-
Allah haqqında biliyi necə almaq olarSən Allahın dostu ola bilərsən!
-
-
DƏRS 4
Allah haqqında biliyi necə almaq olar?
Müqəddəs Kitabı oxumaqla Yehova haqqında öyrənə bilərsən. Keçmişdə Allah bir neçə adam seçib Öz fikirlərini onlara yazdırmışdı. Həmin yazılar «Müqəddəs Kitab» adlanır. Bu gün biz Müqəddəs Kitabı oxumaqla Allahla tanış oluruq. Müqəddəs Kitab Yehovanın kəlamlarından, yəni göndərdiyi xəbərlərdən ibarət olduğu üçün, həm də «Allahın Kəlamı» adlanır. Biz Müqəddəs Kitabda yazılanlara inana bilərik, çünki Yehova heç vaxt yalan danışmır. Allahın yalan danışması mümkün deyil (İbranilərə 6:18). Allahın Kəlamında həqiqət yazılıb (Yəhya 17:17).
Müqəddəs Kitab Allahın bizə verdiyi ən qiymətli hədiyyələrdən biridir. Bu kitabı övladlarını sevən atanın onlara yazdığı məktuba bənzətmək olar. Bu kitabda yazılıb ki, Allah yer üzünü gözəl yaşayış yerinə, Cənnətə çevirəcəyinə söz verib. Müqəddəs Kitab bizə Allahın Öz sadiq övladları üçün keçmişdə və indi nə etdiyini və gələcəkdə nələr edəcəyini bildirir. O həmçinin problemləri həll etməkdə və xoşbəxt olmaqda bizə kömək edir (2 Timutiyə 3:16, 17).
Yehovanın Şahidləri Allahın dostlarıdır; onlar sənə Müqəddəs Kitabın təlimlərini öyrətməyə hazırdırlar. Sadəcə bu adamlara Müqəddəs Kitabı öyrənmək istədiyini de. Dərs keçmək üçün onlar pul götürmürlər (Mətta 10:8). Bundan əlavə, sən onların yığıncaq görüşlərinə də gedə bilərsən. Bu görüşlər onların ibadət evlərində keçirilir. Əgər bu görüşlərdə iştirak etsən, Allah haqqında biliyin tez bir vaxtda artacaq.
Sən Allahın yaratdıqlarından Onun haqqında öyrənə bilərsən. Məsələn, Müqəddəs Kitabda yazılıb: «Allah göyü və yeri yaratdı» (Yaradılış 1:1). Yehova «göyləri» yaradanda günəşi də yaratdı. Bu bizə Allah haqqında nə deyir? Onun çox güclü olduğunu. Yalnız Allah günəş kimi güclü bir cisim yarada bilərdi. Günəş həm də Yehovanın çox müdrik olduğunu bildirir, çünki istilik və işıq verən, amma tükənməyən bir cisim yaratmaq üçün müdriklik lazımdır.
Yehovanın yaratdıqları Onun bizi sevdiyini bildirir. Yer üzündəki cürbəcür meyvələri yada sal. Yehova bizə cəmi bir meyvə verə bilərdi. İstəsəydi, ümumiyyətlə heç bir meyvə verməzdi. Amma Allah bizə müxtəlif formalı, ölçülü, rəngli və dadlı cürbəcür meyvələr verdi. Bütün bunlar Yehovanın sevən Allah olmaqla yanaşı, çox səxavətli, qayğıkeş və mehriban olduğunu bildirir (Zəbur 104:24).
-
-
Allahın dostları Cənnətdə yaşayacaqlarSən Allahın dostu ola bilərsən!
-
-
DƏRS 5
Allahın dostları cənnətdə yaşayacaqlar
Cənnət indi yaşadığımız dünyaya bənzəməyəcək. Allah heç vaxt istəməyib ki, yer üzündə kədər, əzab-əziyyət və ağrı-acı olsun. Gələcəkdə Allah yer üzünü Cənnətə çevirəcək. Bəs Cənnətdə həyat necə olacaq? Gəl baxaq Müqəddəs Kitab nə deyir:
Yaxşı insanlar. Allahın dostları Cənnətdə yaşayacaqlar. Onlar bir-birinə ancaq yaxşılıq edəcəklər. Onlar Allahın istədiyi kimi saleh ömür sürəcəklər (Məsəllər 2:21).
Qida bolluğu. Cənnətdə aclıq olmayacaq. Müqəddəs Kitabda deyilir: «Yerdə çörək bol olacaq» (Zəbur 72:16).
Gözəl evlər və xoşagələn iş. Cənnətdə hər ailənin öz evi olacaq. Hər kəs məşğul olduğu işdən məmnun olacaq (Əşiya 65:21—23).
Bütün dünyada sülh. Bir daha dava-dalaş olmayacaq və heç kim müharibədə ölməyəcək. Allahın Kəlamında deyilir: «[Allah] yerin bir ucundan o biri ucunadək döyüşləri kəsir» (Zəbur 46:8, 9).
Hamı sağlam olacaq. Müqəddəs Kitabda vəd edilir: «[Cənnətdə] heç bir sakin “xəstəyəm” deməyəcək» (Əşiya 33:24). Həmçinin əlil, kor, kar və lal adam olmayacaq (Əşiya 35:5, 6).
Ağrı-acı, kədər və ölüm yox olacaq. Allahın Kəlamında deyilir: «Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4).
Cənnətdə pis adamlar olmayacaq. Yehova vəd edir: «Pislərin... kökü yer üzündən kəsiləcək, xainlər oradan qoparılıb atılacaq» (Məsəllər 2:22).
İnsanlar arasında qarşılıqlı məhəbbət və hörmət olacaq. Bir daha haqsızlıq, zülm, tamahkarlıq və nifrət olmayacaq. İnsanlar birlik içində saleh həyat sürəcəklər (Əşiya 26:9).
-
-
Cənnət yaxındır!Sən Allahın dostu ola bilərsən!
-
-
DƏRS 6
Cənnət yaxındır!
Yer üzündə törədilən pislik, tezliklə Cənnətin qurulacağını bildirir. Müqəddəs Kitabda deyilir ki, Cənnət qurulmazdan əvvəl çox çətin zəmanə olacaq. İndi biz həmin zəmanədə yaşayırıq! Müqəddəs Kitabın xəbərdarlıq etdiyi bəzi hadisələr bunlardır:
Böyük müharibələr. «Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq» (Mətta 24:7). Bu peyğəmbərlik artıq yerinə yetmişdir. 1914-cü ildən başlayaraq, iki dünya müharibəsi və çoxsaylı kiçik miqyaslı müharibələr baş vermişdir. Bu müharibələrdə milyonlarla insan həlak olmuşdur.
Geniş yayılmış xəstəliklər. «Gah burada, gah orada... xəstəliklər olacaq» (Luka 21:11). Bu peyğəmbərlik gerçəkləşibmi? Bəli. Xərçəng, ürək xəstəlikləri, vərəm, malyariya, QİÇS və digər xəstəliklər milyonlarla insanın həyatına son qoymuşdur.
Qıtlıq. Yer üzündə bir çox insan doyunca yemək üçün qida tapmır. Hər il milyonlarla adam acından ölür. Bu, Cənnətin tezliklə qurulacağına daha bir nişanədir. Müqəddəs Kitabda deyilmişdi: «Qıtlıq olacaq» (Mark 13:8).
Zəlzələlər. «Gah burada, gah orada... zəlzələlər olacaq» (Mətta 24:7). Bu peyğəmbərlik də bizim dövrümüzdə yerinə yetir. 1914-cü ildən bəri milyondan çox adam zəlzələlərdə həlak olmuşdur.
Pis adamlar. Adamlar «pulpərəst» və «xudbin» olacaq, yəni yalnız özlərini sevəcəklər. Onlar «Allahdan çox eyş-işrəti sevəcəklər». Uşaqlar valideynlərinə itaət etməyəcəklər (2 Timutiyə 3:1—5). Məgər bu gün insanların əksəriyyəti belə deyil? Belə adamlar Allahdan qorxmur və Onun haqqında öyrənmək istəyənləri incidirlər.
Cinayətkarlıq. Həmçinin «hərc-mərclik baş alıb» gedəcək (Mətta 24:12). Yəqin razılaşarsan ki, əvvəlki illərə nisbətən indi cinayətkarlıq qat-qat çoxalıb. İnsanlar hər yerdə soyğunçuluq, yalan və ya digər təhlükələrlə qarşılaşırlar.
Bütün bunlar Allahın Padşahlığının yaxın olduğunu göstərir. Müqəddəs Kitabda deyilir: «Bütün bunların baş verdiyini görəndə bilin ki, Allahın Padşahlığı yaxındadır» (Luka 21:31). Allahın Padşahlığı nədir? Bu, Allahın yer üzünü Cənnətə döndərəcək göydəki hökumətidir. Allahın Padşahlığı insan hakimiyyətlərini əvəz edəcək (Dənyal 2:44).
-