Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • rk böl. 6 s. 15—17
  • Allahın yer üçün niyyəti nədir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın yer üçün niyyəti nədir?
  • Xoşbəxtlik gətirən həqiqi iman
  • Oxşar material
  • Allahın Yer kürəsinə dair niyyəti nədir?
    Allah bizdən nə tələb edir?
  • Nəyə görə Edendə baş verənlərin sizə aidiyyəti var?
    Gözətçi qülləsi 2011
  • Yer üzündə cənnət — Xəyaldır, yoxsa real?
    Gözətçi qülləsi (kütləvi) 2017
  • Allahın bəşəriyyət üçün niyyəti
    İlahi müjdə
Əlavə
Xoşbəxtlik gətirən həqiqi iman
rk böl. 6 s. 15—17

BÖLMƏ 6

Allahın yer üçün niyyəti nədir?

ALLAH Yer kürəsini insanların yaşaması üçün mükəmməl şəkildə yaradıb. Onun Kəlamında deyilir: «Göylər Yehovanındır, yeri isə bəşər oğullarına verib» (Zəbur 115:16).

İlk insan Adəmi yaratmazdan öncə, Allah yer üzünün kiçik bir hissəsində gözəl bir bağ yaratdı və adını Ədən qoydu. Müqəddəs Kitabda deyilir ki, Fərat və Dəclə çaylarının mənbələri Ədən bağından başlayırdıa. Ehtimala görə Ədən bağı vaxtilə indiki Türkiyənin şərqində yerləşirdi. Ədən bağının mövcudluğuna heç bir şübhə ola bilməz!

Allah Adəmi yaratdı və «Ədən bağında məskunlaşdırdı ki, bağı becərsin və ona qulluq etsin» (Yaradılış 2:15). Sonra Allah Adəm üçün Həvvanı yaratdı. Allah onlara əmr edib dedi: «Törəyib çoxalın, bütün yer üzünü doldurun və ona sahib olun» (Yaradılış 1:28). Aydındır ki, Yehova dünyanı «boş yerə deyil, yaşayış üçün» yaradıb (Əşiya 45:18).

Adəmlə Həvva bilərəkdən Allahın əmrini pozmaqla Ona qarşı üsyan etdilər. Buna görə Allah onları Ədən bağından qovdu. Beləcə, Cənnət itirildi. Adəmin günahının nəticəsi onun nəslindən yan keçmədi. Müqəddəs Kitabda deyilir: «Beləliklə, günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib» (Romalılara 5:12).

Allah istəyirdi ki, insanlar yer üzü cənnətdə xoşbəxt yaşasınlar. Bəs Allah bu ilk niyyətindən daşındı? Əlbəttə, yox! Allah deyir: «Ağzımdan çıxan söz... yanıma əliboş qayıtmayacaq, Əksinə, istəyimi hökmən həyata keçirəcək, Onu göndərdiyim məqsədə mütləq nail olacaq» (Əşiya 55:11). Təsəvvür edirsiniz, Cənnət yer üzündə bərpa olunacaq!

Cənnətdə həyat necə olacaq? Növbəti iki səhifədə buna dair Müqəddəs Kitabdan ayələr gətirilir. Gəlin onları nəzərdən keçirək.

a Yaradılış 2:10—14 ayələrində deyilir: «Ədəndən bir çay axıb bağı sulayırdı, sonra isə dörd qola ayrılırdı. Birincisinin adı Pişondur... İkinci çayın adı Gihondur... Üçüncü çayın adı Dəclədir. Bu, Aşşurdan şərqdə axan çaydır. Dördüncü çay isə Fəratdır». İlk iki çayın yeri məlum deyil və onlar haqqında heç bir məlumat yoxdur.

Necə düşünürsünüz?

  • Başlanğıcda Allahın yer və insan üçün niyyəti nə idi?

  • Nəyə görə əmin ola bilərik ki, Allah Öz niyyətini həyata keçirəcək?

İnsanlar Cənnətdə

Gələcək yerüzü Cənnət

Ölülər dirildiləcək. «Qəbirlərdə olanların hamısı onun səsini eşidib, qəbirlərindən çıxacaq» (Yəhya 5:28, 29).

Artıq qocalıq, xəstəlik və ölüm olmayacaq. Yerüzü Cənnətdə «heç bir sakin “xəstəyəm” deməyəcək» (Əşiya 33:24). «Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4).

Bolluq və bərəkət olacaq. «Yer üzü bəhrəsini verəcək, Allah, bizim Allahımız bizə ruzi-bərəkət verəcək» (Zəbur 67:6).

Yaxşı evlər və məmnunedici iş olacaq. «Onlar evlər tikib içində yaşayacaq,.. seçilmişlərim əllərinin zəhmətindən doyunca zövq alacaq» (Əşiya 65:21, 22).

Müharibələrə, cinayətkarlığa və zorakılığa son qoyulacaq. Allah «yerin bir ucundan o biri ucunadək döyüşləri kəsir, kamanı qırır, nizəni sındırır, cəng arabalarını oda atır» (Zəbur 46:9). «Pislərin... kökü yer üzündən kəsiləcək, xainlər oradan qoparılıb atılacaq» (Məsəllər 2:22).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş