Nəğmə 37
İlham almış Müqəddəs Yazılar
1. Allah Kəlamı nurdur,
Addımlamağa yoldur.
O, həqiqət qaynağıdır,
Azadlığa bir çıraqdır.
2. İlham alıb hər Yazı,
Öyrədir yaşamağı,
Tərbiyə, islahda kamil,
Həyat verəndir bu təlim.
3. Öyrəndik Yazılardan
Məhəbbətdir Yaradan.
Hər gün bu Kəlamı oxu,
Olacaq yolun uğurlu.
(Həmçinin baxın: Məz. 119:105; Sül. məs. 4:13.)