Nəğmə 17
Şahidlərim, gedin irəli!
1. Allahın xalqı bu axır günlərdə
Müjdəni müdafiə edir hər yerdə.
Şeytan qorxutmaq istəsə də,
Qorxmaz qalıb Allah gücünə güvən!
(NƏQARƏT)
İrəli, mərd ürəkli şahidlərsiniz.
Allahın sözlərini bəyan edin siz.
Cənnət yaxındır — qoy bilsin hər bir insan,
Bol nemətlər verəcək Yaradan.
2. Allah qulu asan həyat axtarmaz,
Dünya və hakimlərə güzəştə getməz.
Çalış ləkəsiz sən qalasan,
Hədsiz sədaqətini qoruyasan.
(NƏQARƏT)
İrəli, mərd ürəkli şahidlərsiniz.
Allahın sözlərini bəyan edin siz.
Cənnət yaxındır — qoy bilsin hər bir insan,
Bol nemətlər verəcək Yaradan.
3. Rəbbin xəbərinə xor baxır insan,
Müqəddəs adına atılır şər, böhtan.
Onu ucaltmaq əzmimizdir,
Bəyan etmək Allahın niyyətini.
(NƏQARƏT)
İrəli, mərd ürəkli şahidlərsiniz.
Allahın sözlərini bəyan edin siz.
Cənnət yaxındır — qoy bilsin hər bir insan,
Bol nemətlər verəcək Yaradan.
(Həmçinin baxın: Filip. 1:7; 2 Tim. 2:3, 4; Yaq. 1:27.)