü keçirmirlər!»a

Nəticədə həmin qadının əri fəxr hissi duyurdu ki, onun arvadı əqidəsinə və vicdanına sadiq qalıb. Bu davranışı sayəsində o həm ərinə, həm də başqa insanlara təmiz vicdanla təbliğ edə bilmişdi. Və bilirsiniz sonra nə oldu? Onun əri Müqəddəs Kitabı öyrənməyə razılaşdı və ibadət görüşlərinə gəlməyə başladı.

a «Gözətçi qülləsi» jurnalının 2002-ci il 1 mart sayında çıxan «Oxucuların sualları» rubrikasına baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş