-
Bu kitaba e’tibar etmək olarmı?Hamı üçün olan kitab
-
-
(2 Samuel, 11 və 24 fəsillər). Matta öz adını daşıyan kitabında, həvarilərin (aralarında özü də vardı) kimin daha vacib olduğuna dair mübahisə etdiklərini və həbs olunduğu axşam İsanı tərk etdiklərini yazır (Matta 20:20-24; 26:56). Yunanca Müqəddəs Yazılara daxil olan məktubları yazan kişilər, ilk məsihçi yığıncaqlarının bə’zilərində problemlərin, o cümlədən əxlaqsızlıq və ixtilafların olduğunu açıq e’tiraf edirdilər. Və onlar bu problemlər haqqında öz fikirlərini açıq şəkildə bildirirdilər (1 Korinflilərə 1:10-13; 5:1-13).
Bu cür səmimi, açıq mə’lumat həqiqətə olan əsl məhəbbəti göstərir. Əgər Müqəddəs Kitabı yazan insanlar öz xalqı, yaxınları və hətta özləri haqqında xoşagəlməz mə’lumatı yazırlarsa, məgər bu, onların sözlərinə e’tibar etmək üçün əsaslı səbəb deyilmi?
Ən cuz’i təfsilatlarına qədər dəqiqdir
Məhkəmələrdə şahidlərin verdiyi ifadələrin doğruluğu çox vaxt cüz’i faktlar əsasında müəyyən oluna bilər. Cüz’i təfsilatlar arasındakı uyğunluq verilən ifadənin dəqiq və düzgün olduğunu göstərdiyi halda, ciddi fikir ayrılığı onun saxta olduğunu üzə çıxara bilər. Digər tərəfdən, heç bir nöqsanı olmayan — bütün təfsilatları uyğun gələn hekayə, verilən ifadənin yalan olduğunu üzə çıxara bilər.
Bu baxımdan, Müqəddəs Kitabı yazanların “ifadələri” haqqında nə demək olar? Onlar təəccüb doğuracaq dərəcədə ardıcıl olmuşlar. Ən cüz’i təfsilatlar belə bir-birinə uyğun gəlir. Lakin bu uyğunluğa bilərəkdən yol verilməmişdir, əks təqdirdə, gizli sözləşmə olduğuna dair şübhə yarada bilərdi. Görünür ki, uyğunluğa qəsdən yol verilməyib və yazıçılar çox vaxt qərəzsiz olaraq uyğun şəkildə yazmışlar. Bə’zi nümunələri nəzərdən keçirək.
Müjdəçi Matta yazırdı: “İsa Peterin evinə gəlib, onun qaynanasının qızdırma içində yatdığını gördü” (Matta 8:14). Burada Matta maraqlı, lakin bir o qədər də vacib olmayan təfərrüatı, Peterin evli olduğunu qeyd etmişdir. Pavel növbəti sözləri yazmaqla, bu cüz’i faktı təsdiq etdi: “Digər həvarilər, Rəbbin qardaşları və Kefa kimi iman edən bir arvadı yanımızda gəzdirməyə haqqımız yoxdurmu?”b (1 Korinflilərə 9:5). Kontekst göstərir ki, Pavel əsassız ittihamlardan özünü müdafiə edirdi (1 Korinflilərə 9:1-4). Ehtimal ki, Pavel bu cüz’i təfərrüatı — Peterin evli olduğunu — Mattanın mə’lumatının dəqiqliyini təsdiq etmək üçün deyil, sadəcə sözarası xatırladır.
Müjdəçilərin dördü də — Matta, Mark, Luka və Yəhya yazırlar ki, İsa həbs olunan axşam, onun şagirdlərindən biri qılınc götürüb, baş kahinin qulunun qulağını kəsdi. Yalnız Yəhyanın Müjdəsində lazımsız kimi görünən təfərrüat barədə xəbər verilir: “O qulun adı Malik idi” (Yəhya 18:10, 26). Bu adamın adını nəyə görə ancaq Yəhya çəkir? Bir neçə ayə sonrakı qeydlər, başqa heç bir yerdə xatırlanmayan cüz’i bir faktı göstərir: Yəhyanı “baş kahin tanıyırdı”. O, həmçinin baş kahinin ailəsinə də tanış idi, həmçinin o xidmətçiləri, xidmətçilər də onu tanıyırdılar (Yəhya 18:15, 16). Burada digər müjdəçilərin tanımadıqları adamın adını yazmadıqları halda, Yəhyanın yaralanan adamın adını çəkməsi tamamilə təbiidir.
Bə’zən bir mə’lumatda hadisənin təfsilatlı izahatı ötürülür, amma başqa bir yerdə sözarası xatırlanır. Məsələn, yəhudi Sinedrionu qarşısında İsanın məhkəmə işi barədə Mattanın mə’lumatında deyilir ki, orada olanların bə’ziləri: “Ey Məsih, bizə peyğəmbərlik et görək, Səni vuran kimdir?” — deyərək Onun üzündən vururdular” (Matta 26:67, 68, İ–93). İsanı vuran onun qarşısında durduğu halda, nəyə görə onu vuranın kim olduğunu “peyğəmbərlik” etməsini istəyirdilər? Matta bunu izah etmir. Ancaq digər iki müjdəçi buraxılmış təfsilatı qeyd edirlər: İsaya zülm edənlər, döyməzdən əvvəl onun üzünü bağlamışdılar (Mark 14:65; Luka 22:64). Matta, hər şeyi təfərrüatı ilə çatdırmağın qeydinə qalmadan, sadəcə öz mə’lumatını yazır.
Yəhyanın Müjdəsində, İsanın öyrətdiklərini dinləmək üçün böyük izdiham toplaşan zaman baş verən bir hadisədən bəhs olunur. Mə’lumata görə, İsa izdihamı gördükdə, “Filipə dedi: “Bunları yedirtmək üçün haradan çörək satın alaq?” (Yəhya 6:5). Bütün şagirdlər orada olduqları halda, nəyə görə çörəyi haradan alacaqlarını İsa məhz Filipdən soruşur? Yəhya bunu izah etmir. Paralel gətirilən mə’lumatda, Luka hadisənin Qalileya dənizinin şərq sahilində yerləşən Beytsayda şəhəri yaxınlığında baş verdiyini xatırladır, bir az əvvəl isə Yəhyanın Müjdəsində deyilir ki, “Filip... Beytsaydadan idi” (Yəhya 1:44; Luka 9:10). Buna görə də, İsanın bu haqda həmin ərazidə yaşayan adamdan soruşması məntiqidir. Təfsilatlar arasındakı uyğunluq, bilərəkdən edilməsə də, heyrət doğurur.
Bə’zi hallarda müəyyən təfsilatların buraxılması, Müqəddəs Kitabda mə’lumat yazan adama olan e’tibarı daha da artırır. Məsələn, “1 Krallar” kitabının yazıçısı İsraildəki güclü quraqlıq haqqında danışır. Quraqlıq elə güclü idi ki, padşah atları və qatırları üçün kifayət qədər su və ot tapa bilmirdi (1 Krallar 17:7; 18:5). Lakin həmin hekayədə deyilir ki, İlyas peyğəmbər, təxminən 1 000 kvadrat metr sahəni əhatə edən xəndəyi doldurmaq üçün (qurban gətirərkən istifadə etmək üçün) onun yanına — Karmel dağına kifayət qədər su gətirməyi əmr etdi (1 Krallar 18:33-35). Quraqlığın ən güclü dövründə bu qədər su haradan idi? “1 Krallar” kitabını yazan şəxs izahat verməyi lazım bilməmişdir. Lakin İsraildə yaşayan hər kəs bilirdi ki, Karmel dağı Aralıq dənizinin sahilində yerləşir, bu haqda da sonradan hekayədə sözarası xatırlanır (1 Krallar 18:43). Beləliklə, dəniz suyunu asanlıqla əldə etmək mümkün idi. Əgər başqa cəhətlərdə bu qədər dəqiq olan kitab, fakt kimi qələmə verilən uydurma, onu yazan şəxs də saxtakar olsaydı, mətndə bir-birinə zidd olan şeylərə yol verərdimi?
Belə isə, Müqəddəs Kitaba e’tibar etmək olarmı? Arxeoloqlar qədim mədəniyyətin kifayət qədər qalıqlarını tapmışlar, bunun sayəsində də təsdiq etmək olar ki, Müqəddəs Kitabda həqiqətən də mövcud olan insanlar, yerlər və real hadisələr barədə bəhs olunur. Lakin Müqəddəs Kitabın özünün sübutları daha çox əminlik yaradır. Çünki onu yazanlar, hətta özləri haqqında da hər şeyi düzgün, olduğu kimi yazmışlar. Onların mə’lumatlarının daxili uzlaşması, o cümlədən qeyri-ixtiyari uyğunluğu, sübut edir ki, “şahidlik” həqiqidir. Bu cür “e’tibarlı əlamətlər daşıyan” Müqəddəs Kitab, doğrudan da e’tibar edə biləcəyiniz bir kitabdır.
-
-
Bu kitab elmə müvafiqdirmi?Hamı üçün olan kitab
-
-
Bu kitab elmə müvafiqdirmi?
Din, həmişə elmi özünə tərəfdar bilməmişdir. Ötən əsrlərdə bə’zi ilahiyyatçılar Müqəddəs Kitab üzrə apardıqları yozmaları elmi kəşflərin şübhə altına aldıqlarını hesab etdikdə, buna müqavimət göstərirdilər. Bəs həqiqətənmi elm Müqəddəs Kitabın rəqibidir?
ƏGƏR Müqəddəs Kitabı yazan şəxslər yaşadıqları dövrün ən geniş yayılmış elmi görüşlərinə şərik olsaydılar, nəticədə elmi səhvlərlə dolu bir kitab alınardı. Lakin onlar bu cür qeyri-elmi olan səhv təsəvvürləri dəstəkləmirdilər. Əksinə, onlar nəinki yalnız elmi nöqteyi-nəzərdən düzgün olan, hətta həmin günlərdə hamı tərəfindən qəbul olunan nəzərlərə birbaşa zidd gedən bir sıra dəlillər yazmışlar.
Yerin forması necədir?
Bu sual min illər ərzində insanları maraqlandırmışdır. Keçmişdə insanlar əsas e’tibarilə Yerin yastı olduğuna inanırdılar. Misal üçün, Babillilər inanırdılar ki, Kainat qutu və ya otaq formasındadır, Yer isə orada döşəmə kimi xidmət edir. Hindistanın vedik din xadimləri fərz edirdilər ki, Yer yastıdır və onun yalnız bir tərəfi məskun olunmuşdur. Asiyanın ibtidai tayfalarından birində insanlar Yerin böyük çay padnosuna bənzər olduğunu düşünürdülər.
Hələ b. e. ə. VI əsrdə yunan filosofu Pifaqor belə bir nəzəriyyə irəli sürmüşdü ki, Yer kürə şəklində olmalıdır, çünki Ay və Günəş kürə şəklindədir. Sonradan Aristotel (b. e. ə. IV əsrdə) onunla razılaşdı və izah etdi ki, Yerin kürə şəklində olması Ayın tutulması ilə təsdiq olunur. Yerin Ay üzərinə düşən kölgəsi yuvarlaqdır.
Lakin (yalnız üst tərəfi məskun olmuş) yastı Yer haqqında təsəvvürlər tamamilə aradan qalxmadı. Bə’ziləri Yerin kürə şəklində olduğunu — antipodlara haqqında tə’limin məntiqi izahını qəbul edə bilmirdilər. B. e. IV əsrində yaşamış xristianlığın müdafiəçisi olan Laktansi bu fikri lağa qoyaraq, belə bir fikir irəli sürdü: “İnsanların başıaşağı gəzməsinə... məhsulun və ağacların başıaşağı bitməsinə, yağmurun, qarın və dolunun yuxarıya doğru yağmasına inanacaq qədər ağılsız bir nəfər ola bilərmi”2
Antipodlar haqqındakı tə’lim bə’zi ilahiyyatçıları dilemma qarşısında qoydu. Bə’zi nəzəriyyələr iddia edirdi ki, əgər antipodlar mövcuddursa, dənizin üzüb keçmək üçün həddindən artıq geniş olduğundan, yaxud da ekvatoru əhatə edən keçilməz tropik qurşağına görə onlar ilə mə’lum olan insanlar arasında əlaqə yaratmaq mümkün deyil. Bəs antipodlar haradan peyda ola bilərdilər? Çaşqınlıq içində qalan bə’zi ilahiyyatçılar antipodların olmadığına, hətta Laktansinin iddia etdiyi kimi, Yerin ümumiyyətlə kürə şəklində ola bilməyəcəyinə inanmağı üstün tuturdular!
Bununla belə, kürə şəkilli Yer anlayışı üstünlük təşkil etdi və nəticədə geniş miqyasda qəbul edildi. Lakin yalnız XX əsrin — kosmonavtlar dövrünün başlanması ilə insanlar Yerin kürə şəklində olduğunu öz gözləri ilə görmək üçün kifayət qədər uzaqlara, kosmosa uça bildilərb.
Bəs bu məsələdə Müqəddəs Kitab hansı mövqeyi tuturdu? Yunan filosoflarının Yerin, ehtimal ki, kürə şəklində olduğuna dair nəzəriyyəni irəli sürmələrindən bir neçə əsr əvvəl və insanların kosmosdan Yerin kürə şəklində olduğunu görmələrindən min illər öncə, b. e. ə. VIII əsrdə Yerin yastılığına dair fikirlərin geniş yayılmış olduğu bir vaxtda yəhudi peyğəmbəri İşaya təəccüb doğuran bir sadəliklə demişdir: “Dünya dairəsi üzərində oturan odur” (İşaya 40:22). Burada “dairə” kimi tərcümə olunan ibranicə huq sözünü “kürə” kimi də tərcümə etmək olar 3. Müqəddəs Kitabın digər tərcümələrində bunu “Yer kürəsi üzərində” (“Douay Version”) və “dəyirmi Yer üzərində” (“Moffatt”) kimi oxuyuruqc.
İşaya peyğəmbər Yer haqqında yayılmış əfsanələri qəbul etmədi. Bunun əvəzində, sonrakı elmi kəşflərin tə’sir göstərmədiyi bir dəlil yazdı.
Yeri saxlayan nədir?
Keçmiş zamanlarda insanları kosmos haqqında başqa suallar da çaşdırırdı, məsələn, Yer nəyin üzərində durur? Günəşi, Ayı və ulduzları yuxarıda saxlayan nədir? İnsanlar, İsaak Nyuton tərəfindən tərtib olunan və 1687-ci ildə dərc edilən ümumdünya cazibə qanunu haqqında heç nə bilmirdilər. Göy cisimlərinin boş fəzada əslində heç nədən asılı olmaması haqqında fikir onlara tanış deyildi. Buna görə onların izahlarında çox vaxt fərz edilirdi ki, Yeri və başqa göy cisimlərini maddi obyektlər və ya cisimlər saxlayır.
Məsələn, ehtimal ki, bir adada yaşayan insanlar tərəfindən uydurulmuş qədim bir nəzəriyyəyə görə, Yer su ilə əhatə olunub və suda üzür. Hindular Yerin üst-üstə bir neçə özülə malik olduğunu təsəvvür edirdilər. Onların fikrincə, Yer dörd filin üzərində, fillər böyük bir tısbağanın, tısbağa da nəhəng bir ilanın üzərində dururdu, halqavarı qıvrılmış ilan isə dünya suları üzərində üzürdü. B. e. ə. V əsrin yunan filosofu Empedokl hesab edirdi ki, Yer qasırğa üzərində durur və bu qasırğa göy cisimlərinin hərəkət etməsinə səbəb olur.
Ən nüfuzlu rə’ylərdən biri Aristotelin rə’yi hesab olunurdu. Yerin kürə şəklində olması haqqında nəzəriyyəni irəli sürməsinə baxmayaraq, o, Yerin ümumiyyətlə boş fəzada asılı ola biləcəyini inkar edirdi. Özünün “Səma haqqında” traktatında, Yerin su üzərində durduğunu inkar edərək, demişdir: “Yer kürəsi kimi, suya da havada asılı durmaq xas deyil — o nəyinsə üzərində durmalıdır”4. Belə isə Yer nəyin üzərində “durur”? Aristotel öyrədirdi ki, Günəş, Ay və ulduzlar bərk, şəffaf dairələrin səthinə bitişikdir. Dairələr iç-içə keçir, tərpənməz Yer isə lap mərkəzdədir. Dairələr bir-birinin içində fırlanır, bunun sayəsində də onların üzərindəki cisimlər — Günəş, Ay və planetlər səmada hərəkət edir.
Aristotelin izahatı məntiqə uyğun görünürdü. Əgər göy cisimləri nəyə isə möhkəm bərkidilmiş olmasaydılar, yuxarıda necə dura bilərdilər? Möhtərəm Aristotelin nöqteyi-nəzərləri təxminən 2 000 il ərzində həqiqət kimi qəbul edilmişdir. Bir ensiklopediyada deyilir ki, XVI və XVII əsrlərdə kilsə onun tə’limlərini “dini ehkam dərəcəsinə yüksəltmişdi” (“The New Encyclopædia Britannica”)5.
Teleskopun kəşf edilməsi ilə astronomlar Aristotelin nəzəriyyəsinə şübhə ilə yanaşmağa başladılar. Bununla belə, ser İsaak Nyuton planetlərin boş fəzada asılı olduğunu və öz oxu ətrafında görünməz qüvvə — qravitasiya
-