Nəğmə 32
Mətin, sarsılmaz olun!
1. Bu gün xalqlar dəhşət içindədir,
Ümidsizlik insanı sarsıdır.
Biz isə möhkəm imanla duraq,
Yehovaya sığınaq.
(NƏQARƏT)
Mətin, sarsılmaz olaq,
Dünyadan uzaq duraq,
Kəlamla bəslənib
Biz nöqsansız qalaq.
2. Yalandır bu dünyanın təməli,
Aldanmazsan, qorusan zehnini.
Rəbbin həqiqətindən bərk tutsaq,
Bələdçimiz olacaq.
(NƏQARƏT)
Mətin, sarsılmaz olaq,
Dünyadan uzaq duraq,
Kəlamla bəslənib
Biz nöqsansız qalaq.
3. Ürəkdən Allaha xidmət edək,
Məsihin izləriylə yeriyək.
Ümidimiz qoy olsun xoş xəbər,
Tez keçir bu son günlər.
(NƏQARƏT)
Mətin, sarsılmaz olaq,
Dünyadan uzaq duraq,
Kəlamla bəslənib
Biz nöqsansız qalaq.
(Həmçinin baxın: Luka 21:9; 1 Pet. 4:7.)