-
Keçmişdən ibrət dərsiSən Allahın dostu ola bilərsən!
-
-
DƏRS 7
Keçmişdən ibrət dərsi
Yehova pis insanlara Cənnəti korlamağa icazə verməyəcək. Orada ancaq Allahın dostları yaşayacaq. Bəs pis adamlar necə olacaq? Bu suala cavab tapmaq üçün Nuhun tarixçəsinə baxaq. Nuh bir neçə min il bundan əvvəl yaşamışdı. O, yaxşı insan idi və var gücü ilə Allahın dediklərini yerinə yetirməyə çalışırdı. Amma yer üzündəki o biri adamlar pis işlər görürdülər. Onda Yehova Nuha dedi ki, pis adamları məhv etmək üçün yerə daşqın göndərəcək. Daşqın gələndə Nuh özü və ailəsi məhv olmasın deyə, Allah ona bir gəmi tikməyi tapşırdı (Yaradılış 6:9—18).
Nuh və ailəsi gəmini tikdilər. Nuh insanları Daşqından xəbərdar edirdi, amma heç kim ona qulaq asmırdı. İnsanlar pis işlərdən əl çəkmirdilər. Gəmi hazır olanda Nuh heyvanları onun içinə topladı, sonra ailəsilə birlikdə gəmiyə girdi. Bir azdan Yehova güclü tufan göndərdi. 40 gün, 40 gecə yağış yağdı. Bütün yer üzü suyun altında qaldı (Yaradılış 7:7—12).
Pis adamlar məhv oldular, Nuh isə ailəsi ilə xilas oldu. Yehova onları Daşqında qoruyub saxladı və pislikdən təmizlənmiş yer üzünə çıxartdı (Yaradılış 7:22, 23). Müqəddəs Kitab bildirir ki, düzgün yaşamaq istəməyənlər keçmişdə olduğu kimi məhv ediləcəklər və bu tezliklə baş verəcək. Amma Yehova yaxşı insanları məhv etməyəcək. Onlar Cənnətə çevrilmiş yer üzündə əbədi yaşayacaqlar (2 Butrus 2:5, 6, 9).
Bu gün bir çox insan pis işlər görür. Dünya əzab-əziyyətlə dolub. Yehova insanları xəbərdar etmək üçün dönə-dönə Öz Şahidlərini göndərir, lakin əksər adamlar Yehovanın sözünə qulaq asmır və yollarından dönmək istəmirlər. Onlar Allahın normalarını — nəyin yaxşı, nəyin pis olduğunu qəbul etmirlər. Bu insanların aqibəti necə olacaq? Onlar nə vaxtsa dəyişəcəklər? Bir çoxları heç vaxt dəyişməyəcək. Pis adamların məhv ediləcəyi və bir daha əsla yaşamayacaqları vaxt yaxınlaşır (Zəbur 92:7).
Yer məhv edilməyəcək, Cənnətə döndəriləcək. Allahla dost olanlar Cənnətə çevrilmiş yer üzündə əbədi yaşayacaqlar (Zəbur 37:29).
-
-
Allahın düşmənləri kimlərdir?Sən Allahın dostu ola bilərsən!
-
-
DƏRS 8
Allahın düşmənləri kimlərdir?
Allahın baş düşməni Şeytan İblisdir. O, Allaha qarşı üsyan qaldırmış ruhani varlıqdır. Şeytan Allaha qarşı müharibə aparır və adamların başına çoxlu bəlalar gətirir. Şeytan pisdir. O yalançı və qatildir (Yəhya 8:44).
Başqa ruhani varlıqlar Allaha qarşı üsyanda Şeytana qoşuldular. Müqəddəs Kitab onları cin adlandırır. Cinlər də, Şeytan kimi, insanlara düşməndirlər. Onlar adamları incitməkdən həzz alırlar (Mətta 9:32, 33; 12:22). Yehova Şeytanı və onun cinlərini əbədi məhv edəcək. Bir azdan onlar insanlara artıq heç vaxt əzab verməyəcəklər, çünki onların sonu yaxınlaşır (Vəhy 12:12).
Allahla dostlaşmaq istəyirsənsə, Şeytanın istədiyini etməməlisən. Şeytan və onun cinləri Yehovaya nifrət edirlər. Onlar Allaha düşməndir və istəyirlər ki, sən də Allaha düşmən olasan. Sən kimin ürəyini sevindirmək istəyirsən: Yehovanın, yoxsa Şeytanın? Əgər əbədi yaşamaq istəyirsənsə, Allahın iradəsini yerinə yetirməlisən. Şeytan min cürə hiylə və kələk işlətməklə indi də insanların əksəriyyətini aldadır (Vəhy 12:9).
-
-
Allahın dostları kimlərdir?Sən Allahın dostu ola bilərsən!
-
-
DƏRS 9
Allahın dostları kimlərdir?
Yehovanın yaratdığı ilk varlıq — İsa Məsih Onun ən yaxın və ən əziz dostudur. Yerə insan kimi gəlməzdən əvvəl İsa göydə qüvvətli ruhani varlıq idi (Yəhya 17:5). Sonra o, adamlara Allah haqqında həqiqəti öyrətmək üçün yerə gəldi (Yəhya 18:37). O həm də itaətkar insanları günah və ölümdən qurtarmaq üçün öz insan həyatını qurban verdi (Romalılara 6:23). İndi İsa yer üzünü Cənnətə çevirəcək göydəki hökumətin, Allahın Padşahlığının Padşahıdır (Vəhy 19:16).
Mələklər də Allahın dostlarıdır. Mələklər heç zaman yerdə yaşamayıblar. Allah yeri yaratmazdan əvvəl onları göydə yaratmışdı (Əyyub 38:4—7). Göydə milyonlarla mələk var (Dənyal 7:10). Allahın bu səmavi dostları istəyirlər ki, insanlar Yehova barəsində həqiqəti bilsinlər (Vəhy 14:6, 7).
Allahın yerdə də dostları var; Allah bu dostlarını Öz şahidləri adlandırır. Şahid məhkəmədə kimsə və ya hər hansı bir hadisə haqqında bildiklərini danışır. Yehovanın Şahidləri başqalarına Yehova və Onun niyyətləri barəsində danışırlar (Əşiya 43:10). Mələklər kimi, onlar da sənə Yehova haqqında həqiqəti öyrənməkdə kömək etmək istəyirlər. Onlar arzu edirlər ki, sən Allahın dostu olasan.
-