Nəğmə 70
Daha vacib şeyləri ayırd edək
1. Hikmət bizlər üçün çox gərəkdir, sezə bilək doğrunu.
Ayırd edək daha vacib nədir, rəhbər tutaq biz onu.
Sev yaxşını, yan qaç pisdən, lütf gör Rəbbdən,
Hər gün oxu Kəlamı, et dua Rəbb Allaha.
Budur bizimçün ümdə işlər.
2. Bəyan etmək şahlıq müjdəsin çox vacib bir işdir bu gün.
Rəbdən uzaq düşmüş insanı axtaraq, bilsin haqq yolun.
Möhtacdırlar xoş xəbərə, biz onlara
Gəl bəsləyək məhəbbət, görsünlər, fəth olsunlar
Budur bizimçün vacib işlər.
3. Önəm versək vacib şeylərə biz, iman bizi hifz edər.
Yehova Öz sülhün göndərərək qəlbi, fikri qoruyar.
Rəbb bu yolda əsil dostlar bəxş eyləyər,
O yağdırar nemətlər, öyrənsək, tam dərk etsək,
Daim görsək biz vacib işlər!
(Həmçinin baxın: Zəb. 97:10; Mət. 22:37; Yəh. 21:15—17; Həv. 10:42.)