Nəğmə 65
«Yol budur. Bu yolla get»
1. Bax bu yol sülh yolu,
Tapmısan sən onu.
Rəbb göstərdi sənə,
Bu əzəli yolu.
Məsih əyan etdi,
Haqqı-həqiqəti.
Kəlamında açdı,
Tanrı səadəti.
(NƏQARƏT)
Bu yol həyat yoludur; budur Yol!
Bir an belə sən sapma bu yoldan.
Allah deyir: «Gəl, bu yolla get».
Nicat verər, bu yoldur tək güman.
2. Bu məhəbbət yolu,
Sadiq qal bu yolda.
Sən tanıdın Rəbbi,
Ondan gəldi səda.
Məhəbbəti Rəbbin,
Hərarətli, nəcib.
Bu məhəbbət yolu,
Kinə gəlir qalib.
(NƏQARƏT)
Bu yol həyat yoludur; budur Yol!
Bir an belə sən sapma bu yoldan.
Allah deyir: «Gəl, bu yolla get».
Nicat verər, bu yoldur tək güman.
3. Bu yol həyat yolu,
Boylanma sən geri.
Bu yol cənnət yolu,
Yehova vəd edir.
Gerçək sülh, saf sevgi,
Burda olmuş məskun.
Tapdıq həyat rizin,
Rəbbə alqış olsun.
(NƏQARƏT)
Bu yol həyat yoludur; budur Yol!
Bir an belə sən sapma bu yoldan.
Allah deyir: «Gəl, bu yolla get».
Nicat verər, bu yoldur tək güman.
(Həmçinin baxın: Zəb. 32:8; 139:24; Məs. 6:23.)