Nəğmə 35
Allahın səbri üçün minnətdarlıq
1. Qadir Allah, ədalətlisən.
Yaxşılığın mənbəyisən.
Yerdə pislik tüğyan edir,
Bu, Sənə ağrı gətirir.
Gecikirsən — insan zənn edir,
Lakin Sənin hökmün yaxındır.
Bizim ümidimiz Sənsən,
Minnətdarıq, səbir edirsən.
2. Xudavəndin gözündə min il
Sanki bir gündür, tez keçir.
Böyük günə çox az qalıb,
Astanadadır o artıq.
Sən günaha nifrət etsən də,
Sevinirsən tövbə edənə.
Gözəldir verdiyin ümid,
«Şükr olsun adına», — deyirik.
(Həmçinin baxın: Luka 15:7; 2 Pet. 3:8, 9.)