Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lr fəs. 48 s. 250—256
  • Sülh içində yeni dünyada sən də yaşaya bilərsən!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sülh içində yeni dünyada sən də yaşaya bilərsən!
  • Böyük Müəllimdən öyrən
  • Oxşar material
  • Əbədi yaşamaq üçün nə edə bilərsiniz?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Cənnət yaxındır!
    Gözətçi qülləsi (kütləvi) 2021
  • Sülh içində yeni dünya bir zaman gələcəkmi?
    Sülh içində yeni dünya. Bir zaman gələcəkmi?
  • Allahın Yer kürəsinə dair niyyəti nədir?
    Allah bizdən nə tələb edir?
Əlavə
Böyük Müəllimdən öyrən
lr fəs. 48 s. 250—256

Fəsil 48

Sülh içində yeni dünyada sən də yaşaya bilərsən!

ALLAH Adəmlə Həvvanı Eden bağında yerləşdirdi. Onlar itaətsizlik göstərib ölsələr də, Allah elə etdi ki, biz də daxil olmaqla, onların bütün nəsli Cənnətdə əbədi yaşaya bilsin. Müqəddəs Kitabda vəd olunur: «Salehlər ölkəni mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq» (Məzmur 37:29).

Müqəddəs Kitabda «yeni göylər» və «yeni yer» haqqında danışılır (Yeşaya 65:17; 2 Peter 3:13). İndiki «göylər» deyəndə bugünkü insan hökumətləri nəzərdə tutulur. İsa Məsih və onunla birlikdə göydə idarə edənlər isə ‘yeni göyləri’ təşkil edəcəklər. Bu yeni göylər, yəni Allahın sülh gətirən ədalətli hökuməti yer üzünü idarə edəndə həyat necə də gözəl olacaq!

Bəs onda «yeni yer» nədir? ~ Yeni yer Yehovanı sevən insanlar olacaq. Axı hərdən Müqəddəs Kitabda yer və ya dünya deyəndə yerin özü yox, yerdə yaşayan insanlar nəzərdə tutulur (Yaradılış 11:1; Məzmur 66:4; 96:1). Beləliklə, yeni yeri təşkil edən insanlar burada, yer kürəsində yaşayacaqlar.

Pis adamlarla dolu olan indiki dünya artıq mövcud olmayacaq. Əgər yadındadırsa, Nuhun günlərindəki Daşqın pis adamları məhv eləmişdi. Artıq öyrəndiyimiz kimi, indiki pis dünya da Har-Megidonda yox ediləcək. İndi isə gəl görək, Har-Megidondan sonra Allahın yeni dünyasında həyat necə olacaq.

Sülhün hökm sürəcəyi yeni dünyada əbədi yaşamaq istəyirsən? ~ Heç bir həkim bizi əbədi yaşada bilməz. Çünki elə bir dərman yoxdur ki, ölümün qarşısını ala bilsin. Əbədi yaşamağın yeganə yolu Allaha yaxınlaşmaqdır. Böyük Müəllim bizə bunu necə etməyi öyrədir.

Zəhmət olmasa, Müqəddəs Kitabını götür və «Yəhya» kitabının 17-ci fəslinin 3-cü ayəsini oxu. Burada Böyük Müəllim deyir: «Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar».

Deməli, İsanın sözlərinə əsasən, əbədi yaşamaq üçün biz nə etməliyik? ~ Birincisi, biz səmavi Atamız Yehova, eləcə də bizim uğrumuzda həyatından keçən İsa haqqında bilik almalıyıq. Bu o deməkdir ki, bizə Müqəddəs Kitabı öyrənmək lazımdır. Əlində tutduğun «Böyük Müəllimdən öyrən» kitabı bu işdə bizə kömək edir.

Bəs Yehova haqqında öyrənmək bizə əbədi yaşamaqda necə kömək edəcək? ~ Bax, bizə hər gün çörək yemək lazım olduğu kimi, Yehova haqqında da öyrənmək lazımdır. Müqəddəs Kitabda deyilir: «İnsan yalnız çörəklə yaşamaz, lakin Allahın ağzından çıxan hər bir sözlə yaşar» (Matta 4:4).

Biz həm də İsa Məsih haqqında bilik almalıyıq, çünki bizi günahlardan təmizləmək üçün Allah Öz Oğlunu göndərib. Müqəddəs Kitabda deyilir: «Başqa heç kimdə xilas yoxdur». Bundan başqa, orada yazılıb: «Oğula iman edənin əbədi həyatı var» (Həvarilərin işləri 4:12; Yəhya 3:36). Bəs İsaya ‘iman etmək’ nə deməkdir? ~ Bu o deməkdir ki, biz İsaya ürəkdən inanır və onsuz əbədi yaşamağın mümkün olmadığını başa düşürük. Biz buna inanırıq? ~ Əgər inanırıqsa, hər gün Böyük Müəllimdən öyrənməyə davam edəcək və onun dediklərinə əməl edəcəyik.

Böyük Müəllimdən öyrənməyin üsullarından biri bu kitabı dönə-dönə oxumaq və bütün şəkillərə baxıb, onların üzərində düşünməkdir. Yoxla gör, bu şəkillərin altındakı suallara cavab tapa bilirsən? Həmçinin atandan və ya anandan xahiş et ki, bu kitabı səninlə oxusun. Əgər bu mümkün deyilsə, onda başqa böyüklərlə, yaxud uşaqlarla birlikdə oxu. İnsanlara Allahın yeni dünyasında əbədi yaşamaq üçün Böyük Müəllimdən nə etməli olduqlarını öyrənməyə kömək etmək əla olardı, elə deyil? ~

Müqəddəs Kitabda deyilir ki, ‘dünya keçib gedir’. Amma daha sonra Allahın yeni dünyasında əbədi yaşamaq üçün nə edə biləcəyimiz izah olunur. Orada deyilir: «Allahın iradəsini yerinə yetirən əbədi yaşayır» (1 Yəhya 2:17). Deməli, Allahın yeni dünyasında əbədi yaşamaq üçün nə etməliyik? ~ Bəli, Yehova və Onun sevimli Oğlu İsa haqqında öyrənməliyik. Eyni zamanda, bizə öyrəndiklərimizə əməl etmək də lazımdır. Arzu edirik ki, bu kitab bütün bunları həyata keçirməkdə sənə kömək etsin.

Böyüklər və uşaqlar Cənnətdə heyvanlarla birgə sülh içində yaşamaqdan zövq alırlar

Yeşaya 11:6—9 və 65:25 ayələrindən öyrənirik ki, heyvanlar sülhdə yaşayacaqlar. Bu şəkillərə bax. Bir fikir ver, quzu, çəpiş, bəbir, buzov, şir və uşaqlar bir yerdədirlər. Müqəddəs Kitabda bu heyvanlar haqda yazılıb. Sən onların adını deyə bilərsən? ~ Hələ ilanla oynayan oğlana bir bax! Yeni dünyada heç kim heç nədən qorxmayacaq (Hoşəa 2:18). Sən bu haqda nə fikirləşirsən? ~

Müxtəlif millətdən olan insanlar yeni dünyada sülh və təhlükəsizlik içində yaşamaqdan sevinc duyurlar

Gör müxtəlif millətlərdən olan insanlar bir-birilə necə sülh içindədirlər! İsanın dediyi kimi, onların hamısı bir-birini sevir (Yəhya 13:34, 35). Onlar müharibədə istifadə olunan silahlardan torpağı becərən alətlər düzəldirlər. Müqəddəs Kitabda deyilir ki, Allahın yeni dünyasında insanlar arasında sülh və əmin-amanlıq hökm sürəcək. Bu haqda Məzmur 72:7; Yeşaya 2:4; 32:16—18 və Yezekel 34:25 ayələrindən oxuya bilərik.

Cənnətdə insanlar ev tikəcək, becərdikləri torpağın məhsulunu dadmaqdan zövq alacaqlar

Bu səhifədəki insanlara nəzər yetir. Onlar torpağı becərir, hər yanı gözəl bağa çevirirlər. Gör onlar nə qəşəng ev tikirlər. Hələ əkdikləri dadlı meyvələrə və tərəvəzlərə bir bax. Yer Eden bağına bənzəyən Cənnətə çevrilib. Biz bu gözəl şeylər haqda Məzmur 67:6; 72:16; Yeşaya 25:6; 65:21—24 və Hizqiyal 36:35 ayələrindən oxuya bilərik.

İnsanlar Cənnətdə sağlam və  xoşbəxt olacaqlar

Burada gördüyün kimi, hər kəs sağlam və xoşbəxtdir. Adamlar ceyran kimi hoppana bilir. Bir nəfər də olsun, axsaq, kor və ya xəstə yoxdur. Sən bir işə bax, hətta ölülər də dirilib! Bu şeylər haqda Müqəddəs Kitabın Yeşaya 25:8; 33:24; 35:5, 6; Həvarilərin işləri 24:15 və Vəhy 21:3, 4 ayələrində yazılıb.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş