Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Dinləyiciləri ruhlandır və möhkəmləndir
    Teokratik Xidmət Məktəbində təlim alırıq
    • Problemlər hərdən insanları taqətdən elə salır ki, onlarda Padşahlığın xeyir-dualarını görəcəklərinə şübhə yaranır. Yehovanın vədlərinin tamamilə etibarlı olduğunu onlara xatırlat (Yeşua 23:14).

      Bəzi ölkələrdə xoş xəbərin təbliğinə dövlət tərəfindən qadağa qoyulur. Belə vəziyyətlərdə qayğıkeş ağsaqqallar həmimanlılarına İsa Məsihin həvarilərinin nümunəsindən güc əldə etməyə kömək edə bilərlər (Həv. iş. 4:1–5:42). Şübhəsiz ki, «Ester» kitabında təsvir olunduğu kimi, Yehovanın hadisələrin gedişatına necə istiqamət verdiyini xatırlatmaq qardaşları cəsarətləndirəcək.

      Hərdən elə olur ki, kimsə yığıncağa gəlir, lakin ruhani addımlar atmır. Ola bilsin, belələri keçmişdə işlətdikləri günahlara görə Allahın onları heç vaxt bağışlamayacağını düşünürlər. Belə olduqda, Yehovanın Menaşşe padşahla necə davrandığını danışmaq olar (2 Saln. 33:1-16). Yaxud həyat tərzini dəyişib məsihçi olan və Allah tərəfindən saleh elan olunan, qədim Korinf şəhərində yaşayan insanlar haqda danışa bilərsən (1 Kor. 6:9-11).

      Bəlkə, kimsə qarşılaşdığı problemlərə Allahın lütfünü itirdiyinin əlaməti kimi baxır? Bu cür düşünən insanlara Əyyubun başına gələnləri və nöqsansızlığını qoruduğu üçün Yehovanın ona bol-bol xeyir-dua verdiyini xatırlatmaq olar (Əyy. 1:1-22; 10:1; 42:12, 13; Məz. 34:19). Əyyubun saxta təsəllivericiləri yanlış olaraq iddia edirdilər ki, bu şeylər günah işlətdiyi üçün onun başına gəlir (Əyy. 4:7, 8; 8:5, 6). Bunun tam əksinə olaraq, şagirdləri möhkəmləndirərkən və onları ‘imana bağlı qalmağa təşviq edərkən’ Pavel və Barnaba demişdi: «Biz Allahın Səltənətinə çox əziyyətlərlə girməliyik» (Həv. iş. 14:21, 22). Sən də bütün məsihçilərdən əziyyətlərə tab gətirməyin tələb olunduğunu və təhəmmül etməyin Allahın gözündə çox dəyərli olduğunu göstərərək, sınaqlara məruz qalanları möhkəmləndirə bilərsən (Sül. məs. 27:11; Mat. 24:13; Rom. 5:3, 4; 2 Tim. 3:12).

      Dinləyicilərini şəxsi təcrübələrində Yehovanın Öz vədlərinə sadiq qalmasına necə şahid olduqları haqda düşünməyə təşviq et. Kiçik xatırlatmalar Yehovanın artıq onlarla vəd etdiyi kimi davrandığını görmələrinə kömək edəcək. Məzmur 32:8 ayəsində oxuyuruq: «Sənə təlim verəcəyəm, gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, gözüm sənin üstündə olacaq». Yehovanın onları necə möhkəmləndirdiyini və addımlarına necə istiqamət verdiyini xatırlamağa kömək etsən, Onun şəxsən qayğılarına qaldığını və hazırda qarşılaşdıqları hər bir çətinlikdə yardım əlini uzadacağını başa düşəcəklər (Yeşaya 41:10, 13; 1 Pet. 5:7).

      Allahın hazırda gördüyü işlərdən valeh olduğunu göstər. Həmimanlılarını ruhlandırmağa çalışarkən onların diqqətini Yehovanın indi gördüyü işlərə yönəlt. Danışarkən bu işlərin səni valeh etdiyini göstərsən, dinləyicilərin də ürəyində eyni hisslər oyanacaq.

      Həyatın çətinliklərinin öhdəsindən gəlməkdə Yehovanın bizə necə kömək etdiyini nəzərdən keçir. O, bizə ən yaxşı həyat yolunu göstərir (Yeşaya 30:21). Cinayətin, ədalətsizliyin, yoxsulluğun, xəstəliklərin və ölümün səbəblərini izah edir, eləcə də bütün bunların kökünü necə kəsəcəyi haqda məlumat verir. O, bizi məhəbbətli bacı-qardaşlarla əhatə edib. Bizə dua etmək kimi qiymətli imkanı bəxş edib. Onun Şahidləri olmaq şərəfinə layiq görüb. Məsihin artıq göydə taxta çıxdığını və bu köhnə sistemin sürətlə sonuna yaxınlaşdığını görə bilməyimiz üçün gözlərimizi açıb (Vəhy 12:1-12).

      Yığıncaq görüşləri və konqreslər də Yehovanın xeyir-duasıdır. Bu bəxşişlər haqda səmimi minnətdarlıqla danışsan, başqaları daha qətiyyətli olacaqlar ki, qardaşlarla bir yerə yığışmağa etinasız yanaşmasınlar (İbr. 10:23-25).

      Yehovanın xidmətdə göstərdiyimiz səylərə xeyir-dua verdiyi haqda məlumatlar da qüvvə mənbəyidir. Birinci əsrdə Pavel və Barnaba Yerusəlimə gedəndə başqa xalqlardan olan insanların məsihçiliyi qəbul etməsi haqda ətraflı danışmaqla «qardaşlara böyük sevinc gətirdilər» (Həv. iş. 15:3). Sən də ruhlandırıcı hadisələri bölüşməklə həmimanlılarını sevindirə bilərsən.

      Əməklərinin fayda gətirdiyini görmək insanları çox sevindirir. Xidmətdə etdikləri şeylərə görə həmimanlılarını təriflə. Qocalıq və xəstəlik ucbatından imkanlarının məhdud olmasına baxmayaraq, sədaqətlə təhəmmül göstərənləri təriflə. Yehovanın adı naminə göstərdikləri məhəbbəti Onun unutmadığını yadlarına sal (İbr. 6:10). Sınaqdan çıxmış iman qiymətli xəzinədir (1 Pet. 1:6, 7). Qardaşların bu xatırlatmalara ehtiyacı var.

      Gələcək ümid haqda şövqlə danış. Yehovanı sevən hər kəs üçün əsas ruhlanma mənbəyi Onun gələcəklə bağlı vədləridir. Yəqin ki, səni dinləyənlərdən çoxu bu vədlər haqda dəfələrlə eşidib. Lakin bu şeylər haqda minnətdarlıqla danışmağın, bu vədləri onlar üçün daha real edəcək, onların yerinə yetəcəyinə əminliklərini möhkəmləndirəcək və ürəklərinin minnətdarlıqla dolub-daşmasına kömək edəcək. Teokratik Xidmət Məktəbində öyrəndiklərini tətbiq etməyin sənə bu işdə köməyi dəyəcək.

      Öz xalqı üçün əsas ruhlanma və qüvvə mənbəyi Yehovanın Özüdür. Ancaq bu xeyir-duaların çatdırılmasında sən Onunla əməkdaşlıq edə bilərsən. Yığıncaq qarşısında çıxış etmək bunu etmək üçün ən gözəl imkandır.

  • Tərəqqi etməyə davam et
    Teokratik Xidmət Məktəbində təlim alırıq
    • Tərəqqi etməyə davam et

      MƏKTƏBİN proqramında olan bütün dərslərin üzərində işləmisənmi? Çalışmaların hamısınımı yerinə yetirmisən? Məktəbdə və ya yığıncağın digər görüşlərində çıxış edərkən, həmçinin təbliğdə iştirak edərkən dərslərdəki məsləhətləri tətbiq etməyə çalışırsanmı?

      Teokratik Xidmət Məktəbində təlim almağa davam et. Nə qədər çıxış etməyindən asılı olmayaraq, hələ də üzərində işləyə biləcəyin sahələr var.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş