Müqəddəs Yazıların kitabı nömrə 16 Nehemya
Yazan: Nehemya
Yazıldığı yer: Yerusəlim
Yazılması başa çatıb: b. e. ə. 443-cü ildən sonra
Əhatə etdiyi vaxt: b. e. ə. 456-cı il- 443-cü ildən sonra
ADININ mə’nası «Yah təsəllidir» olan Nehemya yəhudi idi və Fars padşahı Artaxşastanın (Əliuzun) qulluğunda dururdu. O, padşahın saqisi idi. Hər kəs belə məs’uliyyətli və şərəfli vəzifəni arzu edirdi, çünki bu, padşah öz təbəələrinə qarşı xüsusilə mülayim və xeyirxah olduğu zaman padşahın hüzuruna düşmək imkanı yaradırdı. Lakin Nehemya, Yerusəlimi öz şəxsi ‘sevincindən’ üstün tutan sürgün edilmiş sadiq yəhudilərdən biri idi (Məz. 137:5, 6). Onu vəzifə və var-dövlət maraqlandırmırdı. O, hər şeydən çox Yehovaya ibadəti bərpa etmək barəsində düşünürdü.
2 B. e. ə. 456-cı ildə «əsirlikdən qurtulub» Yerusəlimə qayıdan yəhudilərin şəraiti heç də əlverişli deyildi. Yəhudilər acınacaqlı vəziyyətdə idilər (Neh. 1:3). Şəhərin divarları hələ də xaraba vəziyyətində idi, xalq isə düşmənlərinin fasiləsiz alçaldıcı tə’sirinə mə’ruz qalırdı. Bu, Nehemyanı çox kədərləndirirdi. Lakin Yerusəlimin divarlarının bərpa olunması ilə əlaqədar Yehovanın tə’yin etdiyi vaxt yaxın idi. Hətta düşmənlərin müdaxiləsi belə, yəhudilərə Yerusəlimi və onun müdafiə edən divarlarını tikməyə maneə ola bilmədi. Axı, bu hadisə Məsihin gəlişi barədə Yehovanın Danielə bildirdiyi peyğəmbərliyin həyata keçməsi üçün başlanğıc nöqtə olmalı idi! (Dan. 9:24-27). Beləliklə, Yehova hadisələrə istiqamət verib, sadiq və sə’yli Nehemyanın vasitəsi ilə Öz niyyətini həyata keçirdi.
3 Nehemyanın öz adını daşıyan kitabı yazmasına heç bir şübhə yoxdur. Bunun aydın təsdiqini hadisələrin birinci şəxsin adından nəql edilməsindən və giriş sözlərindən görmək olar: «Xakalya oğlu Nehemyanın sözləri» (Neh. 1:1). Əvvəlcə «Ezra» və «Nehemya» kitabları Ezranın adını daşıyan bir kitabı təşkil edirdi. Sonra yəhudilər onu «Birinci və İkinci Ezra» adlandıraraq, iki hissəyə böldülər. Nəhayətdə isə, «Ezra» kitabının 2-ci hissəsini «Nehemya» kitabı adlandırdılar. «Ezra» kitabındakı yekun hadisələrlə «Nehemya» kitabındakı başlanğıc hadisələr arasında 12 illik fasilə var. Bununla da, «Nehemya» kitabında nəql olunan tarixi hadisələr b. e. ə. 456-cı ilin sonundan başlayaıb, b. e. ə. 443-cü ildən sonra başa çatır (1:1; 5:14; 13:6).
4 «Nehemya» kitabı öz qanuni yerini tutduğu Müqəddəs Yazıların başqa hissələri ilə həmahəngdir. Misal üçün, orada özgə xalqlarla evlənməyə (Qanun. t. 7:3; Neh. 10:30), borc verməyə (Lev. 25:35-38; Qanun. t. 15:7-11; Neh. 5:2-11) və Çardaqlar bayramına (Qanun. t. 31:10-13; Neh. 8:14-18) dair Qanundan çoxlu sitatlar gətirilmişdir. Bundan başqa kitabda, Yerusəlimin maneəsiz yox, «çətin vaxtlarda» bərpa olunacağına dair Danielin peyğəmbərliyinin başlanması da qeyd edilir (Dan. 9:25).
5 Nəyə görə şəhərin divarlarını bərpa etmək üçün Nehemyanın Yerusəlimə b. e. ə. 455-ci ildə gəldiyi hesab olunur? Yunan, Fars və Babil mənbələrindən alınan e’tibarlı tarixi sübutlar, Artaxşastanın b. e. ə. 475-ci ildə hakimiyyətə gəldiyini göstərir və 474-cü ili onun hakimiyyətinin birinci ili adlandırıra. Buna görə də onun hakimiyyətinin 20-ci ili b. e. ə. 455-ci ilə düşür. Nehemya 2:1-8 ayələrinə uyğun olaraq, həmin ilin bahar fəslində, ibrani təqviminə əsasən nisan ayında, padşahın saqisi Nehemya Yerusəlimi, onun divar və darvazasını bərpa etmək üçün padşahdan icazə alır. Danielin peyğəmbərliyində «Yerusəlimi bərpa edib tikmək üçün verilən fərmanın çıxmasından məsh olunmuş hökmdara qədər» 69 illik həftə, yə’ni 483 il keçəcəyi bildirilmişdir. Bu peyğəmbərlik İsa b. e. 29-cu ilində məsh olunan zaman valehedici surətdə yerinə yetir və bu həm dünya, həm də Müqəddəs Kitab tarixi ilə üst-üstə düşürb (Dan. 9:24-27; Luka 3:1-3, 23). Bununla da Danielin peyğəmbərliyi ilə «Nehemya» və «Lukanın Müjdəsi» kitabları arasında bağlılıq görünür və bu heyrət doğuran bağlılıq göstərir ki, həqiqi peyğəmbərliklərin Müəllifi və İcraçısı Yehova Allahdır. Bəli, «Nehemya» kitabı həqiqətən də Allah tərəfindən ilhamlanmış Müqəddəs Yazıların bir hissəsidir.
BİZƏ FAYDASI
16 Nehemyanın Allaha olan sədaqəti, həqiqi ibadəti əziz tutan hər kəsi ruhlandırmalıdır. NehemyaYehovanın xalqı arasında təvazökar nəzarətçi olmaq üçün imtiyazlı vəzifəsindən imtina etdi. Bundan başqa, Nehemya ona və’d olunan maddi tə’minatdan vaz keçib, zənginlik hərisliyini açıqca ifşa etdi. O, Yehovaya ibadəti sə’ylə dəstəkləyir və bunu bütün xalqa aşılamağa çalışırdı (5:14, 15; 13:10-13). Nehemya, tamahkarlıqdan uzaq duraraq, təhlükə qarşısında cəsurcasına salehliyi qoruyan ağıllı və çalışqan insan idi ki, bu da bizim üçün gözəl nümunədir (4:14, 19, 20; 6:3, 15). Bu insan, Allah qarşısında münasib qorxuya malik idi və Yehovanın digər xidmətçilərini imanda möhkəmləndirməyə çalışırdı (13:14; 8:9). Nehemya Yehovanın qanunlarına riayət olunmasında, xüsusilə də bu həqiqi ibadətə, yadellilərlə qarşılıqlı münasibətə və bütpərəstlərlə nikah qurmağa aid olanda, çox qətiyyətli idi (13:8, 23-29).
17 Kitabın bütün məzmunu göstərir ki, Nehemya Yehovanın qanunlarını yaxşı bilirdi və öz biliyindən gözəl istifadə edirdi. O, Qanunun təkrarı 30:1-4 ayələrində və’d olunmuş xeyir-duaya dair Allaha dua edirdi, çünki Yehovanın onun rifahı üçün Öz sözünün üstündə duracağına əmin idi (Neh. 1:8, 9). Nehemya, yəhudiləri qədim vaxtlarda yazılmış müqəddəs kitablarla tanış etmək məqsədi ilə dəfələrlə yığıncaqlar təşkil etmişdi. Nehemya və Ezra Qanunu xalq qarşısında oxumaqla, Allahın Kəlamını əsaslı surətdə aydınlaşdırmağa çalışır və onun icra olunmasına nəzarət edirdilər (8:8, 13-16; 13:1-3).
18 Nehemyanın Yehovaya bəslədiyi tam e’timad və təvazökarlıqla etdiyi xahişlər, bizi dua vasitəsi ilə Allaha güvənməyə təşviq etməlidir. Nehemyanın öz dualarında Yehovanı necə izzətləndirdiyinə, Onun adının təqdis olunmasını dilədiyinə və xalqın günahlarını açıqca e’tiraf etdiyinə diqqət yetirin (1:4-11; 4:14; 6:14; 13:14, 29, 31). Bu çalışqan nəzarətçinin Allahın xalqı üçün qüvvə mənbəyi olduğunu, xalqın onun müdrik rəhbərliyini necə hazırlıqla izləməyindən və onunla birlikdə Allahın iradəsini necə sevinclə yerinə yetirməyindən görmək olar. Necə də ruhlandırıcı nümunədir! Təəssüflər olsun ki, müdrik nəzarətçiləri yanlarında olmayanda var-dövlətə hərislik, satqınlıq və açıq dönüklük sür’ətlə kök saldı. Bu, Allahın müasir xalqı arasında olan nəzarətçiləri bir daha əmin etməlidir ki, xalqa həqiqət yolunda rəhbərlik edərkən çalışqan və diqqətli olmaq, sə’ylə öz məsihçi bacı-qardaşlarının rifahının qayğısına qalmaq, şəfqətlilik və əzmkarlıq göstərmək olduqca vacibdir.
19 Nehemya Allahın Sözünə tam e’tibar edirdi. O, əzmlə Müqəddəs Yazıları Allahın xalqına öyrətməklə yanaşı, Kəlamın köməyi ilə qəbilələrin mirasını, həmçinin Allahın dirçəldilmiş xalqı arasında kahinlərin və levililərin xidmətlərini müəyyənləşdirdi (Neh. 1:8; 11:1–12:26; Yeşua 14:1–21:45). Bu, yəhudilərin qalığını necə də ruhlandırmalı idi! Bu, əvvəlcədən deyildiyi kimi, Zürriyyətə və onun Padşahlığı altında böyük bərpa olunmanın yerinə yetməsinə aid olan möhtəşəm və’din icrasına onların imanlarını möhkəmləndirirdi. Bərpa olunmaya bəslənən ümid, bu gün Allahın xidmətçilərini Padşahlığın maraqlarını cəsarətlə müdafiə etməyə və həqiqi ibadətin bütün yer üzündə bərqərar olunması üçün böyük şövqlə çalışmağa təşviq edir.
[Haşiyələr]
a «Müqəddəs Yazıların dərk edilməsi», c. 2, s. 613-616, (ing.).
b «Müqəddəs Yazıların dərk edilməsi», c. 2, s. 899-901, (ing.).