Nəğmə 44
Biçin işində sevinclə iştirak edək
1. Biçin vaxtında yaşayırıq,
Biçinçilər mələklərdir.
Bu işə bizlər də şərikik,
Bizimçün böyük şərəfdir.
Ağamız Məsih örnək verib
Yığım işinə başladı.
«Məhsul bol, işçi isə az», — dedi,
Bizi zəmiyə çağırdı.
2. Allaha, insana sevgimiz
Təşviq edir səyimizi.
Təbliğ etmək çox təcilidir,
Unutmayaq son yaxındır.
Allahın əməkdaşı olmaq,
Bizə bol sevinc gətirir.
Davam etdirək bu vacib işi,
Əskilməz xeyir-duamız.
(Həmçinin baxın: Mat. 24:13; 1 Kor. 3:9; 2 Tim. 4:2.)