Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Həqiqi ümid
    İnsan öləndə nə baş verir?
    • İsa dəfn mərasimini dayandırıb, Naindən olan dul qadının oğlunu dirildəndə ananın keçirdiyi sevinc hissini bir təsəvvür edin! (Luka 7:11—17). Sonralar, İsa Qalileya dənizi yaxınlığında 12 yaşlı qızı həyata qaytaranda onun valideynləri «çox heyrətləndilər». (Mark 5:21—24, 35—42; həmçinin 1 Padşahlar 17:17—24; 2 Padşahlar 4:32—37 ayələrinə də baxın.)

      17 Hal-hazırda ölüm yuxusunda olan milyonlarla insan sülhün hökm sürdüyü yeni dünyada diriləcək. Bir təsəvvür edin: bu broşüranın əvvəlində adları çəkilən Tommini və biznesmeni necə də gözəl gələcək gözləyir! Tommi gözünü Cənnətdə açanda anasının tanıdığı həmin Tommi olacaq. Lakin əvvəlkindən fərqli olaraq, sağlam olacaq. Anası ona toxunacaq, bağrına basıb əzizləyəcək. Eynilə, hindistanlı biznesmenin də yenidən doğulma dövriyyəsində sonsuz dövr etmək əvəzinə, Allahın yeni dünyasında gözlərini açmaq və oğullarına qovuşmaq imkanı var.

      18 Ruh, ölülərin vəziyyəti və dirilmə ümidi haqqında həqiqəti bilmək hal-hazırda yer üzündə yaşayan insanların da həyatına güclü təsir bağışlaya bilər. Gəlin görək, bu, necə mümkündür.

  • Ruh haqqında həqiqət
    İnsan öləndə nə baş verir?
    • Ruh haqqında həqiqət

      «Siz həqiqəti dərk edəcəksiniz; və həqiqət sizi azad edəcəkdir» (YƏHYA 8:32).

      1. Nəyə görə ruh və ölüm haqqında etiqadlarımızı yoxlamaq vacibdir?

      ÖLÜM və axirət dünyası ilə bağlı etiqadlar çox vaxt insanın mənsub olduğu dinin və mədəniyyətin təsiri nəticəsində yaranır. Gördüyümüz kimi, bu etiqadlar ruhun dəfələrlə dünyaya gəldikdən sonra özünün axırıncı məqsədinə çatmasından tutmuş bir dəfə sürdüyü ömrün insanın son taleyini müəyyən etməsinədək müxtəlif təlimləri özünə daxil edir. Bunun nəticəsində kimisi ölərkən mütləq həqiqətə qovuşacağına, digəri nirvanaya çatacağına, bir başqası isə səmavi mükafatı alacağına ümid edir. Bəs onda həqiqət haradadır? Etiqadlarımız bizim əhval-ruhiyyəmizə, hərəkətlərimizə və qərarlarımıza təsir etdiyindən həmin sualların cavabını axtarmalı deyilikmi?

      2, 3. a) Biz nə üçün Müqəddəs Kitabda ruh haqqında deyilənlərə etibar edə bilərik? b) Müqəddəs Kitaba əsasən, ruh nədir?

      2 Dünyada ən qədim kitab olan Müqəddəs Kitaba ilk insanın yaradıldığı vaxta aid məlumatlar da daxildir. Oradakı təlimlər insan fəlsəfəsindən və adət-ənənəsindən uzaqdır. Müqəddəs Kitab ruh haqqında həqiqəti aydın şəkildə açıqlayır: ruh insanın həyat qüvvəsidir, ölən insanın mövcudluğuna tamamilə son qoyulur və Allahın yaddaşında olanlar vaxtı çatanda dirildiləcəklər. Bunu bilmək sizin üçün hansı mənanı kəsb edir?

      3 İsa davamçılarına demişdi: «Siz həqiqəti dərk edəcəksiniz; və həqiqət sizi azad edəcəkdir» (Yəhya 8:32). Bəli, həqiqət insana azadlıq verir. Bəs ruh haqqında həqiqət bizi nədən azad edir?

      Qorxu və ümidsizlikdən azadlıq

      4, 5. a) Ruh haqqında həqiqət hansı qorxunu dəf edir? b) Dirilmə ümidi ölümcül xəstəliyə tutulmuş yeniyetməni necə möhkəmləndirmişdi?

      4 «Uorld buk» ensiklopediyasında deyilir ki, insanların əksəriyyəti ölümdən qorxur və bu haqda fikirləşməkdən belə qaçırlar. Bir tarixçinin sözlərinə görə, Qərbdə «ölüm» sözünü, demək olar ki, işlətmirlər. Bəzi xalqlarda insanın öldüyünü söyləmək üçün «həyatdan köçdü», «dünyasını dəyişdi» kimi ifadələrdən istifadə edirlər. Əslində, insanlar ölüm zamanı nə baş verdiyini bilmədikləri üçün ölümdən qorxurlar, belə ki, ölüm əksəriyyət üçün sirdir. Ölüm zamanı nəyin baş verdiyini bilmək bu qorxunu azaldır.

      5 Misal üçün 15 yaşlı Mikelenin vəziyyətinə nəzər salaq. Leykemiya xəstəliyi onun həyatına faciəvi şəkildə son qoydu. Onun anası Paula ötən günləri xatırlayaraq deyir: «Mikelen ölümdən qorxmadığını deyirdi, çünki ölümün müvəqqəti olduğunu bilirdi. Biz tez-tez Allahın yeni dünyası və diriləcək insanlar haqqında danışardıq. Mikelen Yehova Allaha və dirilməyə zərrə qədər də şübhə etmirdi, əksinə, onun imanı sarsılmaz idi». Dirilməyə ümid bu cəsur gənc qızı ölüm qorxusundan azad etmişdi.

      6, 7. Ruh haqqında həqiqət hansı mənada insanı ümidsizlikdən azad edir? İzah edin.

      6 Bəs həqiqət Mikelenin valideynlərinə necə təsir etmişdi? «Əziz balamızın ölümü həyatımızın ən ağrılı-acılı anları idi, — deyə onun atası Cef söyləyir. — Amma biz Yehovanın dirilmə vədinə zərrə qədər də olsun şübhə etmirik və əziz qızımız Mikeleni yenidən bağrımıza basacağımız günü səbirsizliklə gözləyirik. Bu, necə də xoşbəxt anlar olacaq!»

      7 Bəli, ruh haqqında həqiqət insanı əziz adamın ölümünün gətirdiyi ümidsizlikdən azad edir. Əlbəttə, doğma adamı itirməyin vurduğu yaranı heç nə tamamilə sağalda bilməz. Ancaq dirilmə ümidi insana qəlb rahatlığı gətirir və ağrı-acıya dözməyə güc verir.

      8, 9. Ölülərin vəziyyəti haqqında həqiqət bizi hansı qorxudan azad edir?

      8 Ölülərin vəziyyəti haqda Müqəddəs Yazılarda deyilənlər həmçinin bizi ölülər qarşısında qorxudan azad edir. Bu həqiqəti öyrənəndən sonra bir zamanlar ölənin vəziyyəti ilə bağlı mövhumatların buxovunda olan çoxları artıq cadu, əlamət, tilsim və dualardan qorxmur, həmçinin əcdadlarının ruhu geri qayıdıb dirilərə zərər vurmasın deyə onları razı salmaq üçün baha başa gələn qurbanlar vermirlər. Doğrudan da, ölülər ‘heç nə bilmədikləri’ üçün bütün bunlar mənasızdır (Vaiz 9:5).

      9 Müqəddəs Kitabda ruh haqqında deyilən həqiqət insana azadlıq verir və etibarlıdır. İndi isə gəlin Müqəddəs Kitabın sizə bəxş etdiyi gözəl ümid haqqında danışaq.

      [29-cu səhifədəki yazı]

      Ruh haqqında həqiqət insanı ölüm qorxusundan, ölülər qarşısında qorxudan və əziz adamı itirməyin gətirdiyi ümidsizlikdən azad edir

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş