Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ie s. 30—31
  • Möhtəşəm ümid!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Möhtəşəm ümid!
  • İnsan öləndə nə baş verir?
  • Başlıqlar
  • Oxşar material
  • Siz də əbədi yaşaya bilərsiniz!
  • Sülh içində yeni dünyada sən də yaşaya bilərsən!
    Böyük Müəllimdən öyrən
  • Yehovanın taxtı qarşısındakı böyük izdiham
    Vahid həqiqi Allaha ibadət edin
  • Budur, böyük bir izdiham!
    Gözətçi qülləsi 2019
  • Allahın Yer kürəsinə dair niyyəti nədir?
    Allah bizdən nə tələb edir?
Əlavə
İnsan öləndə nə baş verir?
ie s. 30—31

Möhtəşəm ümid!

«Kim yaşayıb Mənə iman edərsə, əsla ölməz» (YƏHYA 11:26).

1. Milyonlarla insan hansı şəraitdə dirildiləcək?

MİLYONLARLA insan dirildiləndə yer üzü səhra tək boş olmayacaq (Həvarilərin işləri 24:15). Onlar gözəl şəraitdə oyanacaq və görəcəklər ki, onlar üçün yaşamağa ev, geyməyə paltar və bol qida hazırlanıb. Bütün bu hazırlıqları kim görəcək? Sözsüz ki, dirilmə başlamazdan əvvəl artıq yeni dünyada insanlar yaşayacaq. Bəs söhbət kimlərdən gedir?

2-4. «Axır günlərdə» yaşayan insanların qarşısında hansı möhtəşəm ümid açılıb?

2 Müqəddəs Kitabın həyata keçmiş peyğəmbərlikləri göstərir ki, biz bu sistemin ‘axır günlərində’ yaşayırıqa (2 Timoteyə 3:1). Çox tezliklə Yehova Allah insanların işinə müdaxilə edəcək və yer üzündən pisliyi siləcək (Məzmur 37:10, 11; Süleymanın məsəlləri 2:21, 22). Görəsən, Allaha sədaqətlə xidmət edənlərlə nə baş verəcək?

3 Yehova yaxşı insanları pislərlə bərabər məhv etməyəcək (Məzmur 145:20). O, heç vaxt belə etməyib, yer üzünü pislikdən təmizləyəndə də etməyəcək. (Yaradılış 18:22, 23, 26 ayələri ilə müqayisə edin.) Müqəddəs Kitabın sonuncu kitabında «böyük məşəqqətdən» çıxan və «hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən olan, kimsənin saymağa qadir olmadığı böyük bir izdiham» haqqında danışılır (Vəhy 7:9—14). Bəli, çoxlu sayda insan indiki dünyanın məhv ediləcəyi böyük məşəqqətdən sağ çıxacaq və Allahın yeni dünyasına qədəm basacaq. Orada itaətkar bəşəriyyət Allahın insanları günah və ölümdən azad etmək üçün gördüyü möcüzəvi tədbirdən tam faydalanacaq (Vəhy 22:1, 2). Beləliklə, ‘böyük izdiham’ ölümün nə olduğunu heç vaxt bilməyəcək. Bu, necə də möhtəşəm ümiddir!

4 Biz bu valehedici ümidin həyata keçəcəyinə arxayın ola bilərikmi? Şübhəsiz! İsa Məsih ölümün olmayacağı bir vaxtın gələcəyini şəxsən özü söyləmişdi. Dostu Lazarı diriltməzdən əvvəl İsa Martaya dedi: «Kim yaşayıb Mənə iman edərsə, əsla ölməz» (Yəhya 11:26).

Siz də əbədi yaşaya bilərsiniz!

5, 6. Yerüzü Cənnətdə əbədi yaşamaq istəyirsinizsə, nə etməlisiniz?

5 Siz də yerüzü Cənnətdə əbədi yaşamaq istəyirsinizmi? Doğmalarınızın həsrətini çəkirsinizmi? Belə isə, Allahın iradəsi və Onun niyyətləri haqqında dəqiq biliyə yiyələnməlisiniz. Allaha dua edərkən İsa demişdi: «Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3).

6 Allah istəyir ki, «bütün insanlar xilas olub, həqiqəti dərk etsinlər» (1 Timoteyə 2:3, 4). İndi Yaradanın iradəsini yerinə yetirən milyonlarla insanla birgə yerüzü Cənnətdə əbədi yaşamağın necə mümkün olduğunu öyrənməyin vaxtıdır. Yehovanın Şahidləri sizə Allah və Onun tələbləri haqqında öyrətməyə şad olarlar. Nəyə görə yaxınlıqdakı Padşahlıq Zalı ilə əlaqə saxlamayasınız və ya növbəti səhifədəki ünvanlardan sizə yaxın olanına müraciət etməyəsiniz?

[Haşiyə]

a Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 66—75-ci səhifələrinə baxın.

[31-ci səhifədəki şəkil]

‘Böyükizdiham’ ölümün nə olduğunu heç vaxt bilməyəcək

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş