Nəğmə 2
Yehova, Sənə minnətdarıq
1. Şükr olsun Yehovaya gecə-gündüz,
Xoş nuruyla parlayır üzümüz.
Köməyə ehtiyacımızı görüb,
Dua etmək şərəfini verib.
2. Şükr olsun Yehovaya, Onun Oğlu
İmanla zəfər çaldı uğurlu.
Bizi Rəbb həyat yoluna yönəldir,
Vədə sadiq qalmağı öyrədir.
3. Şükr olsun, Rəbbimiz, şərəfdir bizə
Adını təbliğ etmək ellərə.
Şükr olsun, tezliklə acı bitəcək,
Sonsuz bol nemətlər yetişəcək.
(Həmçinin baxın: Məz. 50:14; 95:2; 147:7; Kolos. 3:15.)