Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/11 s. 2
  • Suallar qutusu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Suallar qutusu
  • Müqəddəs ibadətimiz 2011
  • Oxşar material
  • Onlara «imanda sarsılmaz» olmağa kömək edin
    Müqəddəs ibadətimiz 2013
  • Şagirdə vəftizə doğru irəliləməyə kömək edək (II hissə)
    Gözətçi qülləsi 2020
  • Şagirdə vəftizə doğru irəliləməyə kömək edək (I hissə)
    Gözətçi qülləsi 2020
  • Gəlin hamımız şagirdlərə vəftiz olunmağa kömək edək
    Gözətçi qülləsi 2021
Əlavə
Müqəddəs ibadətimiz 2011
km 4/11 s. 2

Suallar qutusu

◼ Ruhani irəliləyişlər edən insanla Müqəddəs Kitab öyrənməsi nə qədər davam etməlidir?

Ruhani cəhətdən inkişaf edən insanla Müqəddəs Kitab öyrənməsini «Müqəddəs Kitab əslində nə öyrədir?» və «Özünüzü Allahın məhəbbətində saxlayın» kitablarının hər ikisini bitirənə kimi davam etmək tövsiyə olunur. Öyrənən bu kitabları bitirməzdən öncə vəftiz olunsa da, kitabları bitirənə kimi öyrənməni davam etdirmək lazımdır. Vəftizdən sonra yenə də onu öyrədən təbliğçi saatı, təkrar başçəkməni və öyrənməni hesabata daxil edə bilər. Onu müşayiət edən və öyrənmədə iştirak edən təbliğçi də vaxtı hesabatına daxil edə bilər. («Bizim Padşahlıq Xidmətimiz»in 2009-cu il mart sayının 2-ci səhifəsinə baxın.)

Öyrənməni başa çatdırmazdan əvvəl yenilərin həqiqət yolunda möhkəm təmələ malik olması olduqca vacibdir. Qarşılaşacaqları sınaqlara tab gətirmək üçün onlar Məsihdə kök atmalı və «imanda sarsılmaz» olmalıdırlar (Kolos. 2:6, 7; 2 Tim. 3:12; 1 Pet. 5:8, 9). Bundan əlavə, başqalarını yaxşı öyrədə bilsinlər deyə onlar «həqiqət barəsində dəqiq biliyə» yiyələnməlidirlər (1 Tim. 2:4). Müqəddəs Kitabı öyrətdiyimiz insanlarla hər iki kitabı keçməklə onlara «həyata aparan... yol»da möhkəm durmağa kömək edə bilərik (Matta 7:14).

Ağsaqqallar təbliğçinin vəftiz olunmasına razılıq verməzdən öncə, onların Müqəddəs Kitabın əsas təlimlərini aydın başa düşdüklərinə, eləcə də onlara müvafiq həyat tərzi sürdüklərinə əmin olmalıdırlar. Əgər öyrənən hələ birinci kitabı bitirməyibsə, onun vəftiz olunmasına dair məsələdə ağsaqqallar xüsusilə diqqətli olmalıdırlar. Əgər kimsə vəftizə hazır deyilsə, ağsaqqallar onun gələcəkdə buna yararlı olması üçün lazımi köməyi göstərməlidirlər. («Təşkil olunmuşuq» kitabının 216—218-ci səhifələrinə baxın, rus.)

[2-ci səhifədəki yazı]

Yenilərin həqiqət yolunda möhkəm təmələ malik olması olduqca vacibdir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş