-
Cadugərlik və baxıcılıq günahdırSən Allahın dostu ola bilərsən!
-
-
DƏRS 13
Cadugərlik və baxıcılıq günahdır
Şeytan sənin cadugərliklə məşğul olmağını istəyir. Bir çoxları xata-bəladan qorunmaq üçün evlərində üzərlik yandırır, başlarına duz çevirir, gözmuncuğu taxırlar. Elə yerlər vardır ki, orada insanlar guya sehrli qüvvəsi olan «dərman» içir və ya onu bədənlərinə sürtürlər. Başqa adamlar guya qoruyucu gücü olan müəyyən əşyaları evlərində və ya həyətyanı sahələrində gizlədirlər. Onlar bunu şər qüvvələrdən qorxduqları üçün edirlər. Digərləri işdə, imtahanlarda və ya romantik görüşlərdə müvəffəqiyyət qazanmaq üçün ovsunçulara müraciət edirlər.
Yehovanın dostu olmaq Şeytana qarşı ən yaxşı müdafiədir. Yehova Allah və Onun mələkləri Şeytandan və cinlərdən qat-qat güclüdürlər (Yaqub 2:19; Vəhy 12:9). Yehova gücünü Ona tam sadiq olan dostlarının xeyrinə sərf etməyə hazırdır (2 Salnamələr 16:9).
Allahın Kəlamında deyilir: «Fala baxmayın». Yehova cadugərliyi və baxıcılığı mühakimə edir. Çünki bu işlərlə məşğul olanlar birbaşa Şeytanın təsiri altına düşə bilərlər (Lavililər 19:26).
-
-
Allahın dostları pis işlərdən çəkinirlərSən Allahın dostu ola bilərsən!
-
-
DƏRS 14
Allahın dostları pis işlərdən çəkinirlər
Şeytan adamları pis işlərə təhrik edir. Allahın dostu olmaq istəyən şəxs Yehovanın nifrət etdiyi şeylərə nifrət etməlidir (Zəbur 97:10). Allahın dostlarının görmədiyi işlərdən bəziləri bunlardır:
Cinsi əxlaqsızlıq. «Zina etməyin» (Çıxış 20:14). Həmçinin nikah bağlayana kimi cinsi yaxınlıq etmək də günahdır (1 Korinflilərə 6:18).
Sərxoşluq. «İçki düşkünləri... Allahın Padşahlığına girməyəcəklər» (1 Korinflilərə 6:10).
Qatillik, abort. «Adam öldürməyin» (Çıxış 20:13).
Oğurluq. «Oğurluq etməyin» (Çıxış 20:15).
Yalan. Yehova «yalan danışan dil»ə nifrət edir (Məsəllər 6:17).
Zorakılıq və idarəolunmaz qəzəb. Yehova «zorakılığı sevənlərə nifrət edir» (Zəbur 11:5). «Günahlı bədənin əməlləri bəllidir... qəzəb» (Qalatiyalılara 5:19, 20).
Qumar. Acgözlük edənlə oturub-durmayın (1 Korinflilərə 5:11).
İrqi və etnik düşmənçilik. «Düşmənlərinizi həmişə sevin və sizi təqib edənlər üçün həmişə dua edin» (Mətta 5:43, 44).
Allahın bizə dedikləri xeyrimiz üçündür. Pis əməllərdən uzaq durmaq həmişə asan deyil. Yehovanın və Onun Şahidlərinin köməyi ilə Allahın xoşlamadığı əməllərdən uzaq dura bilərsən (Əşiya 48:17; Filippililərə 4:13; İbranilərə 10:24, 25).
-
-
Allahın dostları yaxşı işlər görürlərSən Allahın dostu ola bilərsən!
-
-
DƏRS 15
Allahın dostları yaxşı işlər görürlər
Ürəkdən sevdiyin və hörmət etdiyin dostun varsa, ona bənzəməyə çalışırsan. Müqəddəs Kitabda deyilir ki, «Yehova kəramətlidir, haqdır» (Zəbur 25:8). Allahla dost olmaq üçün biz də xeyirxah və haqsevər olmalıyıq. Müqəddəs Kitabda deyilir: «Allahın sevimli övladları kimi Ona bənzəməyə çalışın, məhəbbət yolunda yeriyin» (Efeslilərə 5:1, 2). Bunu necə etmək olar?
Başqalarına kömək etməyə hazır ol. «Hamıya... yaxşılıq edək» (Qalatiyalılara 6:10).
Zəhmətkeş ol. «Oğurluq edən daha oğurluq etməsin, əlinin halal zəhməti ilə dolansın» (Efeslilərə 4:28).
Fiziki və əxlaqi cəhətdən təmiz qal. «Cismi və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək və Allah qorxusu ilə tam müqəddəsliyə yetişək» (2 Korinflilərə 7:1).
Ailə üzvlərinlə mehribancasına və hörmətlə davran. «Hər kəs arvadını özünü sevdiyi kimi sevsin, arvad da ərinə dərin hörmət bəsləsin. Uşaqlar,.. valideynlərinizin sözünə qulaq asın» (Efeslilərə 5:33—6:1).
Başqalarına məhəbbət göstər. «Bir-birimizi sevək, çünki məhəbbət Allahdandır» (1 Yəhya 4:7).
Yaşadığın ölkənin qanunlarına riayət et. «Qoy hər kəs hökumətə tabe olsun... hər kəsə haqqını verin: vergidirsə — vergini» (Romalılara 13:1, 7).
-